Şəhram Şeydayi

 

1967-ci ildə Sərabda anadan olub. Çağdaş İran şeirinin istedadlı isimlərindən biri, şair, tərcüməçi, essesit, ədəbiyyatşünas rəssamdır. Fars dilində nəşr olunan Ədəbiyyat Ensiklopediyası üçün əsaslı məqalələr yazıb.  Vislava Şimborska, Tanpınar, Orxan Vəli Məlih Cevdət Andayın şeirlərini fars dilinə tərcümə edib. "Qaçqınları qovurlar", "Dəlilərin kölgəsi", "Həyat üçün daşlar, ölüm üçün daşlar",  "Yanan evdə gülmək", "Başqa atəş üçün atəş" kimi kitabların müəllifidir. Uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ilin noyabrında vəfat edib

 

***

Qollarını  arxaya burub

iki polis aparır onu,

o da geri qanrılıb

qanlı ağzını tərpədir:

"Argentina, ya İspaniya?"

 

***

Cıdır.

Babasının  çiyinindədir

balaca oğlan uşağı.

Ətrafa baxır heyrətdən çığırır.

Atlar, adamlar, səslər.

Baba  cıdırı görmür.

Onun içində bambaşqa bir fim var.

 

***

Atəşkəsmi? Gerimi? Sülhmü?

Hansı andasa biri başqa

birini öldürməlidir.

 

Tərcümə etdi: Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.26.