Gərus Əbdülməlikian
10 oktyabr 1980-ci ildə tanınmış
İran şairi Məhəmməd Rza Əbdülməlikianın ailəsində
anadan olan Gərusun şeir yazmaq həvəsi özünü
uşaqlıq illərindən
büruzə verib. Və doğum tarixi
İran-İraq savaşı
ilə demək olar üst-üstə düşən şair bu mövzuya öz şeirlərində
təkrar-təkrar qayıdıb.
Bu gün o İran
ədəbi gəncliyinin
və şeir həvəskarlarının ən
əsas kumiri, çağdaş İran
şeirini kənarda ən çox tanınan nümayəndəsidir.
"Dünyanın solğun
rəngləri", "Gizlənmiş
quş", " Xətlər
qaranlıqda yerini dəyişir" və
"Qəbuledilmə" (2015) kimi şeir kitabları coxsaylı oxucuların və ədəbi tənqidin böyük marağına səbəb
olub. "Karnamə",
"Şəhrivar gecələri",
"Şah Nabat" ədəbi mükafatlarının
sahibidir. Yunanıstan Poeziya
festivalında I yerin qalibi olub. Voix Vives Fransa Poeziya
festivalında İranı
təmsil edib.
Fləşbək
Başqa
çıxış yolu
qalmayıb,
yaxın gəl,
qucaqlaşaq.
Sabah
ya mən səni öldürəcəm,
ya sən bıçağını
suda yuyacaqsan.
Bir neçə sətir.
Dünya
bu bir neçə
sətirə yetişib:
ki, insan yaxşısı budur
heç böyüməsin,
ən yaxşısı
dünyaya gəlməsin.
Ümumiyyətlə,
bu filmi geri fırlat,
vitrindəki xəz palto
uzaq səhralarda qaçan
bəbirə çevrilənə
qədər,
əsalarımız piyada
meşələrə dönənə
qədər,
quşlar isə yenə
torpağa,
torpağa...
Yox, lap dala
qayıt.
Qoy Allah
bir də yusun əllərini,
güzgüyə baxsın,
bəlkə
o bir başqa qərar verəcək.
Tərcümə etdi: Səlim
Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.27.