Əvvəlcə başlayar vicdan əzabı,
sonra arxasınca günahdı gələn...
Moldovanın önəmli şairlərindən olan Nikolay Dabijanı mən hələ sovet illərindən tanıyırdım. Əsərləri Moskvada tez-tez nəşr olunurdu. Şəxsi tanışlığımız olmasa da, moldav ədəbiyyatını layiqincə təmsil etdiyini bilirdim…
Sovet hökuməti tarixə qovuşacaq, aradan uzun və narahat illər keçəcək yaddaşımın hansı köşəsindəsə özünə yer edən "Nikolay Dabija" adı da zamanını gözəgörünməz külləri altında itib-batacaqdı. Bu adın yaddaşımda təzədən oyanışı isə tam iki il bundan əvvəl baş verəcəkdi. Rumıniyanın Krayevo şəhərində 2015-ci ilin 17-20 sentyabrda keçiriləcək Dünya poeziya festivalına "Mixail Eminesku "Uluslararası Akademiyası" və "Mixail Eminesku" Avropa Fonduunun prezidenti professor İ.Desconeskunun dəvətlisi olaraq gedəcəkdim…
Rumınlarla moldovanların eyni millət olduqlarını bilməmiş deyildim. Ruslar Azərbaycanı ikiyə (ikiyəmi?) parçaladığı kimi Rumıniyanı da ikiyə parçalamışdı. (Amma bizdən fərqli olaraq yaxşı ki, moldovanların Rumıniyadan ayrı olsalar da, öz dövlətləri vardı). Bunu ona görə üzərinə basa-basa vurğulayıram ki, Krayeova şəhərinə Dünya şeir festivalına Moldovadan böyük bir şair qrupu gəlmişdi və onlar görüşlərdə şeirlərini ana dillərində oxuyur və böyük də alqış alırdılar. Onu da deyim ki, rumın dili ilə italyan dili də bir-birilərinə çox yaxındır. Rumınlar ölkələrinə Rumıniya yox, Romanya demələrinin əsas səbəbi də bu yaxınlıq və özlərini Roma imperatorluğunun mirasçısı saymalarıdır.
Əslində Moldova çoxdan diqqətimi çəkən coğrafi məkan idi. Bunun yəqin ki, bildiyimdən də artıq bir səbəbi var. Bəlkə şüuraltında Təşti-kıpçak zamanlarının kuman-kupçak boylarımzın uzun tarixöncəsi məskən tutduqları məkan olduğundandır, ona görə, bilmirəm. Hələ kənddə yaşadığım yetim uşaqlıq illərində ilk eşitdiyim yad kəlmə də "moldovan" sözü olmuşdu. Bu da səbəbsiz deyildi, çünki kəndimizə müharibənin, aclığın, səfalətin əlindən üç qadın, bir kişi qaçıb gəlmişdi, onları kəndimizdə "moldovan" deyə çağırırdılar. Qadınlar kənd evlərinin divarlarını rəngləyib ağardır, kişi isə əsilində xarrat olsa da, əlindən hər iş gəlirdi: (Müharibədən sonrakı illər ola, savaşa gedən başıpapaqlıların çoxusu geri dönməyə (dönənlər isə şikəst dönə) onda gör belə bir ustaya uzaq dağ kəndinin necə ehtiyacı olardı?! Adına Tolik deyirdilər xarratın. (Yeri gəlmişkən deyim ki, kim bilir Tolikin cismi dünaynın hansı torpaqlarına qarışıb, amma düzəltdiyi taxt kənd evimdə üzü suyuyla hələ də qalmaqdadır). Kəndimizə gələn moldovan qadınları haqqında rəhmətlik Məstan Günərin "İlyana" poeması o illərin ağrı-acılarını xatırlatmaq baxımından dəyərli bir əsərdir…
Bu xatırlatmalar öz yerində, amma bir hadisə də olacaqdı ki, Moldova mənim vazkeçilməzlərim sırasına girəcəkdi.
