Nikolae Dabija 1948-ci ildə
Moldovanın Codreni kəndində dünyaya gəlib. Yaradıcılığa
çox erkən yaşlarda başlayıb. İlk kitabı
"Third Eye" 1975-ci ildə
çap olunub. Sonralar bir-birinin
ardınca "Pristine Water" (1980), "Naməlum sənətkar"
(1985), "Paltarın
altındakı qanad" (1989), "Səhv etmək
haqqı"(1993) Gözlə görünən
yaşlar"(1994),
"İldırımın şəkilləri"
(1998), "Yasaq olunmuş əzab" (2003), "Güllələr
arasında marafon" (2008), "Arzu bərpaçısı"
(2016) və s. "Ev tapşırığı"
romanı dünyanın ondan
artıq dilinə tərcümə olunub. Bir sıra önəmli
beynəlxalq mükafatlara layiq görülüb: Rumıniya
Akademiyasının "Mihai Eminescu" mükafatı (1995) Uzdin Beynəlxalq
Poeziya festivalında (Serbiya) (2006) Grand Pri, Triest şəhərində
(İtaliya) keçirilən Beynəlxalq Şiir
festivalında Grand Pri (2014), Makedoniyanın Skopye şəhərində
keçirilən şeir festivalında Makedoniya Yazarlar
Birliyinin xüsusi mükafatı (2015), Dünya poeziya mərkəzinin
"Giacomo Leopardi" mükafatı (Recanatti, İtaliya, 2015)
Havanada "Dulce Maria Loynaz" Beynəlxalq Şiir
şöleninində Qran Pri (Kuba, 2017) və s. layiq
görülüb.
SEVGİ-MƏLƏK
Şüşə
qırıqları günəş şoxunda
Və əski dünyada yeni bir bahar!
Nə qədər incəlik ağac
zoğunda,
Sevincdə nə qədər acı hüzn var.
Buludda nə qədər rüzgar gizlənib
An da an deyil ki,
əbədiyyətdir.
Allahım, yorğunluq hayandan
enib
Mələksə, mələkdə bu
qüsur nədir?
Şüşədə işıqdı
baxsan kənardan
Xoşbəxtlik göz yaşı
- bir möcüzədir
-
Hardandır Allahım, haradandır,
hardan
Həqiqət içində bu yalan nədir?
Baxsan hər ağacın həyat kitabı,
Kolların üstündə güldü
yüksələn:
Əvvəlcə başlayar vicdan əzabı
Sonra arxasınca günahdı gələn…
İLDIRIMIN FOTOSU
İldırımın şəklini çəkirəm
Parçalanmış qaranlıqda
Yuxusu dağılmış göylər,-
Şaxələnmiş küknar budaqları;
Ən yüksək təpələrdə,
və... ən gözəl binalar üzərində,
Yaşlı və tənha ağaclar tərəfində
Hardan görünürsə, orda...
Arxada yaz buludları altında meşə
Şimşəkləri çəkmək;
Təhlükəli peşə,
Hardasa, həyatın özü kimi -
təhlükəli!
Şimşək fotoşəkilləri
Baxmayaraq
arada mənə toxunur;-
Ölümlü bir nur.
Gözlərimi qorxutmaz işıq
partlamaları
Ən azı bir neçəsi
əbədi qalsın
deyə
Xatirə
rəsmi kimi sizlərə
saxlayaram.
O ildırım,
mən nağıl...
KEÇİD YAŞI
Tamam, Tanrım, otuz üç yaşıma gəldim
Çarmıxa çəkilmək üçün
ən uyğun bir yaş.
Mükəmməl şeirdi çarmıxın
özü,
Bu qışı nə yolla ləngidək bir az.
Sabah edəcəyim yanlışlıqlar
üçün
cəza bu
günmüş.
Qanım
hələ qaynar, üsyan etmədə
Amma səngimədə ata-anamda,
Necə
də sakitcə qocalır onlar
İuda
harda satdı məni otuz gümüş sikkəyə?
Gümüş rəngli yosun kimi alatoranlıq
Daş divarlar üzərində yayılmağında.
Ölüm məni seyr eləyər ovçu gözüylə
Mənsə hələ var olmağa davam etmədə
...
GÜNDƏLİK
Şeir
istehsal edən fabrikin
hörmətli baş direktoru
Qiymətli zamanını oğurladığım
üçün bağışlayın
Duaçınız olan mən
bildirmək istəyirəm
ki,
Şeirin
günahı deyil
Planetimizdə kağızın qiymətinin
bir belə baha olması,
Poeziya ilə şəfa tapmadısa
əbədi xəstə!
