Verlibr
Pəncərəm dənizə baxır,
Səhər açılan kimi
Qara-qara qanadlar döyəcləyir şüşəni,
Qaranquşlar çağırır:
- Oyan!
- Oyan!
Pəncərəm dənizə baxır,
Dənizdən Günəş qalxır,
Yatağımdan mən.
Gülümsəyirik bir-birimizə:
- Salam!
- Salam!
Sonra ...
Sonra hər günün eyni işləri başlayır
Hər saatın
fərqli hallarıyla.
Məsələn,
Mən yatağımı toplayıram,
yastıqları düzürəm...
Günəş dənizi yığır.
Sonra isə
Tavan ayırır
bizi.
Mən
Sadəcə saçlarını görürəm hərdən
–
Evin hər yanında uçuşan,
Çayıma, çörəyimə düşən,
Qara-qara saçlarıma qarışan.
Gülümsəyirəm.
Yan otaqda televizor açıqdır,
Aparıcı bombalardan danışır,
Qara-qara
uçaqlardan tökülən,
Körpələr öldürən...
Qorxuram...
Saçlarım demişkən,
Qara-qara
qaranquş qanadı kimidirlər,
Alnımın üstündən
Gözlərimi döyəcləyirlər hər
an.
Hirslənirəm,
Sapsarı boyayıram onları,
Yox, bəlkə
də qızılı.
Sonra aynaya baxıram sevinclə -
Dünyadan bir qaranı azaltdım deyə...
Elə sevinirəm ki,
Sanki...
Sanki bir də
Bombalar tökülməyəcək,
Körpələr ölməyəcək
Heç
yerdə...
Sonra axşam
düşür.
Darıxıram...
Pəncərəmi qırıb-qırıb dənizə
sarı baxıram.
Bombozdur
hər yan...
Bozluqda qaranquşlar uçuşur
dəli kimi, o yana, bu
yana,
Çırpınırlar,
Şüşələrə, divarlara çırpılırlar,
Küçədəki, evlərdəki
adamları çarəsizcə
çağırırlar:
- Yandırın
işıqları!
- Yandırın
işıqları!
Əllərimi kəsə-kəsə,
Qırıq şüşə tikəsiylə
saçlarımı doğrayıram,
Qaranquşlara uzadıram ovuclarımın
içində,
Dənləyib uçuşurlar bozluqda
–
Günəş rəngli saç uclarımla.
Kimsə
qonşu pəncərədə
arvadına bağırır:
- Göydən
od yağır,
tez ol, gizlət
uşaqları!
Sonra bütün pəncərələr
açılır,
Ardınca güllələr.
Qaranquşları vururlar adamlar,
Qara-qara
uçaqlara bənzədərək...
Ağlayıram...
*** *** ***
Bir gecə
Yağışın dəli vaxtında
Şimşəklərin işığına
qapadım gözlərimi,
İldırımların səsindən
Uşaq
kimi qorxdum,
Gizlənməyə yer axtardım,
Vurnuxub, bətnimə
yığıldım.
Necə
nəhəng idi dünya!
Necə
kiçik idim mən...
Necə
tək...
Birdən
elə sıxıldım,
Birdən
elə darıxdım
ki
Gözlərimin dolacağı,
Ürəyimin boşalacağı,
Ruhumun havalarda uçacağı
anlar üçün...
Və...
Sopsoyuq pəncərə şüşəsinə
söykədim dodaqlarımı,
Tanrının qulağına pıçıldadım:
- Nolar, sevindir məni.
Bilsən,
necə darıxmışam
qəfil bir xoşbəxtlik üçün,
Bilsən
necə təkəm, bilsən...
Və pıçıltım
Hayqırtıya çevrildi ildırımın
səsində,
əks-səda verdi göylərin qaranlığında:
- Nolar, sevindir məni.
Bilsən,
necə darıxmışam
qəfil bir xoşbəxtlik üçün,
Bilsən...
*** ***
***
Sunamidən sonrakı
Sahil kimiydi hər yan,
Dağılmışdı hər şey –
İçində mən...
