Sən adlı
zamandayam mən
Hardasan?
Ruhumda səksəkələr var,
Yenə də can evim mənə dar gəlir.
Sormasam gözümdə dünya
qaralar,
Fəqət, soruşmaq da mənə
ar gəlir.
Nifrin yağdırıram bu
susqunluğa,
Dağ dinsin, daş dinsin,
bitsin bu sükut.
Nə ki, qayğılar var - qoy bir kənara,
Nə vacib işlərin varsa da
unut...
İnan bugünəcən
inanmadığın
Qiyamət gününün
dönəcəyinə.
Bir göz qırpımında
Ayın, Günəşin,
Ən parlaq ulduzun sönəcəyinə.
Hardasan?
Hardayam?
Haralardayıq?
Bircə meh əsimi
cavabın gəlsin.
Dirilik suyutək çəkim
başıma,
Ömrümə-günümə
savabın gəlsin.
Səndən soraq verib, xəbər gətirən
Min məna gəzirəm hər
sarı simdə.
Biləydim, biləydim kimdə itirib,
Kimdə arayırsan sən məni,
kimdə?
Hardasan,
Ruhumda səksəkələr var,
Hardasan? Sən mənə səs
ver, nəfəs ver!
Dəli qasırğaya, oda, alova,
Tufana dönməyə yeni həvəs
ver.
Al yenə əlimdən olan
ağlımı,
Al yenə əlimdən
azadlığımı;
Mənə özün boyda
yeni qəfəs ver.
Bilim ki, ürəyin mənlə
döyünür,
Bilim zülmün altda,
amandayam mən.
Nə yerim yerdədi, nə
göyüm göydə,
Yenə də sən adlı
zamandayam mən.
Qaçqın
Qaçıram ən yaxın xatirələrdən,
Yaddaşım izləyir hər
addımımı.
Qorxuram sevdiyim sözlə üzləşəm,
Sevdiyim adamlar çəkə
adımı.
Xatirə boylanır
cığırdan-izdən,
Dolub xatirəylə
ev-eşik tamam.
Adlaya bilmirəm,
Xatirələrlə
Yaman minalanıb yollarım, yaman...
Biləydin nə qədər təhlükəlidir
İndi dörd yanıma
göz gəzdirməyim.
Qaçıram bir zaman sevdiklərimdən,
İlahi, puç olub gedir əməyim.
Kiminsə qoyduğu sonuncu hədd
yox,
Kimsə istəyəsi elə sənəd
yox!..
Qaçıram,
Önümdə sərhəd yox, sədd
yox,
Qaçıram ən
yaxın xatirələrdən.
Qaçıram,
Axırı nə ola-ola…
Mən öz
qıfılıma düşməz açaram.
Heç kəsə qıymaram, mən
keçən yollar
O yerə çıxır ki, ordan
qaçağam.
***
Biz
iki
davakar uşaq kimiyik,
Heç nə
könlümüzcə deyil dünyada.
Hər qədəmbaşında bizə
dar gəlir
Dünya dediyimiz bu qərib
ada.
Heç nə könlümüzcə
deyil dünyada,
Mən səndən gileyli, sən
məndən incik.
- Birinci sən küsdün...
- Sən atdın ilkin...
Bizi yolda qoydu bu birincilik.
Tale yollarıdı, gedir irəli,
Gərək inciməyək
bir-birimizdən
Dünyanın biz görən kəsirlərini
Düzəltmək gəlmirsə
əllərimizdən.
***
Siz bizə balaca bir ada verin,
Lap elə ufacıq, bir oda verin;
Yenə böyüyəcək, yenə
artacaq,
Dövlət olacayıq,
Xalq olacayıq.
Yepyeni bir bəhər, bar
olacayıq.
Yenə də gözünüz bizdə
qalacaq,
Yenə də, yenə də
var olacayıq.
Çünki üstümüzdə
Allah nəzəri,
Tanrı sevgisi var ilkdən, əzəldən.
Cənnətlər bəsləyən
ürək kimiyik,
Halallıq süsləyən
çörək kimiyik.
