Sesilya Ahern
Azərbaycan oxucularının "Mən
səni sevirəm" bestselleri ilə tanıdığı
Sesilia Ahern əslən İrlandiyadan olub sevgi romanları
müəllifi kimi
tanınır. ABŞ, İngiltərə, Almaniyada
uzun müddət reytinqlərdə qalan "Mən səni
sevirəm"
romanından sonra Sesilia bir çox əsərləri
ilə eyni müvəffəqiyyəti təkrarlamışdır.
"Yağışların kəsdiyi yerdə", "Hədiyyə",
"Hər il", "Güzgüdəki qız" hekayə
və romanları, eləcə də son romanları
"Damğa", "İdeal", və 2017-ci ildə
yazdığı "Lira quşu" romanı ilə böyük oxucu
sevgisi qazanmışdır.
Lira quşu
Romandan parça
- Sən əminsən ki, sürə biləcəksən?
- Narahat olma,-
deyə cavab verdi.
- Sən əminsən ki, o sürə biləcək?-
deyə Reyçel Solomona müraciət edərək təkrar
elədi.
- Hər şey qaydasındadı,- Solomonun
yerinə də Bo cavab verdi.
- Heç olmasa sən, sükan arxasında yazışmaya bilərsən?
Mənim yoldaşımım azad olmağına az qalıb, mən
körpəni görmək istəyirəm,-
deyə Reyçel təkid etdi.
- Mən yazışmıram,
sədəcə mesajları yoxlayıram.
- Onda yaxşı!
-Reyçel gözlərini çəkdi və
üzünü pəncərəyə çevirdi. Pəncərədən
kənd mənzərəsi ötüb keçdi. - Sən
sürətlə sürürsən. Həm də
xəbərlərə qulaq asırsan. Sənin
başın uçuşdan sonra tamam xarab olub.
- Əgər belə
narahatsansa, kəməri bağla.
- Çətin ki, mənə kömək edər,-
deyə Reyçel deyinərək Bonun arxasındakı sərnişin
oturacağında yerini
rahatlayıb kəməri bərkitdi.
O Solomonun arxasında
oturmaq istəyərdi, ordan Bonun etdikləri
daha yaxşı görünürdü, lakin Solomon
oturacağını o qədər geriyə itələmişdi
ki, oraya yerləşmək olmazdı.
- Uçuşdan sonra da başım qaydasındadı- deyə Bo
bildirdi, nəhayət ki, Reyçelin rahatlnması
üçün telefonu yerə qoydu. Reyçel
ümid edirdi ki, sürücünün hər iki əli
sükanda olacaq, lakin mobil telefonun əvəzində Bo radioyaya
diqqət kəsildi, stansiyaları axtarmağa başladı.
- Musiqi, musiqi, musiqi.. nə
üçün insanlar başqa heç nə haqqında
danışmırlar?
- Çünki arada bir ağzını yummaq və
susmaq lazımdı- Reyçel çımxırdı. Yaxşı, sən
deyəndi, amma o, uçuşdan sonra özündə deyil.
Özü də bilmir ki, hardadı.
Solomon gözlərini azca aralayıb yorğun
şəkildə hər iki qadını nəzərdən
keçirdi.
- Mən yatmamışam,- əzgin halda
danışırdı. - Mən sadəcə..., bilirsiz...,- və hiss etdi ki, göz qapaqları
öz-özünə yumulur.
- Bilirəm, bilirəm, sən Bonun maşın sürməsinə
baxmaq belə istəmirsən-Reyçel dedi.
Bostondan
altısaatlıq uçuşdan
sonra, altının yarısı
endikdə Solomon və Bo hava limanında tələsik qəlyanaltı
edib maşın kirayələyərək yolüstü
Reyçeli də götürüb İrlandiyanın cənub-qərbində,
üç yüz kilometr məsafədə olan Korka yola
düşmüşdülər. Solomon demək
olar ki, bütün uçuş boyu yatmışdı, lakin
bu ona bəs eləməmişdi, hər dəfə gözlərini
açanda Bonu ayıq, geniş açılmış
gözlərlə görürdü.
Bəzi adamlar hava ilə
qidalanmaları haqqında zarafat edirlər. Solomon isə əmin
idi ki, Bo bir məlumatla belə yaşaya bilər. o, kosmik sürətlə məlumatı qəbul
edir, həmişə onün uçun acdır- oxuyur, qulaq
asır, soruşur, axtarır, normal qida üçün yer
belə qalmır. O çox az yeyir,
informasiya onu qidalandırır, lakin o heç vaxt kifayətlənmir,
bilik və məlumat aclığı heç vaxt doymur.
Solomon və Bo Bostona
"Əkiz Tulun" sənədli filmi ilə irland jurnalistlərinin "kino və
televiziyada yaxşı xidmətlərinə
görə" illik müsabiqəsində qalib gəldikləri
mükafatı almaq üçün getmişdilər.
Çoxsaylı ikinci və üçüncü yerləri
saymasaq, bu onların bu il aldığı
on ikinci mükafat idi.
