Tənhalığını yazan yazıçı

 

"Nə çox yalan söylənilirdi yer üzündə: sözlə, yazıyla, ya da susaraq"-deyirdi Yusuf Atılqan...

Ara-sıra Nevzat Çorum imzasıyla yazmağı da vardı yazıçının. Hətta bu imzayla müsabiqələrdə də qalib olmuşdu. Hər iki imzada özünü göstərən Atılqana "İçində boğulduğumuz tənhalığı sillə kimi üzümüzə vuran yazıçı" da deyirlər...

Doğulduğu Manisada orta məktəbi bitirən Yusuf Balıkəsir liseyiniİstanbulda ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümünü bitirir. Ağşəhərdəki Maltəpə hərbi liseyində ədəbiyyat müəllimi işləyən Yusuf Atılqana universitetdə oxuduğu illərdə Kommunist Partiyasında fəaliyyət göstərdiyi iddiasıyla 10 ay həbs cəzası verilir. Həbsdən çıxdıqdan sonra o, Manisanın Hacırəhmanlı kəndinə dönürdoğulduğu kənddə evlənərək əkinçiliklə məşğul olur. Xeyli vaxt keçdikdən sonra o, İstanbula qayıdır. İstanbulda ikinci dəfə ailə qurur: aktrisa və müğənni Serpil Gence ilə xoşbəxt bir həyatı paylaşır...

 

Oxucu və yazıçı sevgisi

 

Bacarıqlı sənətçi Serpil Gence ilə Yusuf Atılqanı ədəbiyyat bir araya gətirir. İlk tanışlıqlarını belə nəql edir Serpil xanım: "O vaxt Ankarada yaşayırdım. On altı, on yeddi yaşlarındaydım. "Aylak adam"ı oxudumçox təsirləndim. Yəni belə bir hiss yaşadım: çox yaxından tanıdığım birinin yaşantılarını hiss etdim. Onun dünyagörüşü, dünyaya baxışı məni məftun etdi. Ədəbi anlamda da müdhiş heyranedici, inandırıcı, şeir kimi, dili son dərəcə təmiz... Bir sözlə, vuruldum ona. Dedim ki, mən bu adamı tapacağam. Korya topal olsa da, fərq etməz. Ondan sonraolar, nə olmaz, bilmirəm... "Aylak adam"da hiss edə bilərsiniz: bu adam həm çox xoş biridir, həm də xarakterinin qorxunc tərəfləri vardır. Ola bilsin, ona yaxınlaşa, sahib ola bilərsiniz, sonda sizə problem yaradar. Bəlkə belə deyildi. Sadəcə, bu cür düşünürdüm. onu axtarmağa başladım. Üç aya qədər Ankarada gəzdim onu. Tapmadım. Durdum gəldim İstanbula. Bir dostumun köməyilə nəşriyyatların birindən Manisanın kəndində yaşadığını öyrəndim. Məktub yazdım ona. Çox gəncdim, İstanbula gəlməyim belə problem idi. Manisaya gedə bilmədim. Həmin vaxtlar "Aylak adam" çox populyar olmuşdu, o da beş yüzə qədər məktub almışdı. Heç sevməzdi bu cür şeyləri: məktublara baxsın cavablar yazsın...  Yəni onun üçün bunlar maraqlı deyildi. Təkcə mənə cavab yazmağı istəyir. Bir ilədək məktublaşdıqdan sonra İstanbula gəldi görüşdük.  Tuneldə oldu ilk görüşümüz. Yusuf qarşıdakı keçiddə gözləyəcək mən tuneldən çıxacaqdım. Tunelə endim, gördüm dayanıb orda. Salam belə vermədik bir-birimizə. "Vyana" lokantasına qədər yanaşı addımladıq. Bir masada üz-üzə oturduq. Aradan bir az keçdi. İkimiz titrəyirdik. Bu cür başladı tanışlığımız... " Həmin vaxt Serpil Gencenin onun on yeddi, Yusuf Atılqanın isə otuz doqquz yaşı olur. İlk görüşlərində solçu olmasından danışır yazıçı. Münasibətləri uzun zaman davam edir. çox gec evlənirlər. Evləndikləri zaman Serpil Gencenin otuz iki yaşı olur.

"Para yox, pul yox. Mənim pulum yox idi. Məmləkətdə bir tarlası vardı Yusufun. Şərikinin işləyib pul yolladığı kiçik bir tarla. Vəssalam. Heç vaxt pul hesabı aparmazdı. O azacıq pullarla istədiyimizi edər, iki gündə bitirərdik. Sənət adamıydı, təbii. Hər şeyi görürdü. Kimsənin fərqinə varmadığı şeyləri o, havada tuturdu. Ən çox fikir verdiyi yaxşı yemək idi. Heç kimə yuxarıdan aşağı baxmazdı. Yaş fərqi bir yandan, həbsdə yatıb-çıxması o biri yandan... Əlbəttə, ikimiz üçün çətin idi." Onlara bu evlilik oğulları Mehmeti bəxş edir. Sənətin yerinə qoyacağı tək şeyin sevgi ola biləcəyini deyən Serpil Gence bütün sevgisini Yusufa Mehmetə həsr edir. Maddi çətinliklə üzləşdikləri vaxtlarda bütün türk qadınları kimi əllərinin zəhmətinə güvənir. Qadın ərini daha yaxşı tanıyır, deyirlər. Serpil Gence Yusuf Atılqanı yazıçı ər kimi belə xarakterizə edir: "Aktrisalığın acısını çox çəkdim. Sənətimdən ayrıldığım dövr çox sancılı keçdi. Əgər sənətimdən ayrılmasaydım, başqa cür yaşayacaqdım. Bunun qarşılığı sevməmək, sevilməmək olacaqdı. Heç geriyə baxmadan Yusufla evləndim. Bütün həyatım boyu Yusuf Mehmet həmişə ön planda oldu. Yusuf, söz-söhbətdən, qalmaqaldan uzaq bir adam idi. Ağır təbiətliydi. Onu seçdiyimə heç vaxt peşman olmadım." Pulsuz-parasız qaldığı vaxtlarda futbol yazarı olmaq istəyir. Dostları onu qınayır: "Olarmı heç? Qosqoca Yusuf Atılqan..." Serpil xanım bu haqda danışarkən  təəssüflənir: "Halbuki məncə, yepyeni bir ovqat gətirə bilərdi idman yazılarına."

