Üçüncü adamın filmi

 

Bu yazı burnuna barıt qoxusu dəyməmiş bir adamın yazısıdır. Amma müharibə haqqında baxdığım onlarla bədii, sənədli filmdən, oxuduğum onlarla kitabdan sonra bütün o yaşanılan şəxsi təcrübəni öz iliyimdə hiss etmişəm.

Müharibə dedikdə bizim nəsil əlbəttə ki, Böyük Vətən Müharibəsini düşünürdü. Faşizm qarşısındakı inamlı zəfər, hər il təntənəli şəkildə qeyd olunan “9 May”lar, filmlər və bütün bunlar hamısı küll halda beynimizdə bizə o qədər də uzaq gəlməyən bir müharibənin obrazını yaratmışdı və söz müharibədən düşəndə istər-istəməz Böyük Vətən Müharibəsini xatırlayırdıq. Və sonra güllələr zaman və məkan olaraq qulağımızın dibində açılmağa başladı. Müharibənin bizdə oyatdığı ilk təəssürat kitablar və filmlər vasitəsi ilə oldu.

Yaxşı yadımdadır, bir rus romanı vardı, “Qılınc və qalxan”. Müəllifi də Vadim Kojevnikov. Əslinə baxsan ucuz, hətta sistemin sifarişi olan bir roman idi. O romanı oxuduğum günlərdə,  12-12 yaşımda bir gecə oyandım. Yadıma qəhrəman düşdü. Ağlamadım, amma elə bir ağrı yaşadım ki. Bu ucuz roman öz gerçəkliyi, faktura ilə məni ağrıtmışdı. Sonralar bu ağrını mənim üçün XX əsri ən gözəl ifadə edən romanların birində- “Qərb cəbhəsində təbəddülat yoxdur” romanında oxuyandan sonra yenidən tanıdım. Remarkın pasifist, antimilitarist pafosu, hansı tərəfin haqlı olmağından asılı olmayaraq (Özü haqsız tərəfdə, Almaniya tərəfində vuruşmuş bir gənc idi) müharibəni lənətləməsi və ən əsası bu lənəti çox sadə detallarla göstərməsi məni valeh etdi. 

Və müharibədən bəhs edən bütün romanları başqa bir gözlə oxudum. Kiçik bir detal məni heyrətləndirirdi, nəinki heraklvari qəhrəmanlıqlar, misilsiz rəşadət nağılları, cəngəvərlik əfsanələri.

Uşaq vaxtı bir qadından eşitmişdim: “Yemək hazırlayıb qurtardım, elə uşaqları yeməyə çağırırdım ki, kəndə hücum oldu, tələsik çıxdıq. Heç bilmədim o yemək harda qaldı, kim yedi o yeməyi?!”.

Ya da başqa bir xatirə: “Kənddən elə tələsik çıxdıq ki, macal tapıb tövlənin qapısını da aça bilmədim. Yolboyu öz aqibətimdən çox o heyvanları düşünməyə başladım. Nə oldu onların axırı? Acından-susundan öldülərmi, qaldılarmı? Məni bağışladılarmı?”

Bu xatirə lentini sənədli filmdə gördüyüm bir hadisə ilə qapadım: “Berlin divarı sökülür. Hamı sevinc içində. Alman xalqı coşğunluqla qələbəni bayram edir. Jurnalistin gözünə isə bir bomj dəyir. Kefsizdir bomj. Ondan niyəsini soruşurlar. “Mən kürəyimi bu divara söykəyib yatırdım, bəs indi taleyim necə olacaq?”.

Böyük savaşların, qanlı döyüşlərin fonunda kiçik detallar bizə həqiqəti dəqiq qavramaq imkanı verir. Elə “Üçüncü günün adamı” filmiçox sadə bir həqiqəti vurğulayır. İnsan öz evinə qayıtmaq istəyir.

Filmin adı yadımızda unudulmaz İsi Məlikzadənin “Ü günün qonağı” povstini xatırladır. Neft mühəndisi olduğuna görə məcburi vəziyyətdə Bakıda yaşamağa məcbur olan qəhrəman rayona qayıtdığı anda çox güclü katarsis hissləri keçirdir, müharibəyə düşən uşaqlıq illərini xatırlayır. Bu anda onun anasının duasını da məncə xatırlatmaq lazımdır: “Allaha dua edirəm ki, rayonumuzda da neft çıxsın, sən də qayıdıb gələsən bura”.

