Şeirlər
...Keç
ağ xəyallarınla gecənin ortasından
Göm-göy
suları yatır gölün
Yuxusundakı
adamları unudub...
Tozsuz
cığırlarında nə bir ayaq izi var
Nə bir
yolçu həniri
Ən
uzaq məbədlərin qapısını kol tutub....
Bomboz
bozarıb çölün çiçəksiz torpaqları.
O bəlkə
canlanacaq,
Canlanacaq
Yenə də...
Göy
ovcunun içində göz kimi, qapaqları qapanmadan, o üzdə
Bir ulduz
uçub gedir
Bir ulduz
Eh...
Kimə nə...
Çay
yatağı ən gözəl sularını dəfn edib
Baxır
qarşı sahilə.
Baxır,
susur quanqlar...
Boşluğun
bu üzündən o üzünə səslənib
Gözləməkdə
nə məna
Çağırışı kim anlar...
Quş
uçuşu ağırdır,
Kəpənək
olmaq yetir.
Zamanı
saxlayanda eşidilir ən kiçik
Çırpıntı
Aram-aram...
Çaxılmağa
yeri yox,
Uçub
getməyə göyü...
İndi
ölüm gərəkdir
Qırılmış
qanadların sahibinə,
Vəssalam...
***
Bir
quş uçdu budağından
Ağacın
Gözləri
yuvaya dikildi...
Axşam
oldu, quş qayıtmadı,
Səhər
oldu, quş qayıtmadı,
Qış
gəldi, quş qayıtmadı,
Yaz gəldi,
quş qayıtmadı...
Ağacın
Yuva olan tərəfi
qurudu...
***
...Mən
sənin əlindən alınmış bətnindən gəldim,
kişi,
Bunun
üçün bu qədər sənəm,
Bunun
üçün bu qədər axtarırsan özünü
qadın bədənində-
Bədən
üzdür...
Sən
üzdə deyilsən...
Dərinləri
duy....
Qoy
Kim nə
deyir-desin,
Bu
dönüklük deyil, sənin haqqındır...
Özünü
dağıldığın hər yerdən
Yığ....
Yaşa...
Hamı
bir gün başa
Düşəcək
ki...
Sənin
Yeganə
özünü yaratmaq cəhdinəm - sev məni...
Yəni
Yeganə
bağınam belinlə,
Əlinlə,
Ruhunla...
Qorxunla
Heç
nə edə bilməyəcəksən...
Unut onu...
Çıx,
Çıx
bu çənbərin içindən,
Kim səni günahlandıra bilər, kişi?
Axtar...
Dolaşdığın
Bütün
qadınların bətnində özünü...
Bir
gün ona qayıdacaqsan...
...Bunu
qadından xəbər al,
Kişi...
Xəbər
al, de ki:
-Səni
mənmi doğdum?..
Hardaydın?..
Yoxdun...
***
...Bir
daş qopar divarından
Bir pəncərə
şüşəsi sınar
Bir ağac
kəsilər bağçasında ömrün.
Olsun...
Daş
qopub düşmək üçündür
Şüşələr
sınmaq...
Amma
Ağacları
kəsməsinlər,
Ağaclar
özü qurusun vaxtı çatanda...
***
Sən
indi öldürməyə hazırlaşırsan,
Mən
Son
sözümü söyləməyə...
Söyləmək
istəyirəm, əllərin necə titrəyirdi,
gördüm,
Gözlərin
necə yaşarmışdı,
Ürəyin
necə kiçilib bir damcı qalmışdı,
gördüm...
Bunlar
Üzünə
gülümsəməyimə yetir...
Mən mərhəmətə
inanıram,
İnanıram
baxışlarındakı gizli işığa.
Qəlbinin
dərinliyindəki adama,
O
adamın içindəki uşağa...
Bəlkə
sən də
Gül bəsləyirsən
pəncərəndə,
Axşamlar
nəzərlərini üfüqə dikirsən...
Çörək
dilimləyirsən, su içirsən
Bəlkə
ağlayırsan da acı şeylər yada düşəndə?..
Bəzən
hamıdan, hər şeydən qurtulasan deyə
baş
götürüb gedirsən...
Sənin
də
Hardasa
qoxusunu içinə çəkdiyin bir uşaq,
Çörək
qırıqladığın quşlar,
Sevdiyin
bir qadın var...
Sən də
hamı kimi...
İnsansan
yəni...
Səni
sevməyə haqqım var...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.5.