Modern İran şeirindən seçmələr

 

"ATV Kitab" seriyasından  "Dostun evi hardadır?- Modern İran şeiri" antologiyası işıq üzü gördü.  "Parlaq imzalar"la birgə nəşr olunan seriyanın dünya xalqları ədəbiyyatları bölümü Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi ilə birgə gerçəkləşdirilir. Antologiyaya XX yüz il İran farsdilli poeziyasının 30-dan artıq müxtəlif ədəbi nəsilləri əhatə edən nümayəndəsinin 200-dən artıq şeiri 1 poema daxil  edilib.  Nəşrin tərtibçisi, "ön söz"ün müəllifi redaktoru şair Səlim Babullaoğlu, məsləhətçisi f.e.f.d  Məsiağa Məhəmmədidir. Antologiyaya daxil edilən tərcüməçiləri Məsiağa Məhəmmədi, Ariz Tarverdiyev, Məhəmməd Nuri Əli Qərəcəlu ediblər.

Nima Yuşic, Jalə İsfahani, Əhməd Şamlu, Firidun Müşiri , Məftun Əmini, Huşəng İbtihac Sayə, Simin Behbəhani, Bican Cəlali, Söhrab Sipehri, Mehdi Əxəvani-Salis, Nüsrət Rəhmani, Mənuçöhr Atəşi, Yədullah Röyayi, Füruğ Fərruxzad, Rza Bərahəni, Abbas Kiyarüstəmi, Huşəng Çələngi, Xosrov Gülsürxi, Şəms Ləngərudi, Məhəmməd Rza Əbdülməlikiyan, Qeysər Əminpur, Əhməd Necati, Mustafa Məstur, Məzahir Şəhamət, Şəhram Şeydayi, Rəsul Yunan, Kamran Rəsulzadə, Həmid İbrahimpur, Gülarə Cəmşidi, Gorus Əbdülməlikiyan   Roca Çəmənkarın şeirlərinin toplandığı  antologiyanın nəşrinə  İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi dəstək verib. Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsi antologiyaya "giriş"də yazır: "Hesab edirik ki, "Dostun evi hardadır?-Modern İran şeiri antologiyası" xalqlarımız dövlətlərimizin yaxınlaşmasına, mədəni mübadilə işinə mütəvazi bir töhfə olacaqdır... Qoy dostların evi həmişə uca olsun bu kitab həmin evləri nişan versin!"

Antologiyadan bəzi şeirləri, eləcə   Səlim Babullaoğlunun "Ön söz" yerinə təqdim olunan "Modern İran şeiri antologiyası üçün qeydlər" yazısını  "Ədəbiyyat qəzeti" oxucuları üçün məxsusi olaraq təqdim edirik.

 

Nima Yuşic

Fars poeziyasında yeni şeirin ("şere-nou") atası sayılan Nima Yuşic (əsl adı: Əli İsfəndiyari) 1895-ci ildə Mazandaran əyalətindəki Yuş kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb. 12 yaşında ailəsi ilə birgə Tehrana köçən Nima burada Sen-Lui kollecində oxuyub fransız dilini mükəmməl öyrənib. Özünün dediyinə görə, fransız dilini öyrənmək onun qarşısında yeni dünya açıb.  1920-ci illərdə yazdığı bir neçə əsərlə ("Əfsanə", "Məhbəs", "Əsgər ailəsi", "Ey gecə!" s.) fars poeziyasında sərbəst şeirin ("şe're-azad") əsasını qoyub. Nima həm yeni şeirin nəzəriyyəsi kimi çıxış edib. Onun müxtəlif məqalələrinin toplandığı "Hisslərin dəyəri" adlı kitabı fars modernist poeziyasının manifesti sayılır. XX əsr fars modernist şairlərinin hamısı bu ya digər dərəcədə Nimadan təsirlənmişlər. Təsadüfi deyil ki, İranda sərbəst şeirə həm "Nimasayağı şeir" ("şe're-Nimayi") deyilir. Nima Yuşic 1960-cı ildə pnevmoniyadan dünyasını dəyişib.    

 

Soyuq ocaq

Uzaq gecələrdən yadigar qalıb

sakit meşə yolunun kənarında

kiçik bir ocağın daş yığını -

içində bir qədər soyuq kül.

 

Mənim düşüncələrimin

toz-torpağındakı kimi kədərli

bir mənzərə, onda hər şey

meyvəsi ağrı olan bir nağıl.

 

Mənə od bəxş edən şirin günümün

naxışı solub,

soyuyub, daş olub

ömrümün payızının nəfəsindən.

Saralmış bəniz bahardan nişanədir.

 

Eləcə, uzaq gecələrdən yadigar qalıb

sakit meşə yolunun kənarında

kiçik bir ocağın daş yığını -

içində bir qədər soyuq kül.

 

Tərcümə etdi: Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.26.