Cəmil Əlibəyov – 90
İlkinlik həyasının, ismətinin
mehrabından səsləniş
kimi qələm dostu İmamverdi Əbilova yazılan bu məktub görkəmli yazıçı
Cəmil Əlibəyovun
şəxsində həmişəyaşar
Şərq ruhuna əbədi ehtiramın ifadəsidir. Ötən əsrin 90-cı ilində ölkəmizdə
yaşanan hərc-mərclik
və xaos bəlasının olmuşlarına
əsl ziyalı, mütəfəkkir etirazının,
təpkisinin siması
sərgilənib bu yazılanlarda. Çox səmimi,
milli dəyərlərin
gəlişmələri sarıdan
nigaran, səksəkəli,
eyni zamanda, vətəndaş məsuliyyətindən
qaynaqlanan bu məktub ötənlərin
yaşantısına ayna
tutur.
Möhtərəm İmamverdi müəllim!
Məktub
vasitəsilə ilk "Xoşgördüyü"
deməkdən məqsədim
odur ki, bu tərzdə ilk görüşümüzdür.
Səbəbini deyim: Sizi tanıdığım
uzun illər ərzində həmişə
müəllim zabitənizi
hiss eləmişəm və
məktubda hər hansı qüsura yol verə biləcəyimdən
ehtiyat eləmişəm.
Görünür, özüm duymuşam ki, yaşlaşmışam,
yaşlı adamlar isə sərbəstləşirlər,
hətta cavanlıqda bir dəfə də dillərinə gətirmədikləri ləfizləri
söyləməkdən çəkinmirlər. Cəsarətim üçün bəri başdan üzr istəyirəm.
Deyəcəksiniz ki, hər müəllimdənmi
belə çəkinirsən? Yox! Mənim müəllimlərimə oxşayanlardan.
Onlar isə yoxa çıxmaq
üzrədirlər. Təsəvvür edin ki, heç
bir müəllimimdə
(mən universitetin iki fakultəsini bitirmişəm və Moskvada da oxumuşam)
bir balaca eyib görə bilməmişəm. "Dözümlü
məhəbbət"i "Azərbaycan" jurnalında
çap eliyəndə
İsmayıl Şıxlı
təvəqqe etdi
ki, Zaminlə Mənzər qırx ilin görüş həsrətində olublar,
indi ulduzları barışıb, bu istəyi oxucu naturallıqla görmək
istəyəcək. Boynuma qoydu.
Ancaq yaza bilmədim, heç öpüşdürə
də bilmədim.
Mənzər müəllimədən utandım. Onun müəllimə həyasının, ismətinin
çəpərini aşa
bilmədim.
Oxucular da elə bilir, yazıçılar kefə
baxır. Həyatda qismətləri olmadığı
gözəlllik nemətlərində
yazılarında çatırlar,
kam alırlar. Yeri gəlmişkən onu da deyim ki,
mən həyatda rast gəldiyim, ucbatından əzab çəkdiyim çirkinliklərə
bais bu çəpərləri
basdalayıb keçməkdə
görürəm. Qadağalarda, mənəvi ölçü-biçidə
ehtiyatlı olmadığımızdan,
hər şeyi qatıb-qarışdırdığımızdan
bu günə düşmüşük - sağalmaq
üçün də
diaqnoz verə bilmirik xalqa. Dünən təzə roman üzərində
işləyirdim. Bəlkə "Ədəbiyyatda" o parçanı
oxudunuz. Bağda (məktubu
da Bilgəhdə yazıram) it zingiltisi, ulaşması yaxınlıqdakı
kənd əhlini zinhara gətirir, uşaqlar gedirlər, bu itdən can qurtarmağa. Görürlər ki, hələ gözünün boz toru çəkilməmiş
küçüklər əməndə
qancığın - analarının
əmcəyini gəmirirlər,
qana qərq eləyiblər. Qoca bunun illətini tapır: "Bu it canavarlarla
kürsəyə gedib".