Jurnalist dostum Fəxrəddin Hacıbəyli Almaniyada keçirilən mətbuat konfransında Ermənistan prezidenti Sarkisyana sadə bir sual vermişdi: “18 ildir kəndimə, evimə gedə bilmirəm. Mənim sualım sizədir, cənab Sarkisyan, siz mənim evimi, kəndimi nə vaxta qədər işğal altında saxlamaq fikrindəsiniz?”.

Yaza-yaza yağış kimi üstümə yağan xatirələrdən xilas ola da bilmirəm. Biri bir kitabın səhifəsindən, digəri bir filmdən, lap o birini haradan eşitdiyini belə anışdıra bilmədiyim xatirələr bir-bir tut gilələri kimi qarşıma düşür.

Dostum, Zəngilandan olan jurnalist Zabil Müqabiloğlu həmişə deyirdi ki, rayonlara avtobusun qiyməti qalxanda qəribə hisslər keçirirəm, çünki bizim rayona gedən avtobusun biletinin qiyməti heç vaxt qalxmır. İndi Zabilyoxduronun yanına avtobusla getmək də mümkün deyil.bütün bu assosiasiyaları məndə haqqında danışmaq istədiyim “Üçüncü günün adamı” filmi doğurur.

“Üçüncü günün adamında” Sadiqlə (Hikmət Rəhimov) İntiqam (Rasim Cəfər) da doğulduqları torpaqlara gedirlər. Gizli yollarla, minalarla dolu yolda addımlamaq. Hər an bir güllə ilə vurulub torpağa düşmək də mümkün. Həccə gedirmiş kimi. Onların real həyatdakı prototipi Dilqəm Əsgərov necə demişdi: “Bura mənim Mədinəmdir”. Vurulsan da, ölsən də burda öləcəksən.

Özüm üçün çıxartdığım bu qəddar nəticədən də üşənirəm, lakin mənə elə gəlir ki, Sadiq bura ölməyə gəlmişdi. Bu məşum sözü o heç zaman deməsə belə bu torpaqlarda gizlincə məskən salan Yavərin atası (Vidadi Əliyev) asanlıqla öz məqsədini elan edir: “Mən bura ölməyə gəlmişəm”. Elə ölür də. Oğlunu qorumaq üçün onunla Gürcüstana çatan bu qoca oğlunun ölümündən sonra sanki müdrikləşir: “Avara bir yol qəzasında öldü oğlum”. Bu qəfil və Kamyunun dediyi kimi absurd ölüm (“Ən absurd ölüm yol qəzasında ölməkdir” deyən fransız filosofunun elə özüyol qəzasında öldü. Taleyin amansız zarafatları var) qocanı müdrikləşdirir. Madam ki, insan ən axmaq situasiyalarda belə həyatla vidalaşmalı olur, yaxşısı budur ki, ömrü də, ölümüuca, ali məqsədlər naminə saxlayasan, onlar yolunda öləsən. Qədim türklərdə yataqda ölmək də bir növ baş qaxıncı sayılardı.

Bu həyəcanlı səfərdə Sadiqi keçmişi tərk etmir. Həbsxanada yaşadığı uzun illər, anasının taleyindən bixəbərlik, illərdir edib-etmədiyi özünə də aydın olmayan cinayəti və sevgilisinin işıqlı xəyalı. Əslində bu səfər, müqəddəs torpaqlara getmək bir növ katarsisdir, özünəqayıdışıdır. Sadiq bu ağır səfər boyunca daim keçmiş haqqında düşünür, onu saf-çürük edirrejissor da dəqiq flash-backlarla səfərin əsas missiyasını, daxili özünüdərki bizə çatdırır.