Üstə gül qoxulu ayə yazılan
Ağappaq, bəmbəyaz vərəq
kimiyik.
Siz bizə balaca bir ada verin,
Lap elə ufacıq bir oda
verin.
Sonra səbrinizi basıb gözləyin,
Yenidən, yenidən
sınayın bizi.
Görün ki, daş üstə
göyərib bitən,
Nə ki, istəyi var halallıq
ötən,
İrfanla, insafla kamala yetən
Sevimli bir yurddu yenə bu Vətən.
Balaca, balaca bir ada verin,
Ufacıq, yosmacıq bir oda verin;
Biz onun uğrunda tarana gedək,
Onu ölkə edək, onu
yurd edək.
Haqqı tanımağı niyət
eləyin...
Görün ki, Tanrıdan gələnlərik
biz,
Yurdu yurd eyləyən ərənlərik
biz...
Yenə qarşımızda səcdəyə
durub,
Və dönüb yenidən bitət
eləyin!..
Üzünü görüncə mən
bu dünyanın
Ərk yerim çox idi ərk eyləyincə,
Utandım səhvimi dərk
eyləyincə.
Mən ki, bu dünyanı tərk eyləyincə
Gedib o dünyanı
görüb qayıtdım.
Düzüydü, səhviydi - bu yolu
getdim,
Qəlbimi düzlüyə
su yolu etdim.
Qərib durna yolu, qu yolu etdim,
Gedib o dünyanı
görüb qayıtdım.
Çəkdim hesabını hər
ötən anın,
Gördüm uduzmuşam... daha nə
danım...
Üzünü görüncə mən
bu dünyanın
Gedib o dünyanı
görüb qayıtdım.
Geriyə dönməyib neyləyəcəkdim?
Qayıtdım, bir özgə
yolum yoxuydu.
Kimi öz yolundan eyləyəcəkdim?-
Yağışım, leysanım,
dolum yoxuydu...
Uddum bu nahaqqı, ölümüm
haqdı,
Gözümdə təəssüf
şimşəyi çaxdı...
Yumruq vurmaq üçün
çevrilib baxdım,
Qələmə
dönmüşdü, qolum yoxuydu...
Nədən
qorxuramsa
Nədən qorxuramsa - yol
yoldaşımdı,
Nədən çəkinirəm
- məndə yaşayır.
Məsələn, nəfəsim, məsələn,
canım -
Hərəsi bir məzhəb,
dində yaşayır.
Birinə doğmayam, mininə yadam,
Bir doğma imzayam, bir qərib adam.
Tanrı elə çaşıb,
bilmir ki, adam
Kimdə unudulub, kimdə
yaşayır...
Bu qatar
o qatar deyil
Baba Vəziroğlunun eyniadlı hekayəsini
oxuyarkən
Bu qatar o qatar
olaydı, ey kaş,
Götürüb gələydi
ötən anları.
Yenidən-yenidən, bir də yenidən
Dönəydi
könlümün həyəcanları.
Gəlirmi?
Gəlirmi? - sual
budur, bu,
Fikirlər min yana
paralanıbdı.
Vaqonlar elə bil relslərin üstə
Təsbeh dənəsitək
sıralanıbdı.
Necə də qorxuram indi, ilahi,
Adımı unudub o kəs indicə
"Bu qatar o qatar
deyil, ay adam"
Söyləyib yanımdan rahatca
keçə…
Güzgü
Baxdığın güzgünü
saldın, qırıldı,
Təəssüf oxudum
üzündə sənin.
Nə yaman dayandın
halsız, pərişan? -
Belə bilməz idim
dözümdə səni.
O sınıq güzgünün bir
parasını
Özünlə
götürdün bilmirəm nəsə.
Arada gördüm ki, xəlvətə
salıb
O sınıq güzgüylə
güzgülənirsən.
…Mələyə döndərdi, yenə
mələyə
Gözümdə o
sığal, o düzgü səni.
Yüz yerdən,
Min yerdən sınsa da, yenə
Bütöv göstərirdi
o güzgü səni.
