ELƏ SƏN VERDİYİN DƏRDDİ BU DƏRD
DƏ...
Nədən könül qırmaq, sinə dağlamaq,
Cəza sayılmayır, cinayət olmur?
Xanım, gözlərimə yaxşı-yaxşı bax,
Bizdə əmanətə xəyanət olmur.
Mən həmin qərarda, sən həmin şərtdə,
Fərqi yox suç kimin, xəyanət kimin.
Elə sən verdiyin dərddi bu dərd də,
Hələ saxlayıram əmanət kimi...
EVİMDƏ YAŞAYA BİLMİRƏM AXI...
Dərd üstdə köklənib könlüm haçandı,
Kefimdə yaşaya bilmirəm axı...
Mənim nəfim elə bir quru candı,
Nəfimdə yaşaya bilmirəm axı...
Ha çalış, ha tabla, döz nizamında,
Ha düz ol, qalmaz ki, düz nizamında.
Hələ də, hələ də öz nizamımda,
Səfimdə yaşaya bilmirəm axı...
Çox da ki, söz adlı silahımla mən,
Hər gün baş-başayam Allahımla mən.
Yol gedə bilmirəm günahımla mən,
Səhvimdə yaşaya bilmirəm axı...
Var yuxu evimiz, röya evimiz,
Lap elə çay, dəniz, dərya evimiz.
Nə olsun bu boyda dünya
evimiz,
Evimdə yaşaya
bilmirəm axı...
ÜRƏYİMİ
ÇIXARDIRAM ARADAN
Bundan belə
nə istəyim, nə umum,
Bumu canım, ömür bumu, gün bumu?
Gündə yüz yol daşa dəyən
arzumu,
Diləyimi çıxardıram aradan.
Dərdim vardı,
tapılmadı dərmanı,
Daha çətin qəbul ola
qurbanım.
Yol üstdədi, köç üstdədi
karvanım,
Gərəyimi çıxardıram aradan.
Sıcaq-sıcaq azalmaqda
sıcaqlar,
Soyuq-soyuq kəsilməkdə qucaqlar.
Veyil-veyil dolaşmaqda
bıçaqlar,
Kürəyimi çıxardıram aradan.
O yan yoxdu, bəri yoxdu, görürəm,
Biri varsa, biri yoxdu,
görürəm.
Nə vaxt, harda yeri yoxdu
görürəm,
Ürəyimi çıxardıram
aradan...
YENƏ DƏ
Yaman çətin oldu sınaq keçən il,
Bilirəm "sual" da çətin
"sual"dı.
"Sinifdən-sinifə"keçmədin
yenə,
Sən yenə mən adlı "sinifdə"
qaldın.
Daha nə kədərlən, nə də qəm elə,
Dilə, nə dilərsən dilə, məndə qal.
Mən həmin
qaldığın "sinifəm"
elə,
Qal, gülüm, bu il də elə məndə qal...
ÜRƏYİNDƏN
YIXILANI
Azmı gördük
vaxtın qəfil
Küləyindən yıxılanı?
Gündə yüz yol arzusundan,
Diləyindən yıxılanı...
Haqq yerini bulmur nə iş,
Öz qanına
bələnməmiş...
Nə sayasan ələnməmiş
Ələyindən yıxılanı?..
Qaç çöl-bayır
adamınnan,
Alaq-çayır adamınnan.
Bacar, ayır adamınnan,
Fələyindən yıxılanı...
Gəlmir bir gülünən yaz ki,
Tərpənməyən laxlamaz ki.
Əllər tutub saxlamaz ki,
Ürəyindən yıxılanı...
SÖZƏ
GƏTİRDİYİM DAĞLAR
Bir yer idi, yer, ömürlük,
Lap pir idi, pir,ömürlük.
Çəkəcəyim bir ömürlük
Cəza - gətirdiyim dağlar.
Sığmaz idi yerə, göyə,
Əyilməzdi xana, bəyə.
Sevə-sevə, öyə-öyə
Gözə gətirdiyim dağlar.
Gəlib seçdiyim
atəşə,
Yanıb, bişdiyim atəşə.
Özüm düşdüyüm
atəşə,
Közə gətirdiyim dağlar.
Gəlmir xoşuna,
dayanmır,
Yalqız başına dayanmır.
Üzə boşuna
dayanmır
Üzə gətirdiyim dağlar.
Haqqmı, haqqmı
sözdə görən,
Dağ da dağmı sözdə görən?
Qalacaqmı sözdə
görən
Sözə gətirdiyim
dağlar?..
ÖLÜM UNUDUM
SƏNİ
Unutmaq necə
olur,
Bilim unudum səni.
Unudum, nə deyirəm,
Gülüm, unudum səni.
Şəkər qatıb
dilinə,
Çevirməynən dəlinə.
Həsrət qalsın
əlinə
Əlim, unudum səni.
Duyulmasın nəfəsin,
Qulaqlarımda səsin.
Ağzımda titrəməsin
Dilim, unudum səni
Bir sevilən bəstəsən,
Söz də sənsən, səs də sən.
İstə, nə vaxt istəsən
Ölüm, unudum səni...
MƏNSİZLİYİN
ŞEİRİ
Götür, kitablarımı
Ələ götür, vərəqlə.
Bir az
özünə, bir az
Mənə xətir vərəqlə.
Dönsün fələyin
üzü,
Nə darıx, nə də üzül.
Bir gözəl günümüzü
Yada gətir, vərəqlə.
Çox qaytartdım
gerimi,
Tap ağlayan yerimi;
İslanma, bir şeirimi
Eylə çətir, vərəqlə.
Nə torpaqda,
daşdayam,
Söz-söz, qoşma-qoşmayam.
