İnsan mənzərələri
Pirayə xanıma
Əvvəli ötən
sayımızda
Heybə
sahibi
solda,
ən
başda,
küncdə
əyləşib.
Bic,
iri,
yırtıcı
bir quş kimi
fetr
papağı başında,
çiynində paltosu,
qara
şalvarı
hamar qatlarla
sallanmış.
Çıxarmış
kətan-rezin
ayaqqabılarını,
söykənəcəksiz skamyanın üstündə
ağ
yun corablı ayaqları,
əlləri qədər yaxın,
əlləri qədər canlı...
Danışanları,
elə
bil, tük basmış
qulaqları
ilə deyil,
ayaqları ilə dinləyir.
Haldan-cindən söhbət düşmüşdü.
Sarı
Seyfəddin -
Adabazarında
Çərkəz kəndinin muxtarı -
uzun
boğazının
qırtlağını
oynada-oynada
nağıl
edirdi:
"Bismillahsız
paltarını
çıxartma!
Hər
işin əvvəli bismillahdır,
Yoxsa,
paltarını
cinlər
aparıb
düyünləyərlər."
Arabaçı
Səlim -
Əskişəhərli,
əlli
yaşında, daz -
Seyfəddinin
sözünə
qüvvət
verdi:
"Atları
da elə,
gecə
axura
bismillahsız
bağlasan,
cinlər
minib,
çaparlar
dan yeri
sökülənə
qədər,
yalını da
xırdaca-xırdaca
hörərlər
-
neçə dəfə başıma gəlib:
səhər-səhər girmişəm tövləyə,
bağladığım
yerdəcə
durub heyvan,
amma tər
içində,
əlini
vursan,
suyu
çıxar,
köpük-köpük,
yalı
da
gəlin
saçı kimi
hörük-hörük,
açmaq da olmur,
kəsməkdən
başqa
çarəsi
yox...
Cinlər
gecələr
atlara minib
hara
gedirlər belə,
Ay
işığında?
Vallah,
insanın
dərdi
özünə
yetər,
Bismillahı
unutduq deyə,
Allah
cinləri
başımıza
bəla göndərdi.
Bu cin
dediyimiz
necə
şeydir, görəsən?
İnsana oxşayırlarmı?
Amma
xasiyyətləri
eynən
adam xasiyyətidir:
oğrudular,
kefləri
istəyəndə
yamanlıq
da eləyirlər…
Qapının
yanında
əyləşən
tatarsifət
adam
(Bursa kəndlərindəndir,
yun
fabrikində
qarovulçudur)
cavab
verdi Səlimə:
- Mən
rast gəldim
bir
dəfə,
gözümə göründülər -
altı
həftə gecə-gündüz.
Saza görə oldu olanlar.
Deyim də,
sazların
padşahı
doqquztelli
cürədir.
Harda
bir söz
ustasının
sorağını
alsam,
qış olsun,
qiyamət olsun,
lap
yeddigünlük yol olsun,
atın
tərkinə alıb,
gətirərdim
kəndə.
Amma
yenə də
öyrənə
bilmədim
cürə
çalmağı.
Məşhur
bir cürəçi vardı,
özü də qaraçı.
Adı
Alış.
Mənə
dedi ki:
Barmaqlarına
lənət enməsə,
bacara
bilməyəcəksən
bu işi.
Yaxşı,
dedim,
barmaqlarıma
lənət
necə enəcək?
Dedi,
gərək
Allahından dönəsən,
Qədir
gecəsi
natəmiz bir
yerə girəsən,
tərsinə
oturasan,
çalasan,
çalasan,
çalasan...
Alışın
dediyi kimi
elədim,
Qədir
gecəsinə də
az
qalırdı.
Abdəstxanaya
girdim,
tərsinə oturdum.
Toxundum
tellərə -
səs
çıxmadı,
aşıqları burdum,
əbəs yerə.
Elə
bil,
yer
üzündə
səs
deyilən şey
yoxa
çıxmışdı.
Atdım
gilas
qabığından
düzəltdiyim
təzənəni,
var
gücümlə
çəkdim
telləri -
nə
qırılır, nə səs verir...
Eləcə
rezin kimi
yığılır,
açılır.
yetiş,
Alış,
dadıma
yetiş,
bu necə
işdir,
dəli
olacağam deyəndə -
göründülər.
Kimisi mərciməkdən
balaca,
kimisi
minarə boyda.
Paltarları
bizim
paltarlara
oxşayırdı,
papaqları vardı:
qırmızı,
yaşıl, uzunşüllə...
Hamısı da süvari.
Qılıncları
siyirib,
üstümə
gəlirdilər.
Özümü
çölə atdım...
Altı həftə
gecə-gündüz
getmədilər.
Babam
cürə
sazını
çilik-çilik
eləyib,
yandırdı.
Evin zirzəmisində
məni
zəncirə vurdu,
xeyri
olmadı.
Axırda Alışı gətiriblər.
Qaraçı
Alış
öz
cürəsini verib mənə,
başlamışam çalmağa.
Çaldıqca
ağlım başıma gəlib,
çaldıqca ağlım başıma gəlib...
