Moskvada Anar haqqında kitab nəşr olundu

 

Moskvanın "Maska" nəşriyyatı Xalq yazıçısı Anar haqqında kitab nəşr edib.

"İllərini sayan Anar" adlı kitaba yazıçı haqqında məqalələr, çıxışlar, mətbuat səhifələrində gedən müxtəlif rəylər daxildir. Kitaba rus yazıçısı Sergey Sibirtsev Ön söz yazıb.

Kitab Anarın 60 70 illiyinə Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarıyla açılır.

"Anar haqqında söz" bölməsində Çingiz Aytmatovun, Rimma Kazakovanın, Oljas Süleymenovun, Ukrayna, rumın, alman tədqiqatçılarının, Azərbaycanın Xalq şairləri Xalq yazıçılarının yazıları daxil edilib.

"Anarın nəsri" bölməsində tanınmış rus tənqidçiləri V.Perevedensevin, D.Urnovun, L.Anninskinin, V.Kovskinin, A.Latıninanın, A.Boçarovun, L.Lavrovanın, E.Şklovskinin, bəstəkar, SSRİ Xalq artisti Nikita Boqoslovskinin, görkəmli alim türkoloq Xalıq Koroğlunun başqalarının "Literaturnaya qazeta", "Sovetskaya kultura", "Komsomolskaya pravda", "Trud" qəzetlərində, "Novıy Mir", "Drujba narodov", "Yunost", "Oktyabr", "Zvezda", "Literaturnoe obozrenie" jurnallarında çap edilmiş geniş məqalələri yer alıb.

Anarın pyesləri əsasında Azərbaycan, İstanbul, Moskva, Kişinyov, Daşkənd, Qazan başqa şəhərlərdə qoyulmuş tamaşalar haqqında rus teatrşünaslarının, azərbaycanlı müəlliflərin "Pravda" qəzetində, "Teatr", "Sovremennaya dramaturqiya" jurnallarında dərc olunmuş məqalələri resenziyaları kitabın ayrıca bölməsində toplanıb.

Kitabın başqa bir bölümündə Azərbaycan yazıçısının əsərləri haqqında rus, alman (ADR AFR), Fransa, İsveçrə, Avstriya, Macarıstan, Rumıniya, Türkiyə, İran, MDB ərəb ölkələri mətbuatında çıxmış yazılardan örnəklər verilib. Məktublar bölməsində Anara Rəsul Həmzətovun, Çingiz Aytmatovun, Eduardas Mejelaytesin, İrakli Andronnikovın, Viktor Astafyevin, Leonid Zorinin, Sergey Baruzdinin, Rimma Kazakovanın, Yunna Moritsin, Vladimir Amlinskinin, Leonid Juxovitskinin, İvan Draçın, İlya Averbaxın, Baninin, Şmidenin, Əziz Şərifin, Xalıq Koroğlunun məktubları dərc edilib. Kitabın bir bölümündə Moskva tənqidçisi nasiri Lüdmila Lavrovanın Anara həsr olunmuş kitabından Azərbaycanın görkəmli ədəbiyyat, sənət, mədəniyyət xadimlərinin Xalq yazıçısı haqqında fikirləri əks olunub.

Kitabın sonunda yazıçının rus dilində çıxan kitablarının siyahısı, filmoqrafiya bioqrafik məlumatlar dərc olunub. Üz qabığında Anarın Tahir Salahov tərəfindən çəkilən rəsmi, içəridə isə yazıçının müxtəlif yaşlarında rus rəssamları Lüdmila Skubko-Karpasın, Tatyana Selvinskayanın, Azərbaycan rəssamları Toğrul Nərimanbəyovun, Tahir Salahovun yağlı boyayla çəkdikləri portretləri var.

Nəşrin tərtibçisi Natəvan Xəlilova, redaktoru Lüdmila Lavrovadır.

Kitaba yazılmış Ön sözü oxuculara təqdim edirik.

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.3.