Nizami Tağısoyun
yeni
monoqrafiyasının təqdimatı keçirilib
Dekabrın 14-də Bakı Slavyan Universitetində ədəbiyyatşünas-tənqidçi, professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə BSU- nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, prof. Rəhilə Qeybullayeva açdı. Mərasimin moderatoru BSU- nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Leyla İmaməliyeva məclisdə iştirak edən ədəbiyyatşünas-tənqidçilərə söz verdi. Mərasimdə Azərbaycan ədəbiyyatşünasları, tənqidçilər, müxtəlif ali məktəblərin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, professorlar iştirak etdilər.
Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” monoqrafiyasının məziyyətlərindən danışdılar, monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə sahəsində dəyərli və orijinal əsər olduğunu qeyd etməklə Elçinin adı çəkilən romanına yeni nəzəri baxış sərgiləndiyi qeyd olundu. Təqdimat mərasimində BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dos. Nuridə Novruzova və Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, prof. İlyas Həmidov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini prof. Məmməd Əliyev, aparıcı elmi işçi, prof. Baba Babayev, ADPU- nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri prof. Himalay Qasımov, prof. Abid Tahirli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yaradıcılıq şöbəsinin müdiri, yazıçı, nəğməkar şair, prof. Vüqar Əhməd, ADPU- nun professorları Elman Quliyev, Təyyar Salamoğlu, Yaqub Babayev, BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, prof. Naidə Məmmədxanova, BSU-nun Türk-Slavyan Araşdırmaları laboratoriyasının müdiri, prof. Rəhilə Quliyeva, BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, prof. Rüstəm Kamal və başqaları çıxış etdilər. Nizami Tağısoyun adı çəkilən monoqrafiyasında əsərin struktur-funksional xüsusiyyətlərinin, Elçinin “Baş” romanının poetikasının doğru, dürüst nəzəri-metodoloji yöndən araşdırıldığını qeyd etmişlər.
Sonda tədbirdə iştirak edən
BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi
Cəmalə Şirinova və başqa tələbələr, magistrlər Nizami Tağısoyun “Elçinin
“Baş” romanı struktur-funksional
təhlil müstəvisində” monoqrafiyasının özəl
cizgiləri üzərində dayanmış, prof.
Nizami Tağısoya gələcək tədqiqatlarında
uğurlar arzuladılar.
Xeyransa
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.31.