Divardakı saatda
Əqrəblər sürünürdü əksinə,
Sevgidən sonra idi zaman.
Dağılmışdı hər şey –
Köynəyin döşəməyə,
Gülüşlərim tavana,
Saçlarım köksünə.
Ucları
fırçalar idi barmaqlarımın,
Sinəndə ürək şəkli
çəkirdi –
İçində mən...
*** ***
***
Nə olsun ki
Evindəki bütün saatlar tərsinə işləyirdi?
Evindən kənarda ki
Zaman axarındaydı
özünün?!
Məsələn,
Hər dəfə kirayə pulu
Düz ayın beşində ödənirdi,
İşıq kartı, su kartı, qaz pulu bildirişi
Evindən kənardakı zamana
köklənirdi,
Öz vaxtında
bitirdi, öz vaxtında gəlirdi.
Hətta
zibil pulu yığan kişi
də
Üç aydan bir, düz
vaxtında gəlirdi.
Yaxşı baxsa,
Görərdi ki,
Indi bayırda iyuldur,
Adamlar yüngül geyinirlər,
Istidən gileylənirlər.
Hardan tapmışdı
bu evi?
Ya bəlkə də elə bu ev tapmışdı onu?!
Bir-birindən xəbərsiz
Bir-birini axtarmışdılar alqı-satqı
ofisində.
Zamanın yolub tökdüyü
makler də
Saata baxıb tələsmişdi:
- Tez gedək, evi sizə göstərim, - demişdi, - vaxtım çox azdı, xanım!
Beləcə qovuşmuşdular zamandan
qovulmuşlar -
Adamlarsız ev,
Evsiz adam.
Bomboş
idi otaqlar,
Bomboz idi divarlar,
Bambaşqa idi zamansızlıq
–
Sanki bir az
ilk qar dadı verirdi,
Bir də...
Bir də gilas qoxuyurdu.
Və
Hər səhər
Günəşin aynaya çevirdiyi
pəncərə şüşəsindən
Hər gün bir başqa
adam baxırdı.
Hər gün bir başqa
yaşda...
Gödək saçlı dolu
qadın,
Uzun saçlı zərif qız,
Məktəbli,
Uşaq,
Körpə...
Beləcə
Zamansızca keçirdi zaman.
Amansızca.
Saatlar tərsinə işləyirdi...
*** *** ***
Şəkillərindən tanıyıram
Ölmüş adamları
Və
Tənha qadınları.
Küləyin donub qaldığı bir an olur onlarda
mütləq.
Ölmüş adamların baxışlarında,
Və
Tənha qadınların saçlarında.
Havada donmuş baxışların
Və
Havada donmuş saçların
Soyuğu üşüdür adamı.
Hər ikisi
Bir cüt ələ möhtac kimi yalvarır kirimişcə
-
Qapayın bizi...
zaman: Temmuz 25,
2017
Etiketler:
"Ədəbiyyat" üçün,
Şeirlər
Hiç
yorum yok:
Yorum Gönder
Bu yayına verilen bağlantılar
Bağlantı Oluştur
Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
Kaydol: Kayıt Yorumları (Atom)
Əfv
Sən də mənə daş atmısan, sən də! Bax, barmaqların hələ də ağrıyır, əllərin
bulaşıq, qara, gözlərinin hər giləsində bir damla qan şəkli
d...
Cırcırama öpüşü
- Get əllərini, ayaqlarını,
üzünü yu, başının təpəsinə
də su çək, sonra gəl mənə kömək elə. Nənəsinin dediklərini
elədi və gəlib yanında ...
Namə
Mən bu gün Sənə xəyanət eləmişəm. Son yeddi ildə tapındığım bütün
prinsipləri pozmuşam.
Ət yemişəm, konyak içmişəm, siqaret çəkmişəm, ...
Sərgərdan ruhlar tək
Hardasa küləklər
əsir xəfifcə,
Hardasa Gün doğur suların üstdən, Hardasa kimsə də təkdir bu gecə, Gözləri yol çəkir yolların üstdən. ...
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2017.-
22 iyul.- S.7.