Amma birdən
özümdən
gedib yıxılmışam...
Ayılanda
gördüm
ki,
nə
süvarilər var,
nə
siyrilmiş qılınclar.
Və o
gündən
bu
günə
məndən usta
cürə
çalan yoxdur
bütün
Bursa vilayətində.
Susdu
tatarsifət adam.
Arabaçı
Səlim
tərs-tərs
baxdı ona.
Heybə
sahibi
iki
ağ quzunu
sığallayırmış
kimi
sığalladı yun corablarını.
Kötək
yemiş
küçük
zingiltisi kimi
incə
bir səs gəldi
qarşı
tərəfdən:
"Mənim
qarnımdakı
su da,
yəqin,
onların işidir."
Danışan
ufacıq
bir adam idi,
bəlkə də,
xəstəlikdən
sonra
bu
kökə düşmüşdü.
Bürüşmüşdü
yanaqlarının
namnazik,
sapsarı dərisi,
ovurdları
batmış
sifətində
işıldayırdı
gözləri.
Çox
vaxt
ölüm
insan
üzündə
almacıq sümüklərinin
aydın
görünməsi
ilə başlar
və
bu
ölüm
Sakaryalı
Şakirin üzündə
başlamışdı artıq…
"Mənim
də
qarnımdakı
su
onların
işidir…"
Qarnına
su
yığılmışdı
Şakirin.
"Mən
bildiyimi bilirəm,
həkim
on vedrə
su
çıxartdı
qarnımdan,
üç gün ərzində yenə yığıldı.
Çətin sağalaram.
Cinlər qarnıma dolub.
Bilirəm,
öləcəyəm.
Dedim,
həkim,
xəstəxanadan çıxarmayın məni,
necə
döyüşdə
vətən
uğrunda
yaralanmışam,
bir
yaylı
çarpayıda ölsəm,
dünya
dağılmaz ki…
Sözümü dinləmədi.
Yəqin,
yaylı
çarpayıda
bir
başqasını -
ümid
kəsmədiklərini
yatırdacaqlar.
Məndə
gözü
açılmış yara var,
ümid
yox…
Bələdiyyə
verdi yol pulumu.
Dönürəm geri.
Nə pis
bəxtim varmış,
bu qədər
adamın
içində
məni tapdı
zəhrimar xəstəlik…
Hərəkə
stansiyasında
dayandı qatar.
Sürücü
Ələddin
endi
paravozdan,
baxdı,
görsün
necədir
arxa
oxlar?
Paravoz saz
və səbirsizdir,
sanki
canlıdı,
ürəyi,
sinirləri
varmış kimi
və
eyni zamanda
bir
yarış heyvanıtək
yaraşıqlı idi…
Hərəkə
stansiyası
qəşəng
və kiçicik
bir yerdir.
Əsas Hərəkə
xeyli
yuxarıdadır,
baxanda görünmür,
getmək
istəsən,
bir saatlıq yoldur.
Stansiyada gilas satırlar.
Gilasları
qırmızı
sırğalar kimi
nazik çubuqlara
taxıblar.
Zatən,
yolboyu hara
baxsan,
zeytunluq
və gilaslıqdır.
Stansiya ilə
üzbəüzdə -
dənizdən
azca aralıda
çit fabrikası var.
Qatardan
baxanda
adama
elə gəlir ki,
içini görəcək…
Başını
pəncərədən
çıxarıb,
gilas aldı Süleyman,
Tələbə
oğlan
bulaqdan
su içib
qayıdan zaman
qatar tərpənmişdi
artıq.
Bunu
görən Süleyman:
"Qatarı
əldən çıxaracaq, məlun" -
deyə
sevindi.
Ancaq
tələbə
oğlan
atılıb
mindi qatara…
Dənizi
gah itirə-itirə,
gah
tapa-tapa
Yarımçaya
doğru
şütüyür qatar.
510
nömrəli vaqonda,
beşinci
bölmədə
müharibədən söhbət edirlər.
Heybə
sahibi
qara
saqqalının
üstünə
sallanmış
bıçaq sapı kimi burnunun
hərdən
ucundan
çəkə-çəkə
deyilənlərə
qulaq asırdı.
Əskişəhərli
arabaçı
Səlim:
-
Almanların axırı puçdu, - dedi, -
Əvvəl-axır
bir
yerdə büdrəyəcəklər.
Əli
bıçaqlı,
vuran-tutan
adamın
axırı
ya it kimi ölməkdi,
ya
qurumsaqlıqlı,
ya da
küçə süpürməkdir.
Etiraz etdi
Sarı Seyfəddin
-
Çərkəz
kəndinin muxtarı:
-
Almanları
deyə
bilmərəm,
amma
vuran-tutan
adam
qurumsaq
olmaz…
Arabaçı
Səlim
özündən çıxdı:
- Ondan da
betər olar.
Zindanqapılı
Hüseyn
ağa
çox
məşhur bir adam idi.
Bıçağı
ilə
bizim
bütün əskişəhərliləri
qorxutmuşdu.