Xaraktercə daha işgüzar olan İntiqam bu müqəddəs səfəri tamamlayıb özü dediyi kimi Moskva bazarına qayıdır. Bu onun üçün yerinə yetirilməsi vacib olan bir ayin, anasının vəsiyyəti olsa da Sadiq üçün isə mənəvi bütövlüyə çatmaq, mənəvi rahatlıq tapmaq vasitəsidir. Bu səfər Sadiqin həyatının adicə üç günü deyil. Bu üç gün əslində onu bambaşqa bir insan edir. Öz kəndlərində düşdüyü ağır emosional atmosferdən, yaşadığı dərin katarsisdən, dörd divar arasında düşdüyü tənha və möhtəşəm təbiətin oyatdığı hisslər burulğanından çıxmaq istəməyən Sadiq kənddə qalmağa qərar verir.

Filmin ən diqqət çəkən obrazlarından biriüçüncü adam yəni kapitandır. (Kamran Ağabalayev). Kapitan zəvvarları film boyu qovalayır, lakin bir çox hallarda isə səbəbini dürüst anlaya bilmədiyimiz humanist jestlər edir. Onun bu jestlərini hərbi intizam və nizamnamə baxımından anlamaq çətin məsələdir. Danışığı əsas etibarı ilə soyuq əmrlərdən ibarət olan kapitan bir çox hallarda dərin mimikalarla, çoxmənalı plastika ilə çox fərqli mətləblər anlatır. Bir çox hallarda rusca danışan bu kapitanın missiyası gizli qalır. Sonda xilas olunan bu kapitanın üzündəki təəssüf mənə elə gəlir ki, zabit şərəfinin təhqir olunmasından çox başqa mətləblərin təəssüfüdür. Filmin ən ağrılı replikasını da o zəvvarlara deyir: “Gedirsiz?”. İlk baxışdan  əslində qədər xiffət, nisgil, qədər ağrı var. Filmin baş rollarından birini oynayan kapitanın hekayəsinin qaranlıq qalması əslində beynimizdə ən müxtəlif variantlar doğurur.

.... Ya da bəlkə daha sadə bir variant: O zəvvarların səfərinə ürəkdən inanır onları haqlı hesab edir? İllərdir digər əsasən Gürcüstan vətəndaşlarına pul verib onları öz yer-yurdlarına göndərən, onlar vasitəsi ilə kəndlərini videoya çəkdirib baxan adamlar haqqında eşidirik. Bəlkə kapitan da elə bu ən təbii, ən səmimi bir istəyə görə zəvvarlara haqq verir.

Kapitan bu cür invariant keçmişi, onun hadisələrə münasibətinin motivinin gizli saxlanması yadımıza Orson Uelsin 72 il əvvəl çəkilsə belə adı bu gün kinematoqrafik şedevrlər arasında çəkilən “Vətəndaş Keyn” filmindəki “Rosebud” sözünü salır. Bu cür tapmacalar filmi daha da maraqlı edir hər bir tamaşaçı filmi öz baxışı ilə təhlil edir aydın məsələdir ki, bu hermenevtik proses fərqli nəticələrə gətirib çıxarır.

Üçüncü günün adamı filmi çox qəribə bir tərzdə Tarkovskinin “Stalker” filmini xatırladır. Qadağan olunmuş zonada gizli otağa gedən professor yazıçı, onların bələdçisi (stalker). Onlar da təhlükəli hərbi səddi aşaraq arzuların gerçək olduğu məkana üz qoyurlar. Bu zaman onların gerçək arzuları eləcə həqiqi şəxsiyyətləri bəlli olur. Ekzistensionalistlərin “sərhəd situasiyası” dedikləri şeu elə budur.  “Üçüncü günün adamı” da dərin mənəvi katarsisi, qəhrəmanların ağrılı keçmişi, təhlükəli yolları təbii naturası ilə bir növ Stalkerdir. Sonda stalker fəryad edir: “Axı onlar niyə inanmırSadiq isə həqiqi bir inamçı illərin sınağından keçmiş mənəvi dünyaya malik bir qəhrəman kimi həqiqətin tərəfini seçməkdə tərəddüd edir.

bir ...

Bəlkə kapitan zəvvarları qovalamaqla əslində onları həqiqətə çatdırır.

Bəlkə kapitan stalkerin özüdür?

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.21.