HƏLLEDİCİ İŞTİRAK

 

Bu fundamental kitab kiməsə görünə biləcək qədər sadə deyil. Gözəl Azərbaycan yazıçısı Anarın yaradıcılığı şəxsiyyəti haqqında məqalələr, fikirlər, rəylər kitabı ilk baxışda oxucu üçün bayram kimi qavranıla bilər. Çünki oxucu başqalarının, nüfuzlu tənqidçilərin, ictimai xadimlərin, musiqiçilərin, rəssamların, rejissorların təəssüratları vasitəsiylə yenidən sevimli müəlliflərinin yaradıcılıq aləminə daxil ola biləcəkdir. Kimsə onu özüyçün yenidən kəşf edəcək. Anarın yazıçılıq ustalığı, vətəndaşlıq həyat mövqeyi haqqında dəyərləndirmələr mülahizələr güzgüsündə böyük sənətkarın sirrini açmaq, onun Sözünün nədən yarandığını bilmək mümkün olacaq.

Əlbəttə, belə bir baxış da məqbuldur. Amma bu lap üz qatda belədir. Bu məqamda mən Anarın gizli incə ironiyasını duyuram. Sonra elə bu kitabda onun dostu, şair Fikrət Qocanın fikriylə rastlaşıram başa düşürəm ki, məşhur ədəbiyyatşünasların, tənqidçilərin mətnlərinə rəğmən Anar irsinin asan mənimsənilməsi aldadıcı ilyüziyadır, yaradıcılığını - nəsrini, filmlərini, tamaşalarını, tədqiqatlarını, esse məqalələrini əhatə etmək deməli, müəllifi tam tanımaq imkansızdır.

F.Qoca etiraf edir: "Elə bilirsiniz ki, Anarı tanıyırsınız?" Amma mən deyərdim: "Anar o şəxslərdən deyil ki, onu tanımaq asan olsun. İlk baxışda hamıya açıqdır, amma eyni zamanda, öz içinə qapanıb. Ünsiyyətlidir, çoxlu dostu, tanışı var, amma eyni zamanda, çox tənhadır. Bu, dəhşətli deyil, Allah da tənhadır".

Bax belə... qədər cəhd olunsa da, yazıçını ən dərin parlaq rəylərin toplusuyla da dərk etmək mümkün olmayacaq. Deməli, bu kitabla tanış olan hər kəs Anar yaradıcılığına açarın sorağında maraqlı bir səyahətə çıxır, ayrı-ayrı fraqmentlər əsasında əlvan çoxcəhətli Anar adlı freskayla tanış olur. Kədərli olsa da, etiraf edim ki, bazar ədəbiyyatıyla tərbiyələnmiş müasir oxucu üçün bu ilk baxış kifayət etməyəcək.

Bu kitabı oxuyarkən qəlibləşmiş ehkamlardan ayrılmaq gərəkdir. Sovet ədəbiyyatı "altmışıncılar" ehkamlarından uzaqlaşıb dərinlərə varmaq lazımdır. Anar şəxsiyyətinin formalaşdığı qəliz ziddiyətli Zaman haqqında düşünməlisən. Onun müəllimləri tarixi şərait, ailəsinə dünyagörüşünə təsir edən amilləri nəzərə almalısan, onu qüdrətli milli zəmində yetişdirən eyni zamanda, dünyanın insanı kimi püxtələşdirən səbəbləri araşdırmalısan. Kitabdakı yazılardan birində dəqiq deyildiyi kimi, Anarın varlığında Azərbaycan milli xarakterinin ən yaxşı cəhətləri dünya insanının cizgiləriylə üzvü şəkildə birləşir. Bir rus yazıçısı kimi mənə Anarın rus mədəniyyəti ədəbiyyatına münasibəti çox qiymətlidir. O yazır: "Rus dili bizim sərvətimizdir, bu dilin vasitəsiylə biz azərbaycanlılar da, tatarlar, qazaxlar, özbəklər, türkmənlər dünya mədəniyyətinə öz-özlüyündə çox zəngin olan rus mədəniyyətinə qovuşuruq".

