Anar dastanı
P.S. Hörmətli
baş redaktor! Mən bu şeiri
2015-ci ildə yazmışam. Şeirdən də göründüyü kimi,
mən həmişə Mirzə Cəlil, Üzeyir
Hacıbəyov, Əli bəy Hüseynzadə və başqa millət fədailəri ilə bərabər
tutduğum xalq
yazıçısı Anara böyük ehtiram hissi bəsləmişəm. Onun ağır ürək əməliyyatına
məruz qaldığını özünün
yazdığı bir geniş
və adamı sarsıdan məqalədən oxuyub
mən də çox mütəəssir oldum. Fikirləşdim ki, bu şeiri çap
etdirim, bu nadir ziyalımızın,
yazıçımızın, ustadımızın
ağrıları bir az
azalsın. Allah onu qorusun!
Şöhrəti də, şanı da əsl şöhrət, şan edib,
Bu Vətəni bir az da o,
Azərbaycan edib.
Bu torpağa, bu yurda tarix ərmağan
edib
Anar - Dədə Qorqudu, Dədə Qorqud - Anarı,
Anar sevir bu yurdu,
sevir bu yurd Anarı!
Obası,
eli damır
qələminin ucundan,
Gülür Üzeyir Danı qələminin ucundan.
Öpür insanlar, tanır qələminin ucundan,
Mirzə Cəlil veribmiş qələmini onamı?
"Uzun ömrün
akkordu" çatasıdı
sonamı?!
O, "Qəm pəncərəsi"ndə
qəmləri güldürübdü,
O," Sübhün səfiri"ylə
hökmünü bildiribdi.
Ölüm siyahısından Zauru
sildiribdi,
Təhminəni xəstəlik üstələrkən
ağlayıb,
Loğmanlartək sızlayıb, xəstələrtək
ağlayıb.
Hərdən "Macal" eyləyib
Haqla "Əlaqə"
qursun,
İstəyib "Ağ liman"da Nuh gəmisitək dursun.
Hərdən də tələsib
ki, Molla Nəsrəddin olsun,
Gülsün dərdlərimizə... açsın
dərdlərimizi,
Ayırıb namərdləri, seçsin
mərdlərimizi.
O da gəlib dünyaya
Kərəm kimi yanmağa,
Başlayıb Nazim Hikmət eşqiylə odlanmağa.
Hazırdır Vətən üçün
hər dərdə qatlanmağa,
Hazırdır bəşər üçün
ürəyini verməyə,
Suyunu içirtməyə, çörəyini
verməyə!
O, ən böyük fədakar o, ən sadiq, vəfadar,
Onu dünya tanıyır, o, Anardır, o, Anar!
Hər cür kindən, riyadan o, kənardır, o,
kənar,
Şirin-şirin kəlamı, lətif-lətif
sözü var,
Onda Füzuli yaşar, onda Cavid özü
var!
Siz Anardan deyəndə dərdini yada salın,
Sabiri xatırlayın,
Hadini yada salın.
Adımızı ucaldan adını
yada salın,
Sətir-sətir Vətəndir, cümlə-cümlə
Vətəndir,
Vətən cümlə Anardır,
Anar cümlə Vətəndir!
Bir gözüdəyməli kəs
elə baxır, ay aman,
Bütün gözmuncuqları sınacaqdır,
sanırsan...
O, yazmadı, yaratdı "Göy muncuğu"nu zaman,
Yaratdı ki, balama, oğluma göz dəyməsin,
Vətənimə, xalqıma, yurduma
göz dəyməsin!
Odur, yenə dalğındır,
yəqin işindən
gəlir,
Yox, Ağdamın, Şuşanın
bağrı başından
gəlir.
O, "Təbrizim-mənsizim" deyən
kişidən gəlir,
O, Təbriz həsrətlinin
yadigarı Anardır,
O, Gəncənin, Göyçayın
Xan çinarı Anardır!
O, "Sənsiz"i yazanda dönüb hamı olubdu,
Yazıçılar evinin komandanı olubdu.
Allahı
elə sevib, Allah onun olubdu,
Düşməni - möminlərin daşladığı
şeytandı,
Çünki xalis soydandı, nəsildəndi, boydandı.
Mən Dədə Qorqud dedim, Anar dedim,
bil, indi,
O ana kitabımdı, bu ana qələmimdi.
O yanan düşüncəmdi,
bu yanan qələmimdi,
Hər sözü, hər fikiri məna, mətahımızdı,
Anar qılıncımızdı, qələm
fatehimizdi!
Özü də yaxşı
bilir, onu necə sevirəm,
Yelinə qanadlanıb, uca-uca sevirəm.
Mən uca olanları tutub uca, sevirəm,
Görüm ağız büzənin
ağzı büzülə
qalsın,
Canımızı üzməsin, canı
üzülə qalsın!
Necə
olmaq istəyir, heç axı olmayanlar,
İllah, bizim Anarın dırnağı olmayanlar.
Nə dahilik gəzirsiz, ey dahi olmayanlar,
Dahilik bu torpağı, yurdu sevə bilməkdir.
Kişi
kimi ürəknən
Anar deyə bilməkdir!
Bu, mənim Anarımdır, ona toxunmayın siz,
Məntək oxumasanız, onu oxumayın siz.
Yad tərəfə bu qədər belə yıxılmayın siz,
Gəlin
bilək vaxtında doğmamızın qədrini,
Nə üçün
belə böyük olmamızın qədrini.
Bu, mənim Anarımdır, başı uca, vüqarlı,
O, sənin Anarındır, ömrü-günü baharlı!
O, onun Anarıdır, sözü axar-baxarlı,
Tanı,
bu "Keçən
ilin son gecəsi" Anardır,
Qocaltdıqca zamanı, gəncləşəsi
Anardır.
Barat VÜSAL
Ədəbiyyat qəzeti.- 2017.-
23 dekabr.- S.3.