HüznlüRübai

 

Mərhum şair Rübailin əziz xatirəsinə

 

Hər insan özünün öz möhürüdü,

Hər baxış gözələ göz möhürüdü.

Barmaq möhürüylə seçilir hərə –

Rübai seirimin söz möhürüdü.

                                    Rübail

 

Nizami Gəncəvinin mənəvi nəvəsi, gəncəli şair Rübail dəvət olunmaq aşiqi deyildi. Ciddi, özünə hörmət qoyan elitar mədəniyyətli bu qələm sahibi hər dəvəti qəbul etməzdi. Ona hörmət etdiyindənmi və ya onunla çəkişməyin mənasızlığını dərk etdiyindənmi, Ölümün dəvətini qəbul etdionun qoluna girib bu dünyadan çıxıb getdi, amma çoxlarından fərqli olaraq özünü özü ilə aparmadı, özünü yerində qoyub getdi. Yəni qiymətli ədəbi-bədii kitabları, elmi əsərləri onu həmişəlik əvəzlədi.

Elə bil Gəncənin qələm adamları taleyin qarğışına tuş gəlib. Ovunmaz ağrılar, acılar bizi belə düşünməyə məcbur edir. Hələ ünlü şair Bahadur Fərmanın ili tamamlanmamış, Rübail də qələm dostunu təklikdən qurtarmaq qərarına gəldi. Son bir ildə Gəncənin çağdaş poeziya aləmi adıbəlli iki ədəbi generalını itirdi. Bu çəkili itkilərin nəticəsi dərhal göz önünə gəldi. Yerli ədəbi mühit xeyli solğunlaşdı. 10 ilə, 50 ilə, 100 ilə yeni Bahadur Fərman, yeni Rübail yetişəcəkmi? Cavab vermək çətindir…

Rübail bir evdə doğuldu, bir küçədən keçdi, bir şəhərdə böyüyüb sevdalandı, bir universitetin alimi, müəllimi oldu. Sonralar onun şairlik istedadı, elm sahəsində inadlı axtarışları, onların dərsliklərə, şeir kitablarına çevrilməsi sayəsində bu imza bir evə, bir küçəyə, bir müəssisəyə, bir şəhərə sığmadı. Bu halal zəhmətlə qazanılan şöhrətin sədası bütün respublikaya yayıldı, hətta sərhədləri aşıb xarici ölkələrə də qanad açdı.

Tanrı ona bilik qapısını həmişə açıq saxlamağı məsləhət bilmişdi. O da buna həvəslə əməl edirdi. Məntiqli danışığı, gözəl natiqliyi, yüksək pedaqoji ustalığı da Tanrı töhfəsi idi. Bir tərəfdən də İlham Pərisi qəlbinin başında yuva bağlamışdı. Bu çalışmalar, bu ətalar hədər gedərdimi? Yox, getmədi. Çox keçmədən elm sahəsindən onun halal şöhrət daxılına əməkdar müəllim, professor fəxri adları, poeziya dünyasından Prezident təqaüdçüsü, müsabiqələr qalibi, ədəbiy­yatımızın ali mətbu orqanı “Ədəbiyyat qəzeti” redaksiya heyətinin məlum məşhurlarının sırasında yer alması kimi xoş müjdələr daxil oldu.

Poeziya öz imkanlarını, ənənəvi mövzularını səxavətlə onun qarşısında açırdı – Vətən, Ana, Təbiət, Sevgi mövzuları ilə. O, az halda bu mövzulardan istifadə edirdi. Əksərən İlham Pərisindən üzr istəyib elmi şeirə, şeiri elmə gətirirdi. Bu hal ona qələmdaşlarından seçilmək, fərqlənmək şəraiti yaradırdı. Nəticədə, öz üslubunu ortalığa qoyub standartçılıqdan, təkrarçılıqdan, kiməsə oxşamaqdan yan dururdu. Bu səbəbdən şair mövzu qıtlığı çəkmirdi. Bir çox dünya ölkəsini gəzmək, müşahidə etmək onun orijinal söz-fikir xəzinəsini daha da zəngin­ləşdirirdi. O, kitablarını (“…Bir işıqlı yol üstəyəm”, “Gecələr yuxusu qaçar qızların”, “Ömrün fəsilləri”, “İldırımötürənlər”, “Altı məzar, üstü bazar dünyamız”, “Tələsdikcə gecikirəm”, “Rübailər”…) bu yollarla ərsəyə gətirir, hazırlıqlı oxucusunun zövqünü, mənəvi dünyasını daha da zənginləşdirirdi.