Anar haqqında yazan ən yaxşı tənqidçilərin uzaqgörənliyini qeyd etməmək olmaz. Onun nəsrinin ideya-mənəvi təməllərini - hərisliyi, acgözlüyü, hər şeyi qamarlamaq ehtirasını damğaladığını vurğulayırlar, qeyd edirlər ki, yazıçı daima mənəviyyatsızlığa, saxta öyüdçülüyə qarşıdır. O şeylər ki, insanın daxili aləmini çökdürür, "vətəndaş məqsədləriylə şəxsi səadət" arasındakı tənasübü pozur. Anar nəsri "etik cəhətdən tələbkardır" (L.Poşexonov). Böyük sələfi Cəlil Məmmədquluzadə kimi, Anar da boş-boş möüzə oxuyanlara, bəlağətli boşboğazlara nifrət bəsləyir. Xəstəni müalicə etmək əvəzinə onun nəbzini yoxlayıb getməyə tələsən "həkimlər" ...

Belə "həkimlər" mənə üzdəniraq "postmodernistləri" xatırladırlar. Əsas məqsədləri muzdlarını almaqdır, oxucunu hansı mənəvi "qidayla" doydurmaq istədikləri isə onlarçün vacib deyil.

Bununla belə, klassiklərin humanist tövsiyyələrinə əməl edən Anar sırf ifşaçılıq mövqeyində dayanmır. Qeyd edir ki, ədəbiyyat həmişə bəraət qazandırır, hətta məhkum edəndə ... Çünki anlamağa çalışır. İttiham edərək həm müdafiə edir... Yazıçı da Allah kimi çoxlu müxtəlif adamlar tanıyır, o cümlədən, çox pis adamları da, amma hər bir insanda, hətta ən pis insanlarda da o özünü axtarmalıdır.

Anar miqyaslı sənətkar kimi XX əsri adladı. "İllərini sayan Anar" kitabı bir daha sübut edir ki, onun Azəbaycan ədəbiyyatında varlığı - həlledicidir. Amma türk dünyasının ədəbiyyatı da Anarın təsirindən xali deyil. Ümid edək ki, Anarı uzun illər boyu maraqla oxuyan, əsərləri haqqında dərin məqalələr yazılan Rusiyada da onun Sözü eşidiləcək. "Drujba narodov" jurnalında Anarla geniş müsahibənin onun yeni əsərinin - parlaq sirli "Göz muncuğu" povestinin dərc olunması bunun əlamətidir.

Anar formal əllaməçilik arxasında gizlənənlərdən deyil. Hələ "Kommunizmə işıqlı ümidlər" dövründə o, cəsarətlə qarşıdakı ağır gələcəyin təlaş doğuran işarələrini görmüş göstərmişdi. Bunun ən əyani nümunəsi "Gecə düşüncələri"dir" - əsrin övladının sarsıdıcı etirafı. Bu səmimi etiraf müəllifin öz özüylə açıq söhbəti, çoxyönlü istedadın qəlbinin aynasıdır.

Anarın bizlərə, bugünkülərə, həm yalnız yazıçılara deyil, hamıya ən böyük dərsi öz işinə, yaradıcılığına namuslu yanaşmaq dərsidir. Onunçün yaradıcılıq oyun deyil, məşhur olmaq, tanınmaq, teleekranlarda, dəbdə olan təqdimatlarda görünmək deyil.

Anarçün yaradıcılıq sirli-sehrli bir aləmdir, insanı bütünlüklə yandırıb yaxan təbiət hadisəsidir. Həyatın elə bir həddidir ki, şair demişkən "burda sənət bitir, torpağın, taleyin nəfəsi gəlir".

 

Sergey SİBİRTSEV

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.3.