Zəhra

 

Dəyişən zaman, dəyişməyən erməni xisləti və vəhşiliyi

 

Kütləvi İnformasiya Vasitələrində  erməni quldurları tərəfindən  körpə Zəhranın və nənəsi Sahibə İdris qızının qətli ilə bağlı dərc edilən yazılar nə qədər sarsıdıcı, ürəkağrıdıcı, kədərli olsa da, acı təəssüflə qeyd edirəm ki, mövzu yeni deyil və 100 ildən çoxdur ki, mətbuatımızın gündəliyindən düşmür: onlar öldürməkdə, işğal etməkdə davam edirlər. Havadarlarının maddi, ideoloji dəstəyi ilə xalqımıza qarşı  Bakıda ermənilərin 1905- ci ilin fevral, avqust aylarında, 1918- ci ilin mart, aprel aylarında  ölkənin demək olar ki, bütün regionlarında  törətdiyi qətliamlara,  1988-ci ildən sonra indiki Ermənistan ərazisində, Azərbaycanın Dağlıq Qarabağona bitişik  rayonlarında erməni quldurlarının dinc sakinlərə qarışı törətdiyi ağlasığmaz cinayətlərə, o cümlədən Xocalı faciəsinə, ermənilərin həyata keçirdiyi  saysız-hesabsız terror aktlarına  dair  kifayət qədər materiallar dərc edilmişdir...

Yeri gəlmişkən, qeyd olunmalıdır ki, sovet hakimiyyəti illərində  mətbuatda erməni vandalizmi ilə bağlı materiallar verilməsə də, tariximizin acı, ağır səhifələri haqqında illər boyu susmayansusdurula bilməyən tək səs mühacir səsi olmuşdur. "Yeni Qafqasya", "Azəri-türk", "Odlu yurd", "Bildiriş", "İstiqlal", "Qurtuluş", "Azərbaycan"  başqa mətbu orqanlar, mühacirətin digər nəşrləri bu mövzunu daim diqqət mərkəzində saxlamış, soyqırımı qurbanlarının xatirəsini yad etmiş, erməni qatillərin əməllərini lənətləmişlər.

Balaca Zəhranın  taleyi  onlardan birini - düz yüz il əvvəlki yaşıd yavruların başına gələnlərdən  bəhs edən bir məqaləni  xatırlatdı...  Azərbaycan mühacirlərinin 1932-ci ildə nəşr etdirdikləri "İstiqlal" qəzeti erməni vandalizmindən,  qana susamış bədnam qonşularımızın xalqımıza qarşı törətdiyi tarixi cinayətlərdən,  bəşər tarixində görünməmiş vəhşiliyindən yeri gəldikcə bəhs etmişdir. Bu baxımdan istiqlal mücahidi, istedadlı publisist Mirzə  Bala Məmmədzadənin qəzetin 1933-cü il 1 aprel tarixli 31-ci nömrəsində dərc olunan "Bir qırğının 15 illiyi" və  "31 Mart" adlı  məqalələri diqqəti çəkir, aktual və ibrətamizdir.

Məqalədə müəllif tarixi faktlara, etibarlı mənbələrə istinad edərək Şaumyan, Avakyan, Arakelyan, Ter-Petrosyan, Saakyan, Lalayan, Amazaps, Əmiryan... kimi quldurbaşıların Azərbaycan ərazisində- Bakı, Şamaxı, Quba, Salyan, Lənkəran, Astara, İsmayıllı... rayonlarında törətdiyi qətliamları təfsilatı ilə təsvir edir, faktları saxtalaşdıran, hadisələrə başqa don geydirən sovet mətbuatından fərqli olaraq,  Mart faciəsinin əsl səbəbini göstərir, səbəbkarlarını ifşa edir. Yazılarda erməni cəlladlar tərəfindən silahsız insanlara,  körpələrə, qadınlara, qocalara tutulan amansız divanlardan, talanlardan geniş söz açılır.

Maraqlı və diqqətçəkəndir ki, müəllif "mart günlərini fotolarla təsbit etmiş" bir çox iranlı, polyak, gürcüs. əcnəbiləri tanıyır və yazdıqlarında da daha çox onlara istinad edir. Bakı faciəsini gözləri ilə görmüş M.Kulka adlı əcnəbinin dediklərini qələmə alır: "Erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələri isə süngülərinə taxırdılar" .

Erməni vəhşiliyini gözləri ilə görən şahid nəql edir ki, öldürmədikləri qadınların  saçlarını bir-birinə bağlayaraq çılpaq bir şəkildə küçələrə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbə endirirdilər. Heç kimə rəhm etmirdilər: uşaqlar kimi ixtiyarlara da aman yox idi.

Məqalə müəllifi  əcnəbi diplomatın çəkdiyi fotolarda əksini tapmış dəhşətli mənzərələri isə belə təsvir edir: "Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır.  Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur; bir yığın qızlı-oğlanlı uşaq ölüləri, üzərində qocaman çoban köpəkləri, onlardan biri məsum bir körpəni gəmirir..., çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir".

Müəllif bütün bunlardan sonra yazır ki, mən minlərlə qız və qadınların əsir götürüldüyünü, "Rekord" teatrının o gün məhşəri andıran mənzərələrini və s. qeyd etmirəm. Çünki 31 Martı xatırlamaq və canlandırmaq üçün bunlar da kifayətdir...

100 il əvvəl "mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanır", "qılıncla parçalanır, süngülərlə dəlik-deşik edilir, ocağın içərisinə atılaraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələr süngülərinə taxılırdısa", bu gün iki yaşlı Zəhra erməni minaatanlardan və dəzgahlı qumbaraatanlardan atılan mərmilərlə qətlə yetirilir. Azərbaycan tarixinə erməni qaniçənlərin növbəti cinayəti kimi düşən  azyaşlı körpənin -Zəhranın ölümü  erməni vəhşiliyinin, sadəcə, formasının dəyişdiyini bir daha təsdiqlədi.

 

Abid Tahirli

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.20.