Sən gəlincə
Oldu yol soruşan, kibrit istəyən,
Səni gözləyincə
gör ki, neylədim.
Zənbili güc ilə çəkib
aparan
Bir qoca qarıya kömək
eylədim.
Çəkildim metronun bir kənarına,
Könlə toxunmadım, qəlbə
dəymədim.
Səndən bir nişanə aparan
qızın
Şəklini gözümdə bir az əylədim.
Çəkdim xəyalımda
dağı arana,
Ötən duyğularım
oyandı, gülüm.
Bir uşaq əlindən düşən
oyuncaq
Toxunub qoluma dayandı,
gülüm.
Hər kəs öz könlüncə
təşəkkür etdi,
Hər kəsin bir özgə
cavabı oldu.
Qəm etmə, görüşə
gecikməyinin
Elə özünün də
savabı oldu…
Mən bilmirəm
ki...
Belə zalımlığın
üstə adamı
Kəsərlər,
doğrarlar, qəsd eyləyərlər.
Yığıb hər duyğudan bir
tikəsini
Xonça bağlayarlar, dəst
eyləyərlər.
Başından alarlar əqli-sərini,
Üstünə tökərlər
ölüm şərini,
Sonra da diz çöküb, qədəmlərini
Öpərlər, öpərlər,
məst eyləyərlər.
Gedirəm, qar-yağış,
çən bilmirəm ki…
Enir saçlarıma dən, bilmirəm
ki…
Bəlkə yanıb yazdım, mən
bilmirəm ki
Belə zalımlıqla bəs
neyləyərlər?!
Mənim istəyimcə
İlahi, şahid dur Sən tərəfimdən,
Nahaqdan başlayıb
sınağı yarın.
Elə əlac göstər, elə nəzər
qıl
Məni öldürməsin
qınağı yarın.
Ömür hər məqamda bir
cür şirindi,
Nəzər
qılmamışıq vaxtın dərsinə.
Mən İsa peyğəmbər
kimiyəm indi,
O bir dar ağacı... Ya da tərsinə!
İlahi, hər dərdi bilən təbibsən,
Mənim istəyimcə bir həbin
olsun.
O qız öz dərdini öz
adı ilə
Ağlaya bilməyir, öldür Sən
məni,
Öldür, ağlamağa səbəbi
olsun...
Olmayıb sevgidə vəfasızlığım,
Allahım, Sən mənə
dözüm yazarsan.
Mənim könlümcədi mənim
yazdığım,
Məndən
yaxşısını özün yazarsan.
Sənsən
"Gözlərim yollara çəkdi
şəklini",
Gələn də sən idin, gedən
də sən, sən...
Ruhumda taxt qurub,
"hardasan?" - deyə
Mənə giley-güzar edən
də sənsən.
Əl telə pərdədi, tel ələ
pərdə,
Salmısan Kərəmin
düşdüyü dərdə,
Di məni qoy ölüm
öldüyüm yerdə,
Sağ yer qalıbdısa bədəndə
- sənsən.
Var olsun bu gözəl
növrağın barı,
Dərədə dumanı, zirvədə
qarı…
Baş alıb gedirəm Tanrıya
sarı -
Atdığım mübarək
qədəmdə sənsən.
Gəl aç bu
qapını
Mən ki, bir qıfıllı
qapı kimiyəm,
Təkcə sən bilirsən
dilimi mənim.
Morzo əlifbası kimi ovcuna
Yığıbsan
ayımı, ilimi mənim.
Hər əlin açarı ruhuma
düşməz,
Qəsrdi, qaladı bu
çağım indi.
Ay səni... yenə də fikrə
getmisən,
Gəl aç bu
müşgülü, qoçağım, indi...
Gəl aç bu qapını,
yaxşılıq eylə,
Köməyə bir gözəl əli
gərəkdi...
Ağıl dəryasında batan
dünyamı
Xilas eləməyə dəli gərəkdi...
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.-
2017.- 9 dekabr.- S.26.