Amma... Ancaq...
Lakin...
Ədəbi qeydlər
V hissə
Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda
doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə
də qalır. Yarımçıq yazıdan
bir qəlpə kimi... Bəziləri hansısa bir
kitabı bitirdikdən
sonra başlayan sükut dolu dəqiqələrin diktəsiylə
yazılan yazılır.
Ya da bir
axşam Günəşin
qürubunu izlərkən
ürəyimə daman
məqamlardan süzülür.
Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu...
Bəzən ədəbiyyat, bəzən
cəmiyyət, bəzən
isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin stenoqramması...
Bir məşhur filosof var, soyadı Kontdur. Oqyüst Kont. Onun adı rastıma çıxanda professorumuzu
xatırlayıram. Kantla Kontu
səhv salırdı.
Kont elə məşhur filosof deyil. Ya da belə deyək,
Kant qədər məşhur
deyil. Bu məşhur olmayan Kont məşhur bir fikir deyib.
Bəşər tarixini üç
yerə bölürmüş.
Lap əvvəl din dövrüdür, bu dövrdə insanlara hər şeyi teoloji səbəblərlə
izah edirdilər.
Sonra fəlsəfə dövrü
gəlir, ya da metafizika. Və Kont öz yaşadığı dövrü
pozitivizim dövrü
adlandırır. Yəni elm dövrü.
İlk baxışdan çox sadə görünən bir bölgüdür.
Bəs indi necədir? Açıq danışsaq, sadə olduğu qədər kobud da bir
bölgüdür. Amma
həqiqət payı
da az
deyil. Bu gün
əslində insanlar bir çox şeyi elmlə izah etməyə çalışırlar. Di
gəl ki, ilk iki dövrün adamları da hələ yaşayır.
Bəlkə də cəmiyyətimizin
travmatik vəziyyətinin
bir izahı budur. Bir tərəfdə pozitivizm dövrünün
insanları, digər tərəfdə isə teologiyanın. Fakt da budur ki, biz cəmiyyətdə
dinin yerini düzgün müəyyən
edə bilmirik. Bir qism insanın
əlində hakimiyyət
olsa az
qala fizika dərsini də ləğv edərlər.
Ya da bu başıbəlalı
Təkamül nəzəriyyəsini.
Halbuki elmin fəaliyyət sahələrinə dinin müdaxiləsi yolverilməzdir. Çünki elm özü-özlüyündə mütləq həqiqətin
varlığını inkar
edir. Elmin gəldiyi nəticələr
birmənalı deyil.
Sabah bu gün həqiqət kimi qəbul edilən nəzəriyyə sabah Popperin dediyi kimi, fəaliyyət
sahəsi məhdudlaşdırıla,
əhatə dairəsi
kiçilə bilər.
Yeniyə olan inam elmi bu gün
hamıdan çox aktual edir. Din isə məlum olduğu kimi doqmalara əsaslanır. Və ən pisi elmdən
ideoloji məqsədlərlə
istifadə etməkdir.
Tarixdə din başqa
mənalarda istifadə
olunub. Misal üçün siyasət tərəfindən.
İndi isə elmi bu
oyuna salmaq istəyirlər. Halbuki
elmin Tanrını inkar ya da
təsdiq etmək kimi bir vəzifəsi
ola bilməz.
Elmi faktlar da bu məqsədlə
mənbə ola
bilməz. Tanrının varlığı elmi bir məsələ
deyil. Bunu heç bir
alim inkar edə bilmdəyi kimi təsdiq də edə bilmir.
Tutaq ki, elm dünyanın meydana gəlməsi ilə bağlı yeni nəzəriyyələr
yaradır. Amma o, tutaq ki, böyük partlayışın
Tanrının əmri
ilə olduğu barədə dinin irəli sürdüyü
tezisi nə inkar, nə də təsdiq edə bilir. Bu mənada din və
elmi yanaşı yazmaqdan vaz keçərək
hər birinə müxtəlif təfəkkür
sahəsi kimi baxmaq lazımdır.