Bizim də əxlaq-davranışımız
bizə yad olanla kürsəyə gedib. Öz ənənəvi cızıqlarından çıxmış
olsaydı cavanlar, buna çarə tapılardı, diaqnoz qoymaq mümkündü.
Ancaq bu, SPİD kimi bir bəladır. Odur ki, müalicəsi mümkün olmur. Biz təzədən yeni nəsli bu əxlaqdan kənarda saxlamalıyıq
və onları öz kokləri üstə tərbiyə etməliyik. İnşallah!
Mən gərək ki, görüşümüz
zamanı sizə dedim, "Şərq"
qəzeti buraxmaq istəyirəm. Bu məqsədlə hər şeyi öz relsi üzərinə qoymaq üçün.
Hələlik niyyətdir. Kağız
(halal yolla) tapılmır. Təmiz əxlaq
təlqin edəcək
qəzeti isə haram yolla əldə
edilmiş kağızda
çap eləmək
bünövrədən işi
əyməkdir. Sağlıq
olsun...
Məni bu saat bir
şey maraqlandırır
- "Mənim analı
dünyam"a necə,
nə vaxt, hansı yollarla qayıdacayıq. İstərdim ki, siz bu haqda kitab
yazasınız. Müşahidələriniz, mühakimələriniz.
İqtibassız, isnadsız. Bu lazımdır, əlavə söhbət üçün vaxt tapsanız, mən məmnuniyyətlə, narahatçılıqlarımı
deyərdim. Didaktikanı biz çox nahaq yerə məişətimizdən
çıxarmışıq. Qurani-Kərimimiz bu ahəngdə
qurulub və böyük bəşəriyyəti
öz ardınca aparır. Nəsihət əleyhinə çıxanlar
bayaq xatırlatdığım
əxlaq qanını
qarışdırmış adamlardır. Onlarda hər
kəs özünə
cavabdehdir. Öz həyatını
yaşayır. Kimdən törəmə
olduqlarını familiyalarında
da gizlədirlər, kimlərə məxsus olduqlarını söyləməklə
qane olurlar.
Birdən deyərsiniz ki, Cəmil müəllim də dəbə uyub, bəs niyə indiyədək bu fikri təlqin
etməyib. Mən gözümü açandan Anamın əxlaqını bəyənmişəm.
Onu müdafiə etmişəm.
Hətta bu feodal əxlaqı üstündə az atmacalar eşitməmişəm.
Xülasə, biz təklənmişik, sərkərdəmizi
- əxlaq müəllimlərimizi
sıradan çıxarıblar,
hara gedəcəyimizi
bilmirik. İman sorağı ilə
gəzərkən azıb
bundan da pis səmtə getməkdən də qorxmaq lazımdır.
Tarixdə belə bir vaxtda peyğəmbər peyda olub və
işləri onun təzə baxışları
sahmanlayıb. Ümidim buydu
ki, Ana kultu olacaq. Son hadisələr
göstərdi ki, bu korlanış analardan gəlir, onlar uşaqlardan, uşaqlar onlardan aralanıblar. Nə ana
uşaqdan ehtiyat edir, nə uşaq
anadan qorxur. Hələ yaza bilməmişəm.
Çoxdan niyyətimdə
var: uşaqlar bizi necə tərbiyə edir... bunu yazam gərək.
Sizinlə, zəmanənin deyərdim
ki, nadir insanı ilə görüşməyə,
özümü yoxlamağa,
cəsarətə gəlməyə
və yaş keçsə də, nəysə bir faydalı yolu arayıb tapmağa ehtiyac duyuram. Gərək imkan
da tapım.
Sizin qarşınızda
qəbahətlərimi və
borcumu azaltmaq üçün şəklimi
göndərirəm, acı
sözləri ona deyib ürəyinizi boşalda bilərsiniz.
"Mənim analı
dünyam"a da öz böyük aləminizdə sığınacaq
verəcəyinizə əminəm.
Sizin Cəmil Əlibəyov
28 oktyabr 1990
Bilgəh
Ədəbiyyat qəzeti.- 2017.- 2
dekabr.- S.11.