Hələ ilk gənclik illərimdə ümumi vaqonun Tovuzdan Bakıya çəkilməz kəsafət havasında yol gedərkən yerdə bir kitab vərəqi görüb götürüb baxmışdım. Yazı bizim dilimizdə olmasa da, nə yazıldığını çətinliklə də olsa, başa düşürdüm, ən azından vərəqdə anladığım iki aydın kəlmə vardı: Bucaq düzü! Hara idi bu Bucaq düzü və dilimizə yaxın olan bu yazı hansı millətə məxsusdu, uzun zaman fikrimi məşğul edən Bucaq düzünün Moldovada olduğunu öyrənəcək və orada yaşayanların isə qaqauzlar olduğunu biləcəkdim. Azərbaycan Yazıçılar Birliyindən ilk yaradıcılıq ezamiyyətini də oraya - Moldovaya alacaqdım. Bu, mənim Azərbaycandan kənara çıxacağım ilk səfər olacaqdı, onda hələ 1969-cu ildi. Təyyarəyə ilk dəfə idi ki, minirdim, ilk dəfə idi ki, qarşıda məni nələrin, hansı sürprizlərin gözlədiyini bilməyə-bilməyə uçurdum. Yolçu götürmək üçün təyyarəmiz Odessaya enəcəkdi, yenidən Kişinyova doğru havalandığımızda isə qonşu oturacaqda məndən xeyli cavan bir gəncin əyləşdiyini görəcəkdim, dilli-dilavər birisi idi, tanımazlığın, naməlumluğun sərhədlərini qırıb çəkinib eləmədən mənimlə söhbətə başlayacaqdı, əslən moldavanmış, amma Donmasda kömür mədənlərində fəhlə işləyirmiş, indi Kişinyova qəbul imtahanınına gedirmiş…Vasili ilə tanışlığımız yəqin ki, bir Tanrı təsadüfü imiş, yoxsa yeni görəcəyim Kişinyov şəhərində yəqin ki, nabələdliyin çiləsini çox çəkməli olacaqdım. Vasili iş-gücünü buraxıb məni Moldova Yazarlar Birliyinə aparcaqdı və bundan sonra işim asanlaşacaqdı. Və Vasili ilə bu təsadüfi (Təsadüfimi, sonralar əmin olacaqdım ki, həyatda təsadüf adına heç bir şey yoxdur və nağıllarımızdakı Lələ və ağatlı oğlan düşüncəsi də uydurma filan deyil!) tanışlıqdan sonra içimdə bir fəlsəfi gerçəklik özünə yer tapacaqdı: Bir adam az deyil, milyon adam çox! Bu, Vasili ilə son görüşümüz olacaqdı, qayğılar hərəmizim yaxasından tutub alın yazılarımızın arxasınca kim bilir haralara aparacaqdı, amma Vasilini heç zaman unutmayacaqdım, hətta haqqında şeir də yazacaqdım, Vasili, yurd dışına çıxışımın ilk ayağı uğurlu insanı! O uğur sonralar nəyə hamiləymiş burnunun ucunu görməyə belə ərinən qabırğasıqalın insan hardan bilə bilərdi ki?!
Bu vaxtın çalışdığı,
alışdığı dünyaya
Nə olsun ki, mən səndən
on il qabaq gəlmişəm...
Odessadan
çıxanda yollarda tanış olduq,
Elə
şən oğlanıydın bircə anın içində
yox
elədin on ili,
ah
Vasili, Vasili!
Salamında
zəhmətin təmkini, böyüklüyü
Donbas
şaxtalarında bərkimişdi əllərin
Neçə ellərin qanı
qarışmışdı qanına.
O əsgərlik
etdiyin Rusiya çöllərinin
Havası
gözlərindən əsirdi sərin- sərin...
Kişinyova
gedirdin qəbul imtahanına
Deyirdin:
-Neçə ildir qardaş, bir şey alınmır
Bu sonuncu
səfərdir, sonuncu
"ili, ili''.
Nə oldu, necə oldu səs-sorağın
çıxmadı?
Yarıcanım
yanında, ah Vasili, Vasili...
O mənim
bığlarıma laf eləyən gözəllər
Bir topa gülə dönüb uçdularmı havaya?
