Saleh Mehmetin təklifi budur
ki...
"dəymiş"imiz
qalsın, "kal"ımız tökülsün
Bir süfrə başında iki sözümüz
Bir ola bilmirsə, ta nəyik belə?
M.Araz
08.07.2017-ci il tarixli "Ədəbiyyat qəzeti"ndə Sabir Rüstəmxanlının "Saleh Mehmetin dövlət dili təklifinə münasibətim" adlı Birinci və İkinci məktubunu bir qədər gec- 13 iyulda oxudum.
2015-ci ildən "Ədəbiyyat qəzeti"ndə çap olunmuş diqqətçəkən mətnlərlə bağlı icmal şəklində də olsa, yazmaq, qəzetdə məni "tərpədən" materiallara yazılı münasibət bildirmək ürəyimdən keçib. İstəyimi redaksiyada dilə gətirəndə, "yaz, gətir" nidasını eşitsəm də, buna əməl etməmişəm. "Yazılarım"ı öz-özümə söyləməkdən, oxuyub təsirləndiyim şeir, hekayə, ədəbi təhlil, tərcümə və məqaləyə görə müəllifin, qəzetin ünvanına şifahi təşəkkür etməkdən irəli getməmişəm. Hər dəfə əlimdəki bir iş, əlimdə olmayan vaxt bu istiqamətdə yazmaq istəyimi həyata keçirməyə mane olub. "Ədəbiyyat qəzeti" illik toplusunun və saytının təqdimatlarında dərginin ünvanına söylənən fikirləri, demək olar ki, bölüşdüyüm üçün "mən yazacaqlarımı dedilər" deyə toxtamışam (Qəzetin elə sözügedən sayında, cəmi bircə sayında Ümid Nəccarinin şeirləri, "Qardaş qanı", "Əli Kərim üslubu...", "Xanım Beket. Braziliya...", "Qərb festivallarına bağlanmış yolumuz...", "Təpələrin arxasında", "İnsan şüuruna daxil olmanın yolları", Turqut Uyarın şeirləri, "Öz əsərini danışdır","Don Kixot barədə düşüncələr...", "Çağdaş Moldova şeirindən seçmələr" və s. bu kimi mətnlər varsa (digər yazıları hələ oxumamışam) və hər həftə "Ədəbiyyat qəzeti" bizə bu cür, belə bir səviyyə təqdim edə bilirsə, üç ay bundan qabaq qəzetə göndərdiyim şeirlərin "qanı" halal xoşu olsun).
Bu dəfə S. Rüstəmxanlının Saleh Mehmetə ünvanladığı məktuba münasibət bildirməkdən heç cür vaz keçə bilmədim.
S.Rüstəmxanlının məktubundan Saleh Mehmetin "ölkəmizdə ingilis və rus dillərinə də Azərbaycan türkcəsi ilə yanaşı dövlət dili statusunun verilməsi" təklifi ilə çıxış etdiyi məlum olur.
Onsuz da son vaxtlar sovet dövründə doğulan Azərbaycan vətəndaşlarına ikili vətəndaşlıq, yəni, həm də, Rusiya tərəfindən vətəndaşlıq verilməsi barədə arada-bərədə söz-söhbət dolaşmaqdadır. Qonşu dövlətdə də bəyan edilir ki, ikinci vətəndaşlıq alanlar Rusiya Konstitusiyasına, qanunlarına əməl etməlidirlər, Rusiya dövlətinə sədaqət andı içməlidirlər.
Buradan da iqtisadçı Saleh Mehmetin məlum təklifi gəlir.
Bəlkə sayın Saleh Mehmet təklifinin "iqtisadi səmərəliliyi"ndən
də danışaydı.
Dost olmayan müvafiq ölkələrin
aidiyyəti texnoloqları
tərəfindən, təbii
ki, həmişə müstəqil Azərbaycan
Respublikasının əleyhinə
iş aparılıb və azca yuxarıda
qeyd olunanlar həmin "zəncirin həlqələrindən" sayıla
bilər. Hələ kövrək olan,
tam bərkiməmiş gənc
Azərbaycan dövlətinə
qarşı dolayısı
yollarla çeşidli
torlar qurulur. Məqam gözlənilir. Həmin
"məqam" üçün
isə "qabaqlayıcı
tədbirlər" misalı əvvəlcədən
hazırlıqlar görülür.
Düşmən xarici xüsusi
xidmət orqanlarının
aşkarlanmış son təxribatçı
fəaliyyətini (Tərtər
hadisəsi və s.) nəzərdə tutaraq, sayıqlığı əldən
verməyin bizə necə baha başa gəldiyini deyə bilərik.
Azərbaycan türkcəsi
yeganə dövlət
dili olmazsa, bunun hansı fəsadları ola
bilər? S. Rüstəmxanlının
bu barədəkiı
mülahizələri çox
ciddi arqumentlərə
söykənir.
Hələ rus dilinin ali
statusu yoxdur, sarmaşıq tək bu cür bizə
sarmaşıb.
Ölkə valyutasının cəmləşdiyi
strateji əhəmiyyətə
malik bank sistemində işləyənlərin mühüm
hissəsi rusdillilər
deyilmi?
Heç ingilis dili ikinci dövlət
dili olmadan dükan - bazar -
"market", "shop", "store", şadlıq
(oxu: şitlik) sarayları "Movida
plaza", "Romanse palace"... "Gold ring"dir.
Bu yenə bizə heç nə demirsə...
Ölkə rəsmən "iki dilli" ("üç
dilli") olsa, doğma dilimizin taleyi "çərxi- fələk"likdir. Təkcə ona görə yox ki, 110 min 563 sözlük lüğət
fondumuz rəqabətə
dözməyəcək,- bunun
müqabilində rus ədəbi dilində təqribən 500 min, ingilislərdə
1 milyon söz var.
Təkcə buna görə yox!
Özgürlüyü qorumağın,
milli dirçəlişin
əsas şərtlərindən
biri də, "təhsilə xəyanət"in,
elmə də yol tapmış əliəyriliyin kökünün
kəsilməsidir və
təbiətdə olduğu
tək cəmiyyətdə
də hər şeyin bir-biri ilə ilk baxışda gözə görünməyən,
amma daxilən çox sıx əlaqəsi var.
Müvafiq məcəllədə
bir "xalqa xəyanət" maddəsi
əksini tapa, mühakiməni də xalq edə!
Bu gün
ingiliscə və ruscanın dövlət dili statusunda olmamasının kiminsə
bu dilləri, o cümlədən almancanı
və digərlərini
mənimsəməyinə heç
bir maneçiliyi yoxdur.
Məktubdakı "düşmənimiz
olan ermənilərlə..."
ifadəsinə rəğmən,
məlum həqiqəti
vurğulayım ki, öz siyasətlərini həyata keçirmək üçün onların
daim düşmən kimi qalmasında maraqlı olan havadarları üzdə olan bu düşməndən
az təhlükəli
deyillər və
"...qurd basar" vəziyyəti aradan qalxınca, bunun düşməni də, düşmənçiliyi də
çilik-çilik olacaq.
...Amma mən "bir budaqda oturub", cəmi bir "budağı" silkələdim.
Qardaşxan ƏZİZXANLI
Ədəbiyyat
qəzeti.- 2017.- 22 iyul.- S.29.