Zülmətdə işıq var - desəm o, sənsən
Rus ədəbiyyatşünası Viktor
Şkolovski Boris Eyxenbauma
məktubunda "Mən ədəbiyyatşünas
deyiləm, mən tale adamıyam"
yazırdı. Haqqında fikir yürüdəcəyimiz
qəhrəmanın alın
yazısı da belədir.
... Dərdin belə sevildiyi olmamışdı:
məni təbrik eləyirlər
başsağlığı əvəzinə
mat qalmışam taleyin bu töhfəsinə.
Elə bir şair tapmaq
çətindir ki, o bu və ya
digər dərəcədə
insan, onun psixoloji (istər sevinc, istərsə də kədər olsun) anlarını, həyat həqiqətindən
qaynaqlanmış, insan
ruhunu dilləndirən
reallıqları
poeziya dilinə çevirməmiş olsun.
Söz sənəti, eləcə
də poeziya üçün doğma olan bu mövzuya
Nəriman Həsənzadə
baxışı fərqli
və bənzərsizdir.
Bu poeziyada lirikanın
obyektində qadın və cəmiyyət harmoniyasının ümumiləşməsi
var. Müasir dövrdə
ictimai anlam əxz edən qadın obrazına N.Həsənzadənin "Qadınsız
həyat", "Çadralı
qızlar", "Məni
bir qız gözləyir", "Ziyafətdən
qayıdan qız",
"Ana", "Qadına məktub", "Lövhə",
"Səadət", " Zəriflik", "Qadın",
"Qızlar", "Ehtiyacı
var", "Anan qızın
olsun", "Ürəyim
ananı istəyir qızım", "Qaraçı
qızı", "Ömürlük
geydirdi onu təbiət", "Qızmaz",
"Ağrı", "Ağladı
tellər Saramı"
, "Qızlardan oğlanlara",
"Bacımın xatirəsi",
"Zülmətdə işıq",
"Daşı sevməliyik
biz indən belə",
"Şairə məktub",
"Səssiz", "Yanaşı
getməyimiz elə səadət imiş",
"Qız ürəyi",
"Qadın (qızı
Xatirəyə)" və s. poeziya nümunələrində ədəbi-bədii
müraciətini bir neçə formada qruplaşdırmaq olur.
Qadın-Vətən qızı atributu, qadın - xalqın milli-əxlaqi keyfiyyətlərinin
daşıyıcısı, qadın - ana, bacı, həmdəm, arxa, qadın-sevgili, qadın sosial-hüquqi və fəallığı
olan vətəndaş
kimi.
N.Həsənzadə poeziyasında lirik ovqatın psixoloji durumunu səciyyələndirmə anında
qadın həm "qalxdı çiyinlərə
mənim daş bacım, mən daşa dönmüşdüm,
o daş çiçəyə",
"daşdan yonulubdu
anan, ay oğul, daşı sevməliyik
biz indən belə",
"mənim daş qadınım, sənin daş anan, bizi qoymayacaq daşlaşaq, oğlum"
böyük bir mərhələ keçir,
abidə və heykəllərdə müqəddəs
mənalarda əbədiləşir,
həm də daş detalı ilə şairin ruhunu, durumunu anladan rəmzə çevrilərək əzəmətli
görünüşü, böyüklüyü ilə
bərabər, xalqın
poetik yaddaşında
əsasən insani keyfiyyətlərin təcəssümü
kimi qalır.
Səndən salam deyəcəyəm
o diyara, -
sən içdiyin bulaqlara,
sən keçdiyin o izlərə,
sən dərdiyin nərgizlərə,
sən baxdığın
buludlara,
əsən yelə,
daşan selə,
uçan quşa,
dağa-daşa,
bağça-bağa,
Sənə gözəl ürək
verən
o torpağa.
- deyən şair,
təbiət lövhələri
ilə, peyzajla könlündəki qadın
arasında paralelizm yaradır. Hər iki varlıq - təbiətdə, qadın
da canlıdır.
Lakin burada, şairin yaratdığı paralelizmdə
təbiət vasitə
kimi seçilir, təbiət lövhələri
qadın incəliyi detalları ilə birləşdirilmiş halda
verilir.Təbiəti qadın
təbiəti ilə birgə verdiyində gözəllik görür.Təbiətin
fəlsəfi dəyərini
əxlaqi-estetik amil kimi qadın obrazının bədii dərkində tapır.Buna
görə də təbiət lövhəsi bu poeziyada tərənnüm
obyekti kimi seçilmir.Buradakı əsən yellər, daşan sellər, uçan quşlar, bağ-bağça,
nərgizlər, buludlar
və s.tərənnümdən
çıxmış, qadınla,
ümumilikdə cəmiyyətlə
bağlı düşüncə
obyektinə çevrilir.Təbiətin
insan xarakterinin formalaşmasında böyük
rol oynadığını
qeyd edərək
"sənə gözəl
ürək verən o
torpağa" misraları
ilə şair sanki qadının üzərinə böyük
məsuliyyət qoyur.
