Yaxşı ki, yoxsan…
Mən
indi beləyəm ilin hər günü
Qaranlıq
adamı, gecə adamı.
Mən
indi bir az da içki düşkünü,
Mən
indi bir az da küçə adamı…
Kaş sənə
hər şeyi danışa bilsəm,
Mənə
məskən olub soyuq səkilər.
Mən
indi səninlə üz-üzə gəlsəm,
Gözümdən
gözünə yuxu tökülər…
Bilsəm
ki, sonunda lap ölüm də var,
Dərdə
də düşmərəm sonuma çıxsan.
Hələ
bir yalandan təsəllim də var,
Mənim
bu günümdə yaxşı ki, yoxsan…
Balıq yaddaşı
Bu dəniz
ömrümün qum sahilinə
Axır
ki, məni də atdı tənhalıq.
Yoxsul
taleyimə, kasıb bəxtimə,
Baxıb
gülümsəyir bir qızıl balıq.
Köhnə
xatirələr ləpələndikcə,
Gözümün
yaşına qarışır sular.
Bu sonsuz dənizin
bətnindən indi,
Beləcə
doğulur, ölü arzular.
Bu nə
vahimədir, bu nə təlatüm?!
Dalğalar
elə bil durur qəsdimə,
Dənizi
çaşdırıb oğru görkəmim,
Köpək
balıqları hürür üstümə.
İndi
bu vahimə, qorxu içində,
Bir
ümid doğulur hər addımbaşı.
Haçansa
məni də xatırlayacaq,
Bir su pərisinin
balıq yaddaşı.
Günahkar
Nə desən
haqlısan, mənəm günahkar,
Üzünə
baxmağa utanıram mən.
Niyə
and içirsən, uşaq kimiyəm…
Sən
yalan desən də inanıram mən…
Demə
ki, xoşbəxt ol, çat arzu-kama,
Çılğın
gəncliyimin sönən dəmidir.
Bu sanki
gözü kor olan adama,
"Gözün
aydın olsun" demək kimidir.
Daha
öz səsim də mənə yad olub,
Hardasa
ağlayan körpə səsitək.
Mənim gözlərimdə
həsrət iz salıb,
Körpələr
evinin pəncərəsitək…
Ağ günə
çıxdımı qara gözlərin?
Yuxumu
gözümdən oğurlayan qız,
Ag günə
çıxdımı qara gözlərin?
Elə
ağladım ki, arxanca sənin
Yuyuldu
yollardan ayaq izlərin…
Daha
tükənmişəm, daha bitmişəm,
Sənin nə
vecinə, rahat yatırsan…
Mən sənə
haqqımı halal etmişəm,
Sən
niyə yuxuma haram qatırsan?
Xəzər SÜLEYMANLI
Ədəbiyyat qazeti.- 2017.- 16 dekabr.-
S.18.