Elm din, eləcə də ideologiya yolunda vasitəyə çevrildikcə hörmətdən
düşdüyü kimi,
dindarların da özlərini müdafiə
etmək, tezisləri əsaslandırmaq üçün
elmi faktlara istinad etmələri dinin özünə qarşı hörmətsizlikdir.
Biz bu sadə
həqiqəti qavramalıyıq.
Və əlbəttə
ki... Biz Kontun
dediyi kimi, elm dövründə yaşayırıq.
* * *
Fikrət Sadığın çoxdan
oxuduğum bir şeiri vardı. Təqribi məzmunu
belə idi ki, Bakıda deyirəm Şamaxıdanam,
Moskvada deyirəm Azərbaycandan. Xaricdə deyirəm
SSRİ-dənəm, bir
gün kosmosa çıxsam deyərəm
ki, mən Yer oğluyam. O gün televizorda bir professorun çıxışına qulaq
asanda az
qala 20 il əvvəl oxuduğum bu şeiri xatırladım.
Professor deyirdi ki, Yer kürəsini götürmüş etnik,
dini, ideoloji mübarizələri ləğv
etməyin bircə yolu var. Kosmosdan hansısa bir məxluqat bizə hücum eləsə, biz bizi bir-birimizdən ayıran bütün bu şeyləri kənara qoyub hamımız yerli (amma kiçik hərflə) , Yer planetinin sakini kimi düşmənlərə
qarşı birləşəcəyik.
Fikrət Sadıq bu şeiri
soyuq müharibə illərində yazmışdı.
Allah sənə rəhmət eləsin, Fikrət Sadıq...
* * *
"Bacım
ərə gedəndə
çox sevinirdim. Artıq çarpayıda
tək yatacaqdım və bütün otaq mənim olacaqdı. Geyim şkafına isə
istədiyim əşyamı
qoyacaqdım. Toy axşamı evə gəldim, çarpayıya
özümü atdım.
Bütün yorğan-döşəyi qucaqladım. Və səhər
keçirəcəyim hisslərdən
xəbərsiz şirin
yuxuya getdim.
Səhər duran kimi şkafın hər iki qapısını hikkə ilə açdım və bacımın qoxusu otağa dağıldı. O qoxu məni elə hönkürtdü, elə hönkürtdü… O qoxuda bacımı itirmək qorxusu, yalnızlıq və təklik var idi sanki. Qoxunun məni tərk edəcəyindən qorxurdum. Bacımın getdiyinə üzülürdüm, qınıyırdım tək məni qoydu deyə. O qoxu uşaqlığımızı və böyüdüyümü xatırlatdı mənə... O qoxunu dünyanın heç bir ətri, heç bir qoxusu əvəzləyə bilməz. Unutdura bilməz. Bilirsiz, bacımda hələ də o qoxu qalıb… Mən həmin gün doğmalığın nə olduğunu anladım".
(Mələk Heydərovanın "Bizdə qadın" kitabından)
Doğrudan da nəsrimiz kişilərin əllərindədir. Ol səbəbdən bu cür gözəl etirafları, bu cür dərin və təlatümlü, bir az da çocuqca olan hisslərlə çox nadir hallarda rastlaşırıq.
* * *
"Hər
operatorun özünün
rejissoru var. Hər operatorun rejissorlara öz münasibəti var.
Mənim çalışdığım
rejissorlar dünyalarını
dəyişib. Rasim Ocaqov, Tofiq Tağızadə,
Şamil Mahmudbəyov
və b. Təzə peyda olan rejissorlarla
mənimki tutmaz... Nə isə, baxarıq..."
Məşhur kinooperatorumuz Kənan Məmmədovun müsahibəsindəndir. Bəzən sənətkarın
yolunu dostları aparan Əzrayıl da kəsir.
Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.25.