Misralarının uzunluğuna görə
Bəzi
yerlərdə qələmlərin
qıt olmasında, ya da
Mürəkkəbin azlığında şairin
nə günahı?
Gözlərimiz ən gənc ulduza dirəndi,
Biz (Sanço Panço və Don Kixotlar, hamısı)
Ölümün diqqətini dağıtmaq
üçün
Bir şeirə
ümid edənlər.
Dua edirik, cənab baş direktor
Məsum
ümidlər üçün
Qəbizlər verəcəyinizə.
Bu, həm də
günahsızların ümididir.
Və eyni zamanda sizdən
xahiş edirik ki,
Əyər mümküsə bu,
imza və möhürünüzlə təsdiqləyin
Bizim əsrimizdə
nifrət anlamsız və gərəksizdir.
Və bundan sonra şeirin
bilinməsi gərəkir
Planetimizdəki hər kəs tərəfindən!
Bütün eşq və sevgilərimlə
Sizin
Dabija
N.
BÖYÜK İXTİRAÇININ
MƏTBUAT KONFRANSI
Əgər
Arzulaya bilsəydim arzulamağı,
uyğulaya bilsəydim
başqa bir yöntəm,
qayıda bilsəydim
məktəb illərinə
və
dünyada bütün axmaqlıqları içinə
çəksəydi
süngər.
(Tamaşaçı səs-küyü)
Uçuş öndəri kimi
ömrüm boyu çalışdım
kəpənəklər üçün
boş vaxtlarımda
yığılan lüğətim-
söz zambaqları...
(Alqışlar)
İnsanları anlamaya çalış.
kin və sevgi, suçsuz və suçlu:
necə bənzəyirlər
bir-birinə,
heyrətim bundan...
(Salonda fit səsləri və alqışlar).
Əks halda, bağımda yer
belləyər
xrizontima əkərəm,
cəfəri ətrafında
alaq otları,
ətirşah bəsləyərəm,
Və arada bir
ölüb-dirilməyim də öz yerində....
(Uzun-uzadı
alqışlar)
VƏSİYYƏT
Uşaqlarım, bir ulduz
İpliyini döndürür.
Şeirlə birisi bir sərvət qazana bilmədiyi üçün
Bu gülü miras kimi buraxıram sizlərə
Seçki hüququ və
sükunətdən yola
çıxaraq
O gülün havanı şumlayan tikanları
Sonsuza qədər
qanadacaq sizləri.
Və hər yaz, onun
kökünü
kəsmək olmayan qoxusu
Torpağa canlı gömülü
olan
bütün ilanları
oyadacaq,
Bu qoxuyu arabayla və ya örtülü
vaqonlarda daşıyamazsınız.
Onu bıçqı ilə hissələrə bölmək
də olmaz
Buna görə mən sizə ətri bir
miras kimi qoyub gedirəm,
Qızılgüldü bu.
Qayğı və məhəbbət
göstərsəniz əgər
Kimsə sizin qəlbinizdən çıxara bilməyəcək.
Hətta
cəllad onun kolunu çıxarsa yerdən
Kökləri bir iynə
kimi qalacaq torpaqda.
İlk bahar mehi budaqlarda
canlanırkən
Bu gülün ətridir - şeirlər şeiri,
Və hər gül qönçəsi çiçək
açarkən yanar
Yüksələn bir gənc hökümdar
kimi.
Sahib çıxacaq hansınız?
Beləliklə, bu gül sizin
Mirasınız.
GÖRÜNÜR ...
Görünür, nəfəsinlə aça bilərsən pəncərəni.
Ocaq, tüstüsüylə ağlayar
Budaq - erkən çiçəyilə,
Görünür.
Görünür, ağ qar kəpənəkləri
Ocaq üstə
toplaşır və alışan sönür.
Kədər və səbirdən
əvvəl
gülüş olmur, görünür.
Görünür, düşən ulduz,
dənizdə buxarlanır.
Məni
unudacaqsan, görünür.
Və onda,
Yalnız
onda biləcəksən
acı dərdin
nə olduğunu.
Köhnə kitablarda tam görünür,
Duyulmaz dualar.
Görünür göylərdə
xizək və maral izləri var.
Görünür, günbatanın üzəri
Yağış və buludlu tüstü ilə dolu
Hardasa, uzaq üfüqlərdə
duman sürünür;
Görünür, mən sevilənəm,
Görünür, sən sevilənsən…
Görünür ...
Görünür ...
Nikolay Dabija
Tərcümə etdi:
Məmməd İsmayıl
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.15.