Ya sonda, ya başdayam,
Sətir-sətir vərəqlə...
SƏN
MƏNƏ TUTDUĞUN TOYDA
Bilirsənmi nələr
oldu
Gülüm, unutduğun toyda?
Mənim son kəs
uduzduğum,
Səninsə udduğun
toyda...
Topladım baxışlarımı,
Görəydin alqışlarımı...
Dindirib göz yaşlarımı,
Elə qurutduğun
toyda...
Yeriydi, süzməyin
yeri,
Yol da qalmamışdı geri.
Bir az
da qol-qanad verib
Dərdi qudurtduğun
toyda...
İlk kəs
o gecə oynadım,
Almadım vecə, oynadım.
Biləydin necə
oynadım
Sən mənə
tutduğun toyda...
ALLAH BİLİR
Öz nurundan yaradıb,
Üzünü Allah bilir.
Necə cızıb
qaşını,
Gözünü Allah bilir.
Gülmüsən, çiçəkmisən,
Kimə, nəyə çəkmisən?
Hurimi, mələkmisən,
Düzünü Allah bilir.
Əsdir, üstündə
əsdir,
Sal da dalınca gəzdir.
Çəkilməsə verməzdi,
Nazını Allah bilir.
Dürr işi,
ləl işisən,
Gör nə gözəl işisən.
Allahın əl işisən,
Yazını Allah bilir.
Bilsən də, bilməsən də;
Belə sevilməz bəndə.
Necə gizlədir
səndə
Özünü Allah bilir...
YERİMİZ
OLMAYAN YERDƏ
Yaşamadıq heç
dərdimiz,
Sərimiz olmayan yerdə.
Olmadıq birimiz barı
Birimiz olmayan yerdə.
Qutluydu il-ildən
qutlu,
Sən umudlu, mən umudlu.
Olurmu ölümüz mutlu
Dirimiz olmayan yerdə?..
Doğmayıqmı, yadıqmı,
de,
Ya quruca adıqmı, de?
Aşikar olmadıqmı,
de
Sirrimiz ola ayan yerdə?
Bu da ki, yer, göy
işimiz,
Yerlə, göylə döyüşümüz.
Çıxaq gedək,
nə işimiz
Yerimiz olmayan yerdə?..
SAĞ-SALAMAT
GEDƏN KİM
Səndən belə
ayrılıb
Dağ, salamat gedən kim?
Boylan, ardınca
boylan,
Bax, salamat gedən kim?
Bas da bağrına söylə,
Dinsin ağrına, söylə.
Sənin uğruna
söylə
Haqq, salamat gedən kim?
Dönüb gedir gedənlər,
Sönüb gedir gedənlər.
Ölüb gedir gedənlər,
Sağ-salamat gedən
kim?..
GƏL
DƏRDİMİ TƏZƏLƏ
Gəl, keçibdi
gör neçə
İl dərdimi təzələ.
Tap dərdimlə
birtəhər
Dil dərdimi təzələ.
Gör günümü,
gör də gül,
Fələk kəsən şərtə
gül.
Gül, çəkdiyim
dərdə gül,
Gül, dərdimi təzələ.
Haqsızmı, ya, haqdı bil,
Hələ necə sağdı bil.
Korşaldığı vaxtı
bil,
Bil, dərdimi təzələ.
Nə mənə
dost-doğmadı,
Nə yada rast olmadı.
Köhnəldi, dost olmadı,
Gəl dərdimi
təzələ...
OLMAYACAQ
Olmayacaq tək xeyirdə,
Nəfdə qalan olmayacaq.
Dərd eləmə
dərdli canım,
Kefdə qalan olmayacaq.
Müsafirik Yer üzündə,
Gecəsində, gündüzündə.
Bu nizamda, bu düzümdə,
Səfdə qalan olmayacaq.
Ha uç, dağıl, təzədən
qurul,
Bulan, sonra arın, durul.
Nə görsən
aşiq ol, vurul,
Sev də, qalan olmayacaq...
Bu bəy, bu xan, paşa
canın
Görünməyib başacanı.
Qırılacaq şüşə
canı
Devdə qalan olmayacaq.
Çökəcək birdən
tikdiyin,
Sirdən, sehrdən tikdiyin.
Sənin şeirdən
tikdiyin
Evdə qalan olmayacaq...
NƏ UZAQ
İMİŞ...
Daldalar nə yaxınmnış,
Önlər nə uzaq imiş...
Qeybdən gələn
səslər,
Ünlər nə uzaq imiş...
Bir yol tapıb girsələr,
İman nədi
bilsələr...
Bu məscidlər,
kilsələr,
Dinlər nə uzaq imiş...
Tanrım, nədi
bu səflər;
Bu "qaydalar",
"tələblər"?
Sən olduğun
tərəflər,
Yönlər nə uzaq imiş...
Zirvəsi çən
istəyən,
Sərçəsi dən istəyən.
Mən uman, mən istəyən
Günlər nə uzaq imiş...
ƏLLƏRİN
QOYNUNDA QALAR
Ha boş ver, alma eyninə,
Bu dünya
eynində qalar.
Boyuna biçilər
dərdi,
Geyərsən, əynində qalar.
Yoldan daşın
ayazımaz,
Gözdən yaşın ayazımaz.
Bir gün başın ayazımaz,
Fələyin oynunda qalar.
Nədən dinməz
ağrın, sızın,
Düşünərsən uzun-uzun.
Sevib almadığın
qızın
Günahı boynunda qalar.
Qanunu var yazılmayan,
Ölümü var qaçılmayan.
Allahına açılmayan
Əllərin qoynunda qalar...
Kəmaləddin Qədim
Ədəbiyyat qəzeti.-
2017.-22 iyul.- S.27.