Mən bu orijinal dəst-xətli şairin yaradıcılığına, kitablarına dönə-dönə müraciət etmiş, özəlliyindən xəbər verən fikirlər söyləməyə çalışmışam. Yazılarımın birində onu “Gəncəmizin Jül Verni” adlandırmışam. Zənn edirəm ki, Fransanın məşhur elmi-fantastik yazıçısı ilə həmyerlimizin yaradıcılığında oxşar əlamətlərin olması qənaətimdə yanılmamışam.

Dünyanın və kainatın ən narahat olayları – Dağlıq Qarabağın və ona adekvat olan başqa məkanların doğurduğu işğalçılıq iştahı, kosmosda ozon dəliyinin açılması, təbiətin daşqınları, zəlzələləri ilə insanları sınağa çəkməsi onun yaradıcılığında öz əksini tapıb.

Xalqda bir deyim var: “Acda var ki, gicə versin”. Bu deyimdən olduğu kimi istifadə edənlər var. Qəbahət deyil. Bununla belə, Rübail öz orijinal poeziyasına sadiq qalaraq fikri saxlamaqla başqa yol seçir. O, məqsədi az qala sonsuza qədər qloballaşdırır. Göydən Yerə vaxtaşırı uçan boşqablar gəlir. Ola bilsin ki, onların başqa niyyəti var. Getdikcə Yer kürəsinin əhalisi artır, maddi təminat isə azalır. Boşqab pay, umacaqlı yemək qabıdır. Şair yad planetdən gələn boşqaba boşqab sahiblərinə mesaj göndərir: Yerdə var ki, Göyə versin? Görün, şair hazır fikrin orijinal dairəsini qədər genişləndirir?!

Boşqabgəlir o dünyadan deyirlər,

Boş qablarda kimlər nəyi yeyirlər?

Yoxsa bizdən pay istəyir yazıqlar

Heç bilmirəm aclar aca verər?!

Rübail nümunəvi, el demişkən, ağırtaxtalı ailə başçısı idi. Şair övladlarını cəmiyyət üçün yararlı vətəndaşa çevirə bilmişdi. Bəzi şairlərimiz ailə üzvlərini sənət aləminə çəkib, obrazlaşdırır. Bu halı dostumun yaradıcılığında sezmirdim. Bir dəfə buqüsuruona xatırlatdım:

Şair olasan, xanımınauşaqların anasına şeir həsr etmə­yəsən… Bu, heç olan deyil.

O, gülüb dedi:

Mən belə şairəm

Sən demə, o, “beləşair deyilmiş. O da ənənəni pozmamış, Bərdə hökmdarı Nüşabənin adını daşıyan xanımınaNüşabəsinə gözəl, mənalı bir rübai yazıbmış. Rübainin məzmunu belədir: fateh İsgəndər yerişi yerimək istəyən şair bir gün Nüşabə xanımla üz-üzə gəlir. O, daş-qaşla makedonyalı İsgəndəri qarşılayan Nüşabədən fərqli olaraq öz qızlıq ləyaqəti, isməti iləgəncəli İsgəndərin” – şair Rübailin qəlbini fəth edir.

Sən istəyən qədər ola bilmədim,

oldumsa hədər ola bilmədim.

Sən Nüşabə oldun süfrə açanda,

Fəqət mən İsgəndər ola bilmədim.

Rübail doğma şəhəri çinarlı Gəncəni çox sevirdi. Qələmi Nizami, Məhsəti yadigarlı bu şəhəri vəsf etməkdən yorulmurdu. Hara gedirdisə, xəyalında, ürəyinin başında Gəncəni ora aparırdı. Hansı ölkədə olurdusa, gözləri ilk növbədə əzəmətli çinar ağacı axtarırdı. çinarların hesabına vətənin ərazisini qiyabi olsa genişləndirirdi: “Harda çinar varsa, ora Gəncədir”.

Gəncənin simvolu olan əzəmətli çinarlar şairin ona verdiyi yüksək dəyərdən necə razı qalmaya bilər?!

Əkdiyim çinarlar ucadır məndən,

Göy yerə əyilsə, qorxum yox daha!..

Təsəllimiz budur ki, Rübail özünü öz yerinə qoyub gedib. Görkəmli sənət adamları kimi o da sağlığında dəyərli əsərləri ilə ölməzlik qazanıb.

Harda çinar varsa, orda Rübail var

Kimin əlində Rübailin bir kitabı varsa, deməli, Rübail yaşayır

Kimin dilində Rübailin bir bənd şeiri varsa, deməli, Rübail yaşayır

Kimin yaddaşında Rübail özünə yer eləyibsə, deməli, Rübail yaşayır

Bu yazıbir elegiya, rekviyem, ağı, hüznlü rübai timsalındadır. Onun fərqli, orijinal yaradıcılığına işıq salmaq xatirinə bu yazıya ehtiyac duydum.

  

Qərib MEHDİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 2 dekabr.- S.15.