Mən
dönüyün ucundan şirin bal gecələri
Sənin
heç nəyin üstə, tutdularmı "davaya''?
O gözlərin
önündə sözsüz bir dal olardım
Qanımın
arasına girməsə, "sevgi dili"
Ah, Vasili,
Vasili...
İş-gücünü
buraxıb dönüb bələdçi oldun,
Gəldin
haqsız, minnətsiz bir nəfərin karına.
Tanımaza-bilməzə elə diqqətcil oldun?
Döndün Emuneskonun qılınc misralarına.
Bir
torpağın, bir elin azadlıq arzusunu,
Doynaların odunu cəmləmişdin özündə.
Azıydı,
ya çoxuydu ucalmağı baxmadın,
Bir
xalqın böyüklüyü, bir nəfərin
gözündə
İnsanların
qəlbimi, ya Bucaq düzlərimi
Məhəbbətin
mənzili -
Ah, Vasili,
Vasili!
(Şeirimdə adı keçən nakam taleli şair
Emuneskunun sonralar mənim həyatıma necə yön verəcəyini
o zaman xəyal belə etmək olmazdı. Amma burası
da vardı ki, Vasiliyə yazılan şeirdə Emuneskunun nə
işi vardı. Bu adı mənə hardasa əlli il bundan əvvəl pıçıldayan
gücün də şəksiz, bir biləcəyi
varmış. Bunu indi olmuşların nəticəsinə
baxıb söyləmək elə də çətin deyil.)
Məni
Moldova Yazıçılar Birliyinin sədri Pavel Bots
mehribanlıqla qarşılayacaqdı, yalnızca moldav
yazıçıları ilə deyil, eyni zamanda
yazıçılar birliyindəki Rus bölməsinin
yazıçı və şairləri ilə də tanış edəcəkdi. (Halbuki mən qaqauz
yazıçıları ilə görüşmək, Bucaq
düzlərini görmək, qaqauz
qardaşlarımızın həyatı, kültürü ilə
tanış olmaq üçün
getmişdim Moldovaya! Pavel Botsla hər
görüşdüyümdə bu istəyimi təkrar edəcəkdim,
o da səni mütləq Bucaq düzlərinə
aparacağıq, səbr et, cavabını verəcəkdi…)
Rus
bölməsinin üzvlərinin demək olar ki, hamısı
yəhudilərdi, bunu şeirlərimi Aleksandr Kuşnerin tərcümə
etdiyini bildikdən sonra mənə göstərdikləri
böyük diqqətdən biləcəkdim:-Saşa hər
şairi tərcümə etməz, sizi tərcümə edirsə…
tez-tez təkrarlanan bu sözlərin anlamını sonralar biləcəkdim,
axı Saşa Kuşner də yəhudi idi. Moldovada yaşayan
bu rusdilli yəhudilərin heç birisi Kuşnerlə şəxsən
tanış deyildilər, amma buna baxmayaraq onun tərcümə
etdiyi adama bir bu qədər sayğı göstərirdilər,
demək olar ki, hər axşam onlardan birinin evinə qonaq
çağırılırdım, buna yəhudi həmrəyliyi
deməyib də nə deyəsən?
Kişinyovda olduğumun üçüncü
günü Moldova yaradıcılıq təşkilatlarının
birgə plenumu olacaqdı və məni də qonaq kimi oraya dəvət
edəcəklərdi. Plenum əvvəldən axıra türkə
nifrət ruhunda keçəcəkdi, çıxış edən
ayrı-ayrı sənət adamları yazıçılar, rəssamlar,
bəstəkarlar, heykəltəraşlar sözü
dönüb-dolandırıb mütləq türklərə
nifrətə gətirib çıxarırdılar.