Üç il əvvəl onlar çəkiliş
qrupu ilə birgə bir ili o vaxt yetmiş yeddi yaşında
olan Co və Tom Tulinləri çəkməklə
keçirmişdilər. Onlar Makrumun qərbində
Korkun ucqar kəndində yaşayan fermer idilər. Bo başqa bir layihə üçün
araşdırma apararkən onların hekayəsini kəşf
etdi və onlar tez bir zamanda onun qəlbini. ağlını və demək olar ki,
bütünlükdə həyatını fəth etdilər.
Qardaşlar bütün həyatları boyu birlikdə yaşayıb
işləmişdilər, heç birinin nə qadınlarla, nə
də başqa insanlarla
münasibəti olmamışdı. Onlar
doğulandan bəri eyni fermada yaşamış, ataları ilə
işləmiş, o öldükən sonra da işini davam
etdirmişdilər. Onlar ağır şəraitdə
işləyir və daş döşəməli kənd evində
sadə vəziyyətdə yaşayırdılar, bir otaqda dar
yataqda yatırdılar, Yeganə əyləncələri
köhnə bir radiodan ibarət idi. Demək olar ki, onlar
fermadan heç cıxmırdılar, həftəlik
bazarlıqlarını zəruri şeylər gətirən
yerli qadından alır, o da əsas ev
işlərini görərdi. Tulin qardaşlarının bir-birilə münasibəti
və həyata baxışı film heyətinin qədər
tamaşaçıların da ürəyini parçaladı,
çünki onların sadəliyi altında həyatın
dürüst və aydın dərki vardı.
Bo bu filmi özünü
rejissorluğu ilə Solomonun səs rejissoru, Reyçelin operator olduğu
Mouth to Mouth Productions adlı
şirkətində çəkdi. Onlar İrlandiyada
nunların sayının azalmasının araşdıran
Creatures of Habit, sənədli filmi çəkəndən bəri artıq
beş ildi ki, komanda kimi işləyirdilər. Son
iki ildə -sənədli filmin çəkilişlərinin
bitməsi münasibətilə keçirilən qeyri-rəsmi
şənlikdən sonra Bo və Solomon arasında romantik
münasibət başalmışdı. Tulin əkizləri
onların beşinci işi, lakin ilk əsas uğuru idi və
bu il onlar bu film festivalından digərinə getməklə
bütün dünyanı gəzmişdilər və Bo da təbrikləri
qəbul edir və öz təşəkkür nitqini mükəmmələşdirirdi.
İndi isə onlar hər küncü onlara doğma olan Tulinlərin
fermasına qayırdırdı. Lakin qardaşları
uğurlarına görə təbrik etməyə yox,
qardaşından iki dəqiqə kiçik olan Tom Tulinin dəfninə
gedirdilər.
- Nəsə yemək üçün dayana bilərik? -deyə Reyçel soruşdu.
- Ehtiyac yoxdu- Bo bir əlini
sükanda saxlayıb ehtiyatsız şəkildə sərnişin
oturacağının altına əyildi, avtomobil yüngülə
silkələndi.
- Ay allah,- Reyçel
qışqırdı, baxmamağa çalışdı.
Oturacağın altından üç şokolad batonu çıxarıb birini
Reyçelə tulladı. "Qəlyənaltı"
- o öz şokoladını dişləri ilə
açıb bir dişləm aldı. Hirslə çeynəməyə
başladı, sanki tezliklə udub qurtarmaq istədiyi bir dərman
idi: yemək ona enerji üçün lazım idi, həzz
almaq üçün yox.
- Bilirsən də, sən insan deyilsən,- deyə
Reyçel batonunu açıb küskün şəkildə
baxmağa başladı. "Sən vəhşisən
canavarsan"
- Lakin o mənim kiçik
qeyri-insani canavarımdı. Solomon gülüb Bonun
ayaqlarını toxunur. Bo gülümsəyir.
- Əgər siz
birlikdə olmasaydız,
-Reyçel çevrilərək
dillənir. -Sən mənim tərəfimdə
olardın.
- O onsuz da sənin
tərəfindədi, - Bo zarafat
tonunda, lakin mənalı şəkildə
dilləndi.
Solomon sanki bu eyhamı eşitmədi.
- Əgər biz yazıq
Coya başsağlığı
verməyə gediriksə,
məni niyə məcbur elədin ki, bütün aparatlarımı götürüm? -Reyçel
kişmişli qozu çeynəyərək soruşdu.
O səbəbi yaxşı
bilirdi, lakin bir az ara qarışdırmaq istəyirdi. Bo və
Solomonu hirsləndirmək
maraqlı idi, onlar çox da sakit deyildilər.
bir azca
toxun sonra gör nələr baş verir.
Solomon gözlərini geniş açıb rəfiqəsinə dikdi. İki illik romantik birlikdəlik və beş illik
iş fəaliyəti
nəticəsində o onun
üçün açıq
kitab kimi idi.
Tərcümə etdi:
Nərmin Cahangirova
Ədəbiyyat qəzeti.- 2017.-
15 iyul.- S.21.