Söhrab Sipehri
Müasir
fars poeziyasının
görkəmli simalarından
biri. 1928-ci ildə
Kaşanda doğulub.
Tehran universiteti incəsənət fakültəsinin
rəssamlıq bölməsini
bitirib. "Rəngin ölümü"
adlı ilk şeirlər
məcmuəsi 1951-ci ildə
işıq üzü
görüb. Rəssam kimi
Tehranda keçirilən
bir neçə sərgidə iştirak etməklə yanaşı
1953-cü ildə "Yuxuların
həyatı" adlı
ikinci şeir kitabını çıxarıb.
Ardınca rəssamlıq təhsilini
artırmaq üçün
Parisə və Tokioya gedib. Ölkəsinə qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb,
o cümlədən rəssamlıqdan
dərs deyib. 1961-ci ildə dövlət
işlərindən uzaqlaşaraq
özünü bütünlüklə
yaradıcılığa həsr
edib. İranda və xaricdə
fərdi sərgiləri
nümayiş etdirilib.
Çoxsaylı səfərlərə çıxaraq Avropa və Amerikanı, Hindistanı, Pakistanı, Əfqanıstanı gəzib.
1965-66-cı illərdə çap etdirdiyi "Suyun addım səsi" və "Müsafir" poemaları
böyük şöhrət
qazanıb. Daha sonra
onun "Yaşıl həcm" və "Biz
heçik, biz - baxış"
adlı kitabları nəşr olunub. 1980-ci ilin yanvarında
müalicə olunmaq üçün İngiltərəyə
gedib və bir ay sonra vətəninə
qayıdıb. Həmin ilin
aprelində Tehranda vəfat edib.
Ünvan
Əbülqasim
Səidi üçün
"Dostun evi hardadır?" - deyə,
dan yeri ağaranda, süvari soruşdu.
Asiman duruxdu.
Yolçu dodağındakı nur budağını
qumların qaranlığına
bağışladı
və barmağı ilə qovağı göstərib dedi:
"Ağaca çatmamış,
Tanrının yuxusundan da yaşıl bir bağ yolu var
və orada sevgi sədaqətin qanadları qədər mavidir.
O küçənin yetkinlik
boylanan
sonunadək gedərsən,
sonra tənhalıq gülünə doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin
yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada
bir xışıltı
eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək üçün hündür
şam ağacına dırmaşıb.
Ondan soruşarsan
dostun evi hardadır".
Tərcümə etdi: Məsiağa
Məhəmmədi
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.26.