Mustafa Məstur

 

1964-cü ildə Əhvazda doğulub. Öncə tikinti mühəndisliyi üzrə oxusa da, sonralar mükəmməl filoloji təhsil alıb. İlk hekayələri 90-cı illərin əvvəllərində çap olunub. Məsturu İran, eləcə dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri "Tanrının ay üzündən öp" romanıdır. Bu əsər on beş il ərzində əlli dəfədən artıq, həm yüksək tirajla çap olunub, bir çox dillərdə dəfələrlə nəşr edilib, müəllifinə nüfuzlu mükafatlar qazandırıb. "Cüzamlı əllər donuz sümüyü" romanının da Məsturun yaradıcılıq bioqrafiyasında müstəsna yeri var. İndiyədək 30 dəfə təkrar nəşr edilmiş bu əsər bir sıra dillərə tərcümə olunub. Ədəbiyyatşünas alim kimi tanınan ədib "Qısa hekayənin əsasları" adlı monumental tədqiqat işinin müəllifidir. Bədii tərcümə işi ilə məşğul olur." əsəri Məsturun dilimizə çevrilən üçüncü romanıdır. Onun "Cüzamlı əllər donuz sümüyü", "Mən sərçə deyiləm" "Tanrının ay üzündən öp" romanları Azərbaycan dilinə şərqşünas Ariz Tarverdiyev tərəfindən tərcümə edilib.

 

Beş sevimli barmaq

Darıxıram bəzən

adi sözlər üçün,

sadə sözlərdən yana.

" gözəl havadı?!"

"Dünən şama yedin?"

"Yeri gəlmişkən, Manadana ərə gedib",

"Şadi oğlan doğub" - üçün.

" üçün"dən o qədər yorulmuşam ki!

" cür?"dən

Yorulmuşam çətin suallardan, qəliz cavablardan.

Ağır kəlmələrdən,

dərin fikirlərdən,

sərt döngələrdən,

mənalı, mənasız nişanlardan.

Darıxıram bəzən

bir sadə "Səni sevirəm"dən ötrü.

"İki fincan isti qəhvə,"

qışda "üç"cə gün tətildən ötrü"

ard-arda "dörd" dəfə ucadan gülüşündən ötrü

bir

"beş" sevimli barmaqdan ötrü çox darıxıram.

 

Tərcümə edən:

Ariz Tarverdiyev

 

Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.26.