Üçtərəfli
memorandum imzalanıb
Dekabrın 8-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq
riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi
əlaqələri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə
iştirakçılar Ədəbiyyat İnstitutunda, eləcə
də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində
Daşkənddə son zamanlar özbək dilində nəşr
edilmiş kitabların sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin çoxəsrlik tarixindən, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafından söz açıb, son illərdə mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, Azərbaycanda yaşayıb-yaratmış özbək ədəbiyyatının tanınmış nümayəndələrinin irsi araşdırılıb.
Konfransda
çıxış edən Özbəkistan
Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz
arasında əməkdaşlığın yüksələn
xətlə inkişaf etdiyini
bildirib, müsəlman ölkələri
arasında elm, mədəniyyət sahələri
üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini
vurğulayıb. Bildirib
ki, ölkələrimiz İslam mədəniyyətinin və
dünya mədəi-tarixi irsinin mərkəzi sayılır və
Türk dünyasının böyük mədəniyyətə
sahib xalqlardır.
Sonra AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai
adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı
Universiteti və Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzi
arasında əməkdaşlığa dair üçtərəfli
memorandum imzalanıb.
Tədbirdə Özbəkistan-Azərbaycan
mədəni-ədəbi əlaqələrilə
bağlı məruzələr dinlənilib.
Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan
ədəbi-elmi əlaqələrinin inkişafında xidmətlərinə
görə dost ölkənin bir qrup tədqiqatçı alim
və mütəxəssislərinə AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Fəxri fərmanlarını təqdim edib.
Konfrans çərçivəsində,
həmçinin “Əzəli dostluq riştələri”
adlı filmin nümayişi olub.
Ədəbiyyat
qəzeti.- 2017.- 9 dekabr.- S.13.