Elə buna görədir ki, Nəriman Həsənzadə qadına
təkcə qadın obrazı kimi yanaşmır. İlk növbədə
onu Vətən qızı atributu kimi götürür, qadının üzərinə
etik-əxlaqi dəyərlərin
məsuliyyətini qoymaqla
onun gözəlliyini vurğulayır. Hər
şeydən əvvəl
"Evdən , ailədən başlayır Vətən",
"Amma qadınlıqdı
əsl vətəndaş"
- deyərək qadının
sosial hüquqi statusunu ona anladır.
Xatirimdədir, hələ 2001-ci il olardı. ADPU-nun filologiya fakültəsi
ilə şair Qabilin görüşü
oldu. O zaman şair biz tələbələrlə
xatirəsini bölüşərək:
"Mən müharibənin
ağrılarını yaşamışam.
Kasıb
ailələrdə aclığın
da nə olduğunu bilirəm.
Hər gün evə gələndə anamın
bizə süfrəyə
bir tikə loxma qoyması üçün nə əzablar çəkdiyini
görürdüm. Bir gün
evə gəldim və gördüm ki, süfrə həmişəkindən fərqli
olaraq bol nemətlərlə doludur.
Mən bu nemətlərin hardan olduğunu soruşanda anam cavab vermədi. İsrarla təkrar soruşduğumda məcburiyyət
qarşısında qalıb
bala, qanımı verib onun puluna
sizə belə bol süfrə qurmuşam - dedi. O zaman mən heç nə yemədim. Düşündüm ki, mən anamın qanını yeyirəm?!" (şair Qabillə görüş xatirələrindən).
Mənim
yaddaşımın daş
evinə bu çox
acı ağrılı,
iniltili bir xatirə kimi həkk olundu. Rəhmətlik şair Qabilin bu acı
xatirəsindən sonra
ədəbi prosesdə mənim
ürəyimi sızladan,
ruhumu titrədən ən dəyərli ana obrazı Nəriman Həsənzadənin
"Nabat xalanın çörəyi" povestində
oldu. "Səhərlər
anam bəzən kürəyimi sürtərdi.
Anamın ovcunun içi elə bil Hacımərdan dayının Tbilisidən alıb
gətirdiyi paltar şotkasıydı. İynə-iynə. Bir dəfə əlimi sürtdüm. Elə
daladı ki! Anamın ovcu da kürəyimi
eləcə dalayırdı.
Hardansa yadıma bir söz düşdü:
Ana, sən qadın deyilsən, - demək istədim. Qadın əlləri kobud olmamalıdır! Sənin
ovcun tikan-tikandır!
("Nabat xalanın çörəyi") .
Yaddaşı uşaqlıq xairələrinə
bağlı olan N.Həsənzadənin lirik
qəhrəmanı onun
poeziyası ilə ünsiyyətdə təbii
şəkildə özünütəqdimə
meyillidir. "Dul
qalmaq- yetimlik nişanəsiymiş, ər-qadın
ömrünün kaşanəsiymiş".
Burada uşaqlıqdan tutmuş sonrakı tale yazısının
qoyduğu izlərə
qədər hər bir situasiya qəhrəmanın
yaşadıqlarının, gördüklərinin bədii
izahına yönəlir.
Qadın, onun zəhmətinin, yaşadıqlarının
əxlaqi məzmununun
təqdimində lirik
yaşantılarda hərəktlilik
çıxış edir
və səmimilik, təbiilik keyfiyyətləri canlı münasibətdə konkretləşir.
Nisgilli bir ad var, sənin
adındı,
Könül bağlamışam mən
də bu ada.
Dünyada ən böyük
itki qadındı:
Gördüm anamda da, qadınımda
da.
Evin yiyəsiydin, indisə torpaq,
Sənsən sağ canımda
ağrıyan yerim,
Çöldə qalmaq olmur,
Evdə
yaşamaq,
Nə gedən yerim var,
Nə qalan yerim.
Göz önündə təsvir
edilən, insanın ürəyini parçalayan
bu canlı poeziya nümunəsində təqdim, həmin təqdimatda N.Həsənzadənin öz
tənhalığı ilə
lirik qəhrəmanına
qovuşma - özü
və ruhu ilə əlaqənin qarşılaşdığı sakit, sadə, rahat bir məkandır.Bu
məkanın özündə
bir məkansızlıq
var. Lakin şairin bu məkansızlıqda yaşantıları , onun
saf, təmiz ruhu ilə özünü ifadədə yeni məzmun kəsb edir.Yeni məzmunda, N.Həsənzadə
poeziyasında
iki tip özünü
büruzə verir: Biri qadın obrazıdır, digəri isə bu ağır
psixoloji vəziyyəti
canlandıran kişi
tipi obrazı.Yəni şair
müəllifin özü.Hər
iki obrazın təqdimatında səmimi
ifadə tərzi, kövrək intonasiya çalarları
şairin bu günü ilə dünəni arasında körpü yaradır.
Buna görə səmimi,
kövrək, aydın, eyni zamanda sadə, orijinal ifadə tərzi ilə çox təsiredici məqamların
dərin fəlsəfi
ruhlu N.Həsənzadə
poeziyası zəngin və təkrarsız qadın obrazı sistemi ilə səciyyələnən bir
poeziyadır.
Sədaqət ƏSGƏROVA
Ədəbiyyat qəzeti.- 2017.-
2 dekabr.- S.19.