İnsan
öz-özünə sığışmayanda
İnsan
öz-özünə sığışmayanda-
Qeyri-adiliklər
sığır qəlbinə.
Dünyanı
ovcunda görürsən onda,
Ağlına
gələnlər dönür kəşfinə,
Qeyri-adiliklər
sığır qəlbinə.
İnsan
öz-özünə sığışmayanda-
Tanrı
dərgahına sığınıb gedir.
Tutur əllərindən
inam o anda,
Olursan həyatda
hər şeyə qadir.
İnsan
öz-özünə sığışmayanda-
Sən
kimsən, nəçisən-görəndi Allah!
Tanrının
vəhyilə qarşılaşanda-
Səni həm
qaldırar, endirər Allah,
Sən
kimsən, nəçisən-görəndi Allah!
Qeyri-adi
insan minlər içində
Sayılan,
seçilən, tanınandır o.
Qalar
kimliyində, sabiq biçimdə,
Tanrı
dərgahına inanandır o,
Sayılan,
seçilən, tanınandır o.
Qeyri-adi
insan-adidən-adi,
Müdrikdi,
tanıyır yaxını, yadı.
Ağlı,
zəkası dərin dəryadı.
Həlimdi,
kövrəkdi, pakdır soyadı,
Müdrikdi,
tanıyır yaxını, yadı!
Görüşmək nə
yaxşıdır
Axşamüstü
kənd yolu,
Könül
qəmli, mükəddər...
Nə gedən
var, nə gələn
Baxıramsa
nə qədər.
Elə qəribsədim
ki,
Sanki
dünyada təkəm.
İstədim
ki yolları
Dartıb
çarmıxa çəkəm.
Elə bu
vaxt yollara
Nəğmə
yağışı yağdı:
Bu sədadan,
bu səsdən
Qəlbimə
müjdə axdı.
Vüsalsız
qəm atından
Yaman
çətindir düşmək,
Nə
yamandır tənhalıq,
Nə
yaxşıdır görüşmək.
Şirin yar
Nadanların
sevgisi nə, eşqi nə,
Hər
yetənə qismət olmaz şirin yar,
Öz
ömrünü qurban verdi eşqinə,
Son nəfəsdə
Fərhad dedi: Şirin yar!
Vaxt
ötüşür, ömrümüzdən gün
düşür,
Bilən
yoxdur ömrə neçə gün düşür...
Camalından
ay üzünə gün düşür,
Şəkər
dilin şirindəndə şirin, yar,
Soltan
Abbas, hikmətə bax balda bir,
Yerin
gücü, gülün ətri baldadır!
Dil bir yana,
əllərində bal dadır,
Al
bıçağı ürəyimi şirin yar!
Gəlməz
Tanrı
mənə üz vermədi,
Əyri kəsən
düzüm gəlməz.
Qismətimi
düz vermədi,
İstəməyə
üzüm gəlməz.
Eylədikcən
sitəm mənə,
Yaman
qaldım yaman günə,
Qıyya
çəkdim dönə-dönə,
İmdadıma
dözüm gəlməz.
Uzaq
görən göz olmadım,
Dodaqlarda
söz olmadım,
Bu həyatda
iz olmadım,
Qar əridən
yazım gəlməz.
Hanı
Ömrümüzdən
ötüb keçən
Xürrəm
günlər, aylar hanı?
Qönçələnib
güllər açan
At
çapılan toylar hanı?
Hara getdi ərənlər
bəs,
Bağçadan
gül dərənlər bəs?
Öz
yarına verənlər bəs...
O haraylar,
haylar hanı,
At
çapılan toylar hanı?
Ötüb
gedir günlər, aylar,
Gələn
gəlir, gedən gedir.
Soltan
bilir ölüm nədir...
Köklər
hanı, soylar hanı,
At
çapılan toylar hanı?
Nə qaldı
Keşt elədim, bu dünyanı
dolandım,
Əllini aşırdım, yüzə
nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş
yedi,
Baxmaqdan savayı gözə nə
qaldı?
Aşıq
Alı
Bu
dünya ürəkdən, başdan qalıbdır,
Dünyadan
ürəyə, başa nə qaldı,
Qışın
buz qarından yaza gül-çiçək,
Yazın
gülşənindən qışa nə qaldı?
Həyat
bir dənizdir qovğası-tufan,
İqlimlər
dəyişdi, gəncləşdi zaman.
Yerin sərvətini
fəth etdi insan,
Torpağa
nə qaldı, daşa nə qaldı?
Ölüm
qoxusu var təmiz havada,
Balıqlar
günahsız ölür dəryada,
Bir bomba
partladı Xirosimada,
Quruya nə
qaldı, yaşa nə qaldı?!
Dağ
uçdu, dərədə bulaq kor oldu,
Od
söndü, ocaqda qalan qor oldu.
Fikirdən,
xəyaldan ürək yoruldu,
A Soltan,
ömürə, yaşa nə qaldı?..
Soltan Abbas
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.-S.27.