"Alın yazısı hədər yazılmır"

 

"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə Kamal Abdullanın "Alın yazısı hədər yazılmır" şeiri cəlb olunub

 

İsti yay günü heysiz bir axşam...

Bu uzaq yolun bağrını dəlib.

Mən ha çağırsam, mən ha bağırsam,

Heç kim inanmaz - bu odu gəlib.

 

Kim xatırlayar, nədən başladıq,

Bu ömür ki var - əvvəli hanı?

Necə yaşadıq, necə yaşlandıq,

Payız da bitir - xəzəli hanı?

 

Sənin özünün Allahın varmış,

Sənin gözünün içində imiş

Sənin Allahın daha cavanmış,

Sənin Allahın daha gözəlmiş.

 

Alın yazısı hədər yazılmır,

Qayıdacaqdın - taleyin budur.

Sənin üzündə kədər yazılıb,

Gözün doludur, qəlbin doludur.

 

Yayda qar deyib üzümə baxma,

Mən köməyimə kimi səsləyim.

Allah var deyib üzümə baxma,

Gücüm qalmayıb sənə "" deyim.

 

Kamal Abdulla

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.11.