Yuliya Aleyçenkonun işığı

 

Ales Karlyukeviç

Belarus Respublikası informasiya nazirinin müavini,

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü

 

Yuliya Aleyçenkonu Azərbaycan oxucularına təqdim edərkən ilk növbədə bir cəhəti qeyd etmək istərdim: onun bədii axtarışları enerjiazad düşüncələrlə doludur. Şəxsən mən Yuliya Aleyçenkonu hər dəfə böyük məmnuniyyətlə oxuyur, şeirlərindən xüsusi zövq alıram. Hərdən mənə elə gəlir ki, o, dünyaya sadəcə yeni gözlə baxmır. O, həm də ona görə yazır ki, dünyanı dəyişdirmək istəyir.

Yuliya Aleyçenkonun poeziyasında günəş, işıq, külək... var. Lakin bütün bunlar təbiətdən gələn xaotik şəkillər deyil, mürəkkəb, ağır həyatla təmasdan yaranan sevinc, fərəh hissləridir. Yuliyanın Belarusda hələlik bircə şeirlər kitabı çapdan çıxıb: "Ecazkar güsgücük altında". Kitabda ənənəvi və sərbəst vəzndə yazılmış şeirlərlə yanaşı, onun tərcümələri də yer alıb: gənc şairə Xorxe Karero Andrade (Ekvador), Madhad Prasada Himire (Nepal), Sergey Matveyev (Udmurtiya), Agagəldi Allahnəzərov (Türkmənistan), Li Xe, Van Qoç Jen (Çin) kimi tanınmış şairlərin əsərlərini Belarus dilinə tərcümə edib. Bunlar Yuliyanın tərcüməçilik fəaliyyətinin yalnız bir hissəsidir. Hazırda Belarusun qəzet və jurnallarında  çeçen, kalmık, mari, Azərbaycan, rumın və digər xalqların  şairlərinin əsərləri onun tərcüməsi ilə dərc olunurya dərc olunmaq ərəfəsindədir.

Yuliya Aleyçenko həm də Bakıya həsr etdiyi essenin müəllifidir. Bu esse gənc şairənin Azərbaycana səfərindən sonra yaranıb. Mətndə Azərbaycan ölkəsinin zəngin mədəniyyəti və tarixinə müəllifin heyranlığını ifadə edən emosional, heyrətedici sətirlər az deyil. Yuliya Belarusun Minsk şəhərində yaşayan və işləyən azərbaycanlı tanınmış rəssam Kamil Kamala da şeir həsr edib.

Yuliyanın tərcümeyi-halı barədə bir neçə kəlmə: 21 dekabr 1991-ci ildə əfsanəvi nasir, dramaturq, şair Vladimir Korotkeviçin doğulduğu Orşda anadan olub. Belarus Dövlət Universitetinin filoloji fakültəsini bitirib. Sonra magistraturada təhsilini başa vurub. Hazırda BDU-da aspiranturada oxuyur. "Polımya" (1922-ci ildən çıxır) ədəbi-bədii jurnalının məsul katibi vəzifəsində çalışır. Şeirdən başqa Yuliya hekayələr, ədəbi-tənqidi məqalələr resenziyalar da yazır. Təsviri sənət mifologiya ilə maraqlanır. Səyahəti, maraqlı adamlarla mübahisə etməyi xoşlayır.

Mən bu gənc istedadlı Belarus şairəsinə həyat yaradıcılıq yollarında xoşbəxtlik arzulayıram.

 

Tərcümə etdi: Kamran Nəzirli

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.25.