Dişim
bağırsağımı kəssə də, edəcəyim
bir şey də yoxdu, həm də sabah
Moldova Yazıçılar Birliyinin rəhbərliyi ilə
Bucaq düzlərindən keçib o zamanın ünlü
Moldova sovxozuna gedəcəkdik. Fikirləşirdim ki,
Yazıçılar Birliyində mənim türk olduğumu
bilə-bilə niyə məni belə bir plenuma dəvət
etmişdilər, amma sonra biləcəkdim ki, onların Azərbaycanda
yaşayanlar haqqında düşüncəsi "azərbaycanlı"
düşüncəsi imiş
Beş maşınlıq karvanımız səhərin
altısında yola qoyulmuşdu. Kişinyovdan sonra yolda
ilk dayanacaq nöqtəmiz Komrat şəhəri idi, artıq
Bucaq düzlərinə çatmışdıq. Komratda texnikum tələbələri ilə
görüşümüz olacaqdı. Yol
yoldaşlarım başda Yazıçılar Birliyinin sədri
Pavel Bots olmaqla o zamanının ən
ünlü şair və yazıçıları idi,
içlərindən ən gənci və
tanınmamışı isə məndim. Bir-bir şairlərə
söz verilir, onlar da moldav dilində çıxış edib
şeirlərini oxuyurdular, sıra mənə çatanda elə
də yaxşı bilmədiyim rus dilində qol-qanadını
qıra-qıra bir-iki cümləllik fikir bildirib Kuşnerin tərcümə
etdiyi şeirlərimdən bir-ikisini oxuyub sonra da, - bəlkə
də sizinçün maraqlı olar indi də öz dilimdə
şeirlərimdən birini oxuyum, - deyib əzbər bildiyim
yazılarımın birini oxuyub qurtaranda salonda yer-yerindən
oynayacaq və mən də, elə moldav şairləri də
çaşbaş qalacaqdıq: Bir belə alqış nəyin
nəsidir?
Yerimə
qayıdıb otursam da, alqışlar səngiməyəcəkdi
və salondan məclisi idarə edən Pavel Botsa məktublar gələcəkdi:
Qonağımız öz dilində yenə şeirlər
oxusun və Pavel Bots da bəlkə heç özü istəməsə
də, yenidən mənə söz verəcəkdi.
İşin üzü-astarı sonra bilinəcəkdi,
salona toplaşan gənclərin böyük əksəriyyəti
qaqauz gəncləri imiş. Görüşdən
sonra yüzlərlə gənc məni dövrəyə
alacaq, çeşidli suallar verəcəklərdi və həm
də bu suallar şeir, sənət sualları da deyildi.
Yol yoldaşlarım moldav sənətkarları
görüşdəki alqışların səbəbini
indi-indi anlamağa başlayacaqlardı, hətta bizə
yaxınlaşıb: - Hansı dildə
danışırsınız, bir-birinizi necə başa
düşürsünüz, qaqauz dili türk dilinə
yaxındı, siz ki, azərbaycanlısınız,
sualını verməkdən də çəkiməyəcəklərdi.
Cavabım qısa olacaqdı, qaqauzlar da, mən
də türkük, bizim bir-birimizi başa düşməyimizdə
təəccüblü nə var ki, deyəcəkdim.
Moldova
sovxozuna ikigünlük səfərimiz başa çatacaq və
qayıdan baş moldav yazıçıları məni Komrat
şəhərində qaqauz yazıçıları ilə tanış edəcək və bir neçə
gün xəyalını qırduğum Bucaq düzlərinin
qonağı olacaq, can və qan qardaşlarımız
qaqauzların şəhər və kəndlərini gəzəcək,
adət və ənənələri ilə tanış
olacaqdım. Qaqauz ədəbiyyatının
klassiki Denis Tanasoğlu ilə görüşlərim
ayrıca bir yazının mövzusudur. Puşkin Rus ədəbiyyatı
üçün kim idisə, Denis
Tanasoğlu da öz masştabında Qaqauz ədəbiyyatında
o idi. Hər şeyin ilki ondan
başlayırdı. Şeirlərindən Anadolu şivəsinin
şəhdi-şirəsi tökülən Denis bəy o zaman
özünün və Qaqauz ədəbiyyatının ilk
romanı olan "Uzun karvan" əsərini yenicə tamamlamışdı və əsər
adından da göründüyü kimi, qaqauzların tarixi
sürəc içərisində keçdiyi uzun gəlişim
yolu çox incə detallarla anlatılmışdı…
Yazımın əvvəli nəydi, axarı məni
haralara gətirib çıxardı?! Sözümün
canı odur ki, Moldovayla məni mistik bir əlaqə
bağlayır. Elə Nikolay Dabije ilə yaxınlığımız
da zənnimcə,
bu mistik əlaqədən qaynaqlanır. Nikolayla
şəxsi tanışlığımız 2015-ci ildə
Rumıniya Dünya şeir festivalında olacaqdı. Bu
ilin iyun ayında İtaliyada gerçəkləşdirilən
şeir festivalında isə bir-birimizi daha yaxından tanıyacaq və
yaradıcılıq əlaqələrimiz yaranacaqdı. Geri döndükdən
sonra biz bir-birimizə şeirlərimizi göndərəcəkdik.
