Patriot

 

Romandan parça

 

Müasir rus nasiri kinodramaturqu Andrey Viktoroviç Rubanov avtobioqrafik "yeni realizm" janrında yazdığı əsərləri ilə məşhurdur. Fantastik əsərlər müəllifi olan Rubanov "Xlorofil" "Canlı yer"  romanları ilə "ABC mükafatı"nı (Arkadiy Boris Struqatskiy adına beynəlxalq mükafat) almış, "Psixodel", "Allahların allahları", "Böyük arzu" romanları dəfələrlə "Milli Bestseller" ədəbiyyat mükafatının short-listində yer almışdır. Andrey Rubanovun yola saldığımız ildə yazdığı "Patriot" romanı isə həm "Milli Bestseller", həm "Böyük kitab" ədəbiyyat mükafatlarının short-listlərinə daxil olmuşdur.

"Patriot" romanı  rus ədəbiyyatında yüksək qiymətləndirilən "Yasnaya polyana" müsabiqəsinin müasir rus nəsri nominasiyasında da birinci yerə layiq bilinmişdir. Bu il 15-cisi qeyd olunan müsabiqənin Böyük Teatrda keçirilən təqdimetmə mərasimində əsərin məziyyətlərindən söz açılmış yüksək dəyərləndirilmişdir. Romanda hadisələr Moskvada cərəyan edir əsər boyu müasir dövrün böhranları iqtisadi münasibətlərinə işarələr edilir.

 

-Bu nədir?

-Kəsilmiş etiket.

-Bu niyə kəsilib? O hardadır? Kim kəsib?

-Bilmirəm.

-O qırmızını mənə ver! Balacasını! Bu da kəsilib? Bax -burada var imiş, amma qayçı ilə kəsilib.  Etiket hardadır?

-Seryoja, bu lənətə gəlmiş etiketlərin harada olduğunu bilmirəm. Mən bir adama sifariş etmişdim- o edib.

- Aleks! Mənim yeganə dostum! Bunları Çində istehsal ediblər!

- olsun ki?

- Mənə bax! Gözlərimə bax! Görürsən?

- .

- Bizim mağazada yerli istehsalın məhsulları satılır. Milli mallar- böhrana qarşı hipermarket! Çində tikilmiş gödəkçələr satmıram!

-Bizim yox. Sənin. Bu sənin mağazandır.

-Önəmli deyil!

-Qışqırma. Divarlar nazikdi.

- Divarlarla işin olmasın. Bunlar mənim divarlarımdır.

-İnsanlar eşidir. Onlar daha sizə hörmət etməyəcəklər.

- Mənim üçün hörmət - ölçü deyil. Daha mənə lazım deyil. Mənə etiket lazımdır. Kitayın olmayan etiketlərdən.

-Etiket yoxdur- Çin yoxdur. Bunun kəsilməsini mən tapşırmışdım.

- Aleks, başa düşmüşdüm. Mən axmaq deyiləm ki. Amma etiketlər olmalıdı -  "Rusiyada istehsal edilib". Ekstremal vəziyyətdə  "Belarusiyada". Əks halda - yararsızdır.

-Bizim malımızın yarısı yararsızdır.

-Amma gödəkcələr yox!

-Bizim bütün ləvazimatlarımız Çin istehsalıdır. Həm baltalar, həm kürəklər.

-Amma gödəkcələr yox!! Gödəkcələr olmaz! Milli simvolumuza olmaz!

-Simvolumuzla bağlı şübhələrim var!

-Mən sənə sübut edərəm! Onu mənə ver! O qırmızını! Bax! Korsan? Belə qəşəng gödəkcəni harada görmüsən?

-Sən yaxşısı budur ört-basdır eləmə.   

- Aleks, belə gödəkcəni harada görmüsən?

- Heç yerdə görməmişəm.

- Bəs bu qiymətlərdən? 999 rubl 99 qəpik?

- Həqiqətən qiymətlər yaxşıdı. Amma gödəkcələr yox.

- Bəs necədi?

- Deməyəcəm.

- De, xahiş edirəm. Həm gözlərimə bax!

- O çox pisdir.

- Yox! Pis deyil! Ağırdır! Bunlar ayrı-ayrı şeylərdir.

- Mən uşağıma belə gödəkcə geydirməzdim.

-Çünki sən lənətə gəlmiş burjuasan. Sənin kimilər düşünür ki, uşağı yaxşı münasib qiymətə geyindirmək lazımdı.

-Bəs başqa necə geydirmək lazımdır?

-Konseptual.

-Fikrinizə şübhə edirəm.

-Səni lənətə gələsən! Sən ki  liberalsan! Mənim işlərimə mane olursan. Böyük ideyalara qarşısan.

-Bağışla, Seryoja. Mən ideyalara qarşı deyiləm. Gəl reallığa qayıdaq.

-Başa düşmədim. Sən düşünürsən ki, mən daha real deyiləm?

- Düşünürəm ki, yerə qayıtmalısan.

- mənada?

-Həqiqi mənada. Yazıçı Apdaykın "Qaç, dovşan, qaç" romanını oxumalısan.

- Yazıçı Apdaykın? Bu sözləri haradan tapırsan?

- Sən motisikl sürəndə mən oxuyuram.

-Sən oxuyanda, mən biznesimizi xilas edirəm.

-Sənin biznesindi. "Bizim" yox.

- , , mənim. Niyə sözlərlə oynayırsan? Sözlər heç nəyi həll etmir. Yalnız real görmək lazımdır. Qulaq as, gör biz etməliyik. Sən tikiş sexi tapırsan. Qoy ovuc içi boyda ştamp hazırlasınlar: "Rusiyada hazırlanmışdır". Bir ikibaşlı qartal, başa düşdün? Avrasiya konturları fonunda hazırlansın. Bir baş qərbə, digəri şərqə düşsün! Pəncəmizlə Asiyanı tuturuq, şimal isə təbii tacımızdır. Qoy bu möhürü parlaq, silinməz rəng ilə hər gödəkcənin üzünə vursunlar... Sənə oldu?

- Heç .

- Danış!

-Seryoja mən bu işi görməyəcəm.

- Niyə?

-Mənə başqa məsələlərim kifayət edir. Dünən biz yeni tələb almışıq. Doqquz milyonluq.

- Boş şeydir. Ümumi borca 9-u da əlavə olundu.

- Cəmi əlli dörd.

- Vacib deyil. Məhkəmədə mübahisə edərik.  İllərlə hökm alacam. Vəkillərim ayrı-ayrı geri çəkilir.

- Seryoja bizə qarşı  olan milyorderdir.

- düzdür. Lakin mən istənilən milyorderlərlə kəllə-kəlləyə gələcəm.

- Səni tutarlar.

- Əvvəlcə qoy tutsunlar.

-Seryoja bu boş sözdü. Onlar bizi polis vasitəsilə tutacaqlar. Sakit tez bir vaxtda.

- Yox, qulaq as. Dediyim kimi bir möhür hazırlat. Amma mürəkkəb rəngində yox, işiğı əks etdirən bir rəngdə. Qoy qaranlıqda parlasın...

 

Andrey Rubanov

Hazırladı: Nərmin CAHANGİROVA

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.21.