Həm də
əli
qızılla oynayırdı.
Axırı nə oldu?
Üç
quruşa dəyməyən
əyyaş
Şərif
fahişəxanada
ağzını
boş qoydu,
bu da
vurub onu öldürdü.
Məmləkətdə
qala bilmədi,
köçüb getdi.
Sonra
eşitdik
ki,
bir
xəndəkdə
tapıblar meyitini.
Heybə
sahibi dilləndi -
səsi
pambıq kimi
yumşaq və
qabarıqdı -
almanlar
qalib gələcəklər.
Mən
böyük
yerdən eşitmişəm,
deyirlər,
Hitler gavur nədi,
müsəlmandı,
ancaq
hərif
dinini gizlədir.
Yoxsa,
bu qədər
dövlətin
ona
gücü niyə çatmasın?
Arabaçı
Səlim
nəsə
demək istədi.
Sarı
Seyfəddin
şəninə
toxunan
bu
təhqirə
cavab
verirmiş kimi
qürurla baxdı
Səlimin
üzünə:
- Bəli,
vuran-tutan adam
qurumsaq
olmaz!
Heybə
sahibi
davam
etdi sözünə:
- Bir
paşa var.
Köhnə kişilərdəndir.
Davada
bir o
basıb
ingilis gavurunu.
İndi təqaüdə çıxıb.
Həm
tacirlik eləyir,
həm
də qəzetçilik.
Deyir,
almanlarla
bir
olmalıyıq,
ya da
yol verməliyik
keçib getsinlər…
Elə-belə
adam deyil,
paşadır
bu, paşa,
üstəlik
də qəzetçi.
Davada
bir o
basıb
ingilis
gavurunu.
Mənə
qənd-çay satan
Hacı Nuru bəy
də
tanıyır onu,
bir
gün mənə dedi ki:
alman
nə
yunanı qoydu
gəlsin
Balkana,
nə
ingilisi,
amma
çox
şükür, müsəlmanıq,
hərif
sayır bizi.
Almanlarla
birləşib,
Atıldıqmı
ingilislərin üstünə,
bir
gündə girərik
Şami-şərif
şəhərinə.
Qartallı
Kazım,
yaxud
Yayalarlı Kazım ağa
yaxud
İstanbullu Kazım əfəndi
qırx
beş yaşında,
canavara
oxşayan
bir adamdı,
Şakirə:
- Bir
siqaret yandır, görək, - dedi.
Sakaryalı
Şakir -
qarnından
on vedrə su çıxan -
açıq yaraya
duz
basırmış kimi
sümürürdü
siqareti,
Nə
yaman
qorxunc
imiş
yaylı
bir
çarpayıda
ölmək həsrəti -
bunu
bir
Sakaryalı
Şakir bilir…
Qartallı
Kazım
başını kupenin
taxtasına
dayadı,
qıyıldı sarımtıl,
qurd
gözləri,
vaqonla
bir
yellənir başı,
o
yan - bu yana,
göz
qoyur Şakirə,
"Məmədcik" - deyə
düşünür,
"Məmədcik Məməd".
Və
dönə-dönə
bu
sözü
fasiləsiz
təkrar edir
tıqqıldayan
təkərlər -
get-gedə
daha
cəld,
daha sərt -
"Məmədcik
Məməd",
Məmədcik Məməd".
Müharibə
illəri,
Məmədciyin
üzü
qaranlıqdan
zorla
dartılıb
çıxarılmış
kimi
uzun yol
boyu
görünür
Kazıma.
İlahi,
xoş
günləri
xatırlamaq
nədən bu qədər asan,
bəd
günləri
xatırlamaq
nədən bu qədər çətindir?..
Pozantıda
əyləc nəzarətçisi
idi
Qartallı
Kazım,
hicri
tarix ilə
min
üç yüz otuz üçüncü ildə...
Gecə-gündüz
cəbhəyə
gedir
qoşunlar.
Hardan
qalxar,
harda
dayanar
sobalarında
şam
ağacı yanan
qatarlar?..
Yol boyu
köz
olmuş odun qoxusu,
yol boyu
ölüm
qorxusu -
Məmədcik
Məməd,
Məmədcik
Məməd...
Düz
dörd cəbhədə
qopdu
qiyamət…
Qırx adamlıqdı vaqonlar.
Amma
hər vaqonda
yüz məməd.
Məmədcik
Məməd,
Məmədcik
Məməd,
yoxdur
aman,
yoxdur mərhəmət…
Son stansiya idi Pozantı.
Əyləc
nəzarətçisi
Qartallı Kazım
soyundu,
çöməlib,
gün
altında
bitlənməyə
başladı.
Dağ-daş məmədçik dolu.
Gedənlər
- ac-susuz,
gələnlər - şikəst.
Ölüm
- Allahın əmri,
aclıq
olmasa...
Aclıq
itdən betər
edir adamı, əlbət...
Məmədcik
Məməd,
Məmədcik Məməd.
Bölükbaşında
da yoxdur mərhəmət -
arpanı
ən çox bir ovuc verir...
Nazim
HİKMƏT
Ardı var...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.16-17.