Nikolanın cavabı gecikməyəcəkdi: "Zdravstvuyte
Uvajaemıy Mehmet Ismayil! Ə poluçil tvoi
stixi. Dumaö, çto vıydet velikolepnaə
kniqa. Mo¸
izdatelğstvo imeet şirokoe rasprostranenie kniq ne tolğko v
Moldove, no i v Rumıniö…30.06.2017" (Hörmətli Məhmət
İsmayil! Şeirlərini aldım.
Düşünürəm ki, çox gözəl
bir kitab alınacaq. Mənim nəşriyyatımın
buraxdığı kitablar yalnız Moldovada deyil, eyni zamanda
Rumıniyada da geniş yayılır... 30.06.2017)
Sevindirici
xəbərdi əlbəttə...
Hələ
iyun ayında İtaliyada təşkilatçıların
15-20 sentyabr 2017 tarixlərində Rumıniyanın Krayevo şəhərində
başlayacaq olan Dünya şeir festivalına qatılmaq istəyirsinizmi
sualına "yox" cavabı vermişdim.
Amma 9 avqustda Rumıniyadan aldığım mesaj
sözün həqiqi mənasında mənimçün
sürpriz oldu.
"Dear
Mr. Mammad,
I am
writing you on the behalf of Mr. Deaconescu.
Mr. Dabija
just published your poetry book in Romanian, so both of them want to launch it
at the Mihai Eminescu Festival in Craiova, who will be held in the period 17-20
September.
Will you be
able to participate? We know that is new information, but Mr. Dabija just
published it.
Please
answer me as soon as possible!
Best
regards,
Tatjana B.
(Hörmətli
Məmməd, mən sizə Deaconescunun ("Mixail Eminesku
"Uluslararası
Akademiyası" və "Mixail Eminesku" Avropa Fonduunun prezidenti)
adınadan yazıram. Cənab Dabija bu günlərdə sizin
kitabınızı rumın dilndə nəşr edib. Və kitabınızın 17-20 sentyabr tarixləri
arasında Krayevoda keçiriləcək Mixail Emunesko şeir
festivalında təqdimatının keçirilməsi
planlaşdırılır.
Bu təqdimatda iştirak edə biləcəksinizmi? Kitabınızın nəşri
xəbərini Dabija elə bu gün bizə xəbər verdi.
Cavabınızı mənə təcili bildirməyinizi
xahiş edirəm.
Sizə ən
xoş diləklərlə
Tatyana.)
Tatyana şeirlərimi italyan dilinə tərcümə
edən xanımdır və təbii ki, verdiyi xəbərə
müsbət cavab verəcəkdim. Amma məni heyrətə salan Nikolay
Dabijanın bu az zaman içərisində
(vur-tut ay yarım!) kitabımı yayınlaması idi.
Nikolay Dabija da mənə öz şeirlərini göndərmişdi,
amma başqa işlərdən vaxt tapıb onların
yalnız bir neçəsini çevirə bilmişdim. Dabija həqiqətən
də tərcümə olunmağa layiq bir
şairdir."Ədəbiyyat qəzeti"nin sayqıdəyər
oxucuları bunu qismən də olsa, mənim tərcümələrimdən
də hiss edəcəklər.
Məmməd
İsmayıl
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.14-15.