Oktavio Pas
Himn üçün
başlanğıc:
Gözlərin (1943-1948)
Gözlərin - şimşəklərin vətəni,
Bir də göz yaşlarının,
Dilli-dilavər səssizlik, bir
də...
Küləksiz fırtına, dalğasız
dəniz,
Əsir
quşlar, yatmış
şir qızıl qəfəsdə,
Həqiqət kimi günah saçan ləl, gövhər.
İşığın kölgəylə
oynadığı talaya
payız gəlib
Bir ağac ki, bütün
yarpaqları
Quş olub, susub...
Bir məmləkət ki, səhəri dolmuş gözləriylə açır,
Meyvələr - ot tutub alışan səbətdə
Ümid
verən yalan,
Bu dünyanın bütün
güzgüləri, o dünyaya
açılan qapı,
Bərq
vurub sayrışan dənizin nəbzi
Günorta,
Buz səhrası...
Unutmaq
Yum gözlərini, zülmətə
təslim ol
Kirpiklərinin qızılı yarpaqları
altında
Zümzümə edən kimi
xəzəl kimi yerə düşən
səsin küçəsindən
keçib
xəyala dalmaq
qurtaracaq yerinə
son pərdəsinə qədər
səsin,
səsi batmış şəlalə kimi.
Kölgələrə qarış get,
Dərinin içində gizlən,
yaşa,
Bir az da dərində, səs çatmayan yerində
Qoy sümüklərin - rəngi
qaçmış ildırım
Qamaşdırsın gözünü,
kor etsin səni
Orda zirvəylə qaranlıq körfəz arasında
Mavi lələklərini açsın,
od saçsın.
Yuxunun
əriyən kölgələrində
Lüt-üryansan, islan orda;
Çıx bədən adlı
qəfəsdən, bil
ki,
Köpük
Bilmir sahildə
kimi unutduğunu.
Özünü özündə batır,
Özündə itir, özünü, sonsuzadək.
Necə
ki, dəniz dənizdə boğulur, batır,
Özünü də, məni də unut...
YAŞIL MÜRƏKKƏBLƏ YAZ
Yaşıl mürəkkəb bağları,
meşələri, çəmənləri
oyadır
Hərflərin oxuduğu yarpaqları,
Ağac
olan sözləri
Yaşıl bürclər olan cümlələri.
İcazə ver sözlərim
yerə düşsün,
səni örtsün
Qar basmış talaya yarpaq yağışı
kimi,
Sarmaşıq altındakı heykəl
kimi,
Bu səhifədəki yaşıl mürəkkəb
kimi.
Əllər, bel, boğaz, sinə,
Dəniz
kimi təmiz alın
Payız
meşəsi boynun
Ot sapalağını
dişləyən dodaqlar
Təninə yaşıl nişanələr
səpələnib
Ağacın gövdəsi tək.
Bu kiçik işıqlı
çapıq incidir səni:
Səmaya
bax - ulduzlar döyülüb üstünə...
Bağ
Axıb
gedən buludlar, qol-qola,
Yuxuda durub gəzən buludlar, məmləkət
çöllü-biyaban,
Nə səs, nə səmir...
Hər şey çəkisizlikdə...
Günəşin cızdığı şəkli
külək pozur anbaan.
Dörd divar, kərpicdən. Sarmaşıq
tonqalı:
Qol-boyun
alovları içində
gözlərim
Çimir. Hardasa külək var, həniri gəlir,
Yarpaqlar və otlar diz
üstə çöküb.
Gün çiçəyinin ayaqları
dolaşır,
ətrinin içində
itib, bürüşüb
qalıb. Peyğəmbərçiçəyi,
göyrüş bir az fikirli: şam
ağacı
Bağ kiçik,
əl içində,
səma sonsuz.
Mənim
xarabalıqlarımda nəmişlik
cücərib
Gözlərimdən baxıb, əlini toxundurursan
Özünü məndə tanıyırsan,
ordaca düşünürsən,
İçimdə yaşayır, içimdə
qeyb olursan.
* * *
Küçəylə gedirəm,
Addımların səsi
Tam başqa bir prospektdən eşidilir.
Ordasa
Özümü eşidirəm,
Gecənin içiylə addımlayan
Harada ki,
Yalnız duman həqiqidir.
Fransız dilindən tərcümə
edən:
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.5.