Yağış altında pişik balası

 

Hekayə

 

İki Amerikalı otelin önündə dayanmışdı. Bu zaman otaqlara gedib- gələn şəxslərin heç biri onlara tanış deyildi. Otaqları ikinci mərtəbədə, üzü dənizəydi. Otelin yaxınlığında park vardı. Parkda dörd bir yanı xurma ağacları skamyalarla tutulan bir müharibə abidəsi vardı. Hava xoş olan zaman həmişə bir rəssam üçayaqlı molbertini götürüb gələrdi ora. Ağacların böyüməsi, üzü bağa olan otelin yaşıl rəngi dəniz onu heyrətləndirərdi. Hətta italyanlar bu bürünc müharibə abidəsini görməyə gəlirdilər. Bu abidə yağış yağan vaxtlar qəribə şəkildə parıldayırdı.

Yağışlı hava idi... Damcılar xurma ağaclarının budaqlarından asılmışdı. Ensiz torpaq yolda su çalalara yığılmışdı. Abidə meydanından yanından maşınlar ötüb keçirdi. Meydanın qarşısındaki kafenin önündə bir qarson dayanıb oğrun-oğrun meydana baxırdı.

Ameikalı xanımsa pəncərənin önündə durub çölü seyr edirdi. Çöldə, düz pəncərənin aşağısında, yaşıl masanın altında islanmış bir pişik balası büzüşmüşdü. Pişik çalışırdı ki, islanmasın. Bu vaxt pəncərədən baxan amerikalı xanım aşağı düşüb, pişik balasını gətirəmək istədiyini dedi. Taxtın üstünə uzanmış həyat-yoldaşıözüm gətirərəmdeyib qalxmaq istədi.

Yox! Özüm gedib gətirərəm. Yazıq pişik, girib masanın altına ki, islanmasın”, - xanım dedi.

Həyat yoldaşı döşəyin üstündə iki yastığa dirsəklənib mütaliəyə davam etdi. Aşağı mərtəbəyə enən xanım ofisin önündən keçəndə otel sahibi - hündürboy qoca kişi ayağa qalxıb ona təzim etdi.

Xanım otel sahibindən xoşlandı:

- Yağış yağır...

Otel sahibi:

- Bəli, bəli, madam. Pis havadır.

Dəhlizin sonunda işıqlı bir otaqda masanın arxasında oturmuş kişi ayağa qalxmışdı. Onun mətanəti qulluq tərzi xanımın ürəyini oxşamışdı. Otelin sahibinin bu həssaslığını unuda bilmirdi. Onun qoca siması, böyük əlləri olduqca çəkici görünürdü. Onu düşünə-düşünə çölə nəzər saldı. Plaşa bürünmüş bir kişi kafenin önündən keçirdi. Pişik bu ətrafda sağ tərəfdə olmalı idi. Bəlkə balkonun altına girmişdi. Xanım giriş qapısıın önündə dayanmaq istəyirdi ki, başının üstündə bir çətir açıldı. Onları bura gələrkən otaqlarına yerləşdirmiş qulluqçu idi. Qulluqçu xanım gülümsünüb italyancaislanmayındedi. Onu otelin sahibi göndərmişdi. Xanım qulluqçu ilə birgə ensiz torpaq yolu addımlayıb pişiyin olduğu yerə çatdılar.

Orada yağış altında yuyulmuş, yaşıl rəngli masa vardı. Amma pişik yox idi. Ümidləri puç oldu.

Qulluqçu qadın onun üzünə baxdı:

- istəyirdiz, madam?

- Burda bir pişik vardı...

- Pişik?

- . Pişik.

Qulluqçu güldü:

- Bir pişikbir pişik yağış altında?

- Bəli, bu masanın altında. Ohhürəyim elə istəyirdi onu. Ürəyim bir balaca pişik istəyir.

O, ingiliscə danışdıqca, qulluqçu qadının üzü dəyişirdi:

- Gəlin, xanım. Gərək qayıdaq otelə, yoxsa islanacağıq.

Onlar torpaq yoldan qayıdıb, otelə girdilər. Qulluqçu çətiri bağlasın deyə, çöldə dayandı. Qız ofisin önündən keçərkən həmin kişi ayağa durub yenə təzim elədi. Qızın içində nəsə bir hiss oyandı. Bir an içində özünü yüksək dəyərli bildi. Pillələrdən yuxarı çıxdı, otağın qapısını açdı. Corc hələ taxtda uzanıb mütaliə ilə məşqul idi. Kitabı yerə qoydu:

- Tapa bildin?

- Getmişdi.

Con mütaliəyə ara verib gözlərini dincəldirdi.

- Maraqlıdı, hara getmiş ola bilər?..

Xanım taxtın üstündə oturdu:

- Çox istəyirdim onu götürəm. Bilmirəm niyə bu qədər çox istəyirdim. O yazıq pişiyin balasını istəyirdim. Niyə axı bir kiçik pişik yağış altında qalsın.

Corc yenə mütaliəsinə davam etdi. Xanım gedib güzgünün qabağında oturdu əl güzgüsündə özünə baxdı. Diqqətlə yanağını gözdən keçirdi. Növbəylə hər iki üzünə baxdı:

- Səncə, saçlarımı uzatsam, yaxşı olarmı?

Corc başını qaldırdı:

- Mən elə bu cür xoşlayıram.

- Çox bezdiricidi. Balaca oğlan uşağına bənzəməkdən yoruldum.

Corc taxtın üstündə bir az tərpəşdi. Gözünü qıza zilləmişdi.

- Məncə, çox çox yaxşı görünürsən.

Xanım güzgüsünü masanın üstünə qoyub, pəncərəyə sarı getdi, çölə baxdı. Hava qaralmışdı.

- Elə istəyirəm ki, saçlarımı arxadan möhkəm-möhkəm bağlayam. Elə bağlayam ki, saçlarımı hiss edə biləm. Ürəyim istəyirdi, bir kiçik pişiyim olaydı, ətəyimin üstündə oturaydı. Onu sığallayanda xor-xor xoruldayaydı.

- Yaxşı da...

- Ürəyim üstündə şamlar yanan masada gümüş qaşıqla xörək yemək istəyir. Ürəyim istəyir bahar gəlsin, saçlarımı güzgü qabağında yuyum. Bir bir kiçik pişik, bir neçə dəst təzə paltar.

- Yaxşısı, çənəni bağla, bir şey götür oxu özünçün, – Corc dedi.

Xanımı pəncərədən çölə baxırdı. Gecə düşmüşdü, yağışın damlaları hələ xurma ağaclarının budaqlarından süzülürdü.

- olur olsun, ürəyim pişik istəyir. Ürəyim istəyir, başa düşürsən? Lap elə indi istəyirəm. Saçlarımı uzada bilməyəcəmsə, ya bir kiçik əyləncəm olmayacaqsa, ən azı bir pişiyim olsun!

Corc daha ona qulaq asmırdı, kitabını oxuyurdu. Xanımı pəncərədən düz meydanı işıqladan nöqtəyə baxırdıkimsə qapını döydü. Corc kitabdan gözünü ayırıbbuyurundedi.

Qapının arxasında qulluqçu dayanmışdı. Qucağında bir ala-bula böyük pişik vardı. Pişik bərk-bərk ona yapışmışdı. Üzürlü sayın! Otel sahibi buyurdu ki, bunu xanım üçün gətirim”, - qulluqçu dedi.

 

Ernest Heminquey

 

Çevirən: Ümid Nəccari

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.29.