Yazıçı, ədəbi söhbətlərdən qaçırmış həmişə. Yazdıqları insanı pessimist ovqata kökləsə , özü son dərəcə pozitiv, həyatı sevən, ailəsinə bağlı bir insan idi. Film izləməyi çox sevir bunun üçün pul xərcləməyə əsla xəsislik etmirdi. Amma kinonu qədər çox sevsə , həyatın özü ilə, gerçəkliklərlə daha çox maraqlanırdı.

 

Gerçək sevgini aramaq...

 

Yusuf Atılqanı hər kəs kənd yazıçısı kimi tanıyır. onun haqqında danışarkən ən çox vurğulanan budur.  Əsasən tənhalıq mövzusunda uğurlu əsərlər yaratmış yazıçının adı modern türk ədəbiyyatının öndə gələn usta yazıçıları sırasında çəkilir. "Aylak adam"la "Anayurt otelində" əsərləri tənhalıq mövzusunun psixoloji dərinlikləri önə çıxarmasıyla diqqət çəkir.

Dörd hissədən ibarət "Aylak adam" romanı C.-nın yaşantılarından bəhs edir. Atasından qalan əmlaklardan aldığı kirayə pulları ilə heç yerdə işləmədən keçinən C., gününü kitab oxuyaraq, barlara, restoranlara gedərək, kinoya baxaraq, sənət camiəsindən olan dostlarıyla söhbət edərək dayanmadan düşünərək keçirir. C., nonkonformist, iki adamdan ibarət cəmiyyətin ən yaxşısının olduğunu düşünən ruhsuz, bədbəxt "aylak" (sərsəri) bir adamdır. Bir ildə C. iki eşq macərası yaşayır. Birincidə universitet tələbəsi bəzək-düzəksiz, sadə Gülərdə axtardığını tapmayan C., yay aylarında getdiyi pansionda rastlaşdığı əvvəlki sevgilisi rəssam şəxsiyyətli Ayşə ilə maraqlı bir məhəbbət macərası yaşayır. Roman vasitəsilə yazıçının demək istədikləri budur: "...Mən toplumdakı dəyərlərin saxtalığını, insanların ikiüzlülüyünü, gülünc olduğunu görəndən bəri gülünc olmayan tək dəyəri arayıram-gerçək sevgini! Bir qadın... Bir-birimizə bəs edəcəyimiz, mənimlə bərabər olmağı düşünən, məni duyan sevən bir qadın!"

 

"Anayurt oteli"

 

Yazıçının ikinci romanıdı. "Aylak adam" romanında olduğu kimi, bu roman da tək xarakter üzərində qurulub. "Aylak adam"dakı C.-nin yerini burada otelin katibi olan Zebercet tutur. Azadlığının sərhədini otel otağı ilə məhdudlaşdıran  Zebercetin xarici aləm insanlarla əlaqəsi yox dərəcəsindədi. Oteldə Zebercet onun otağında yır-yığış edən qadından başqa kimsə yoxdu. Roman, Ankara qatarıyla gələn bir qadının oteldə bir gecə qalıb ertəsi gün yenə gələcəyini söyləyib getməsiylə başlayır. Çünki bu ziyarət Zebercetin dünyasındakı gerçək bir sevgini yaşaya biləcəyi bir qadına sahib olma istəyini oyadır. Zebercet artıq özünü bu qadının geri gələcəyi ana hazırlayır. Bığını qırxır, özünə təzə paltarlar alır. Bu, onun xarici aləmə açıldığı, tənhalıqla baş-başa qaldığı anlardır. Bu dönəmlərdə Zebercet məruz qaldığı basqılara tab gətirməyərək ruhi sağlamlığını itirməyə başlayır...

 

"Anayurt oteli" romanı əsasında Ömər Kavur tərəfindən eyni adlı film çəkilib.

 

*  *  *

 

Müəllim işlədiyi vaxtlarda ədəbiyyat çevrələriylə əlaqə yaradan yazıçının öyküləri, romanları tez-tez müsabiqələrdə qalib olur. Ədəbi fəaliyyəti əksər yazıçılar kimi onun da yolunu mətbu nəşrlərdən salır. O, Milliyyət (sonra Karacan) nəşriyyatlarında tərcüməçi, sonra "Can Yayınları"nda redaktor işləyir.          

 

Yarımçıq qalan "Canistan"

 

1989-cu il oktyabrın 8-dən 9-na keçən gecə narahat olur Yusuf Atılqan. Serpil xanımı sabaha yaxın oyadır: "Mən pisəm deyəsən." Serpil xanım ambulans çağırdığında artıq çox gec idi...

O, üzərində çalışdığı "Canistan" adlı romanını tamamlamadan 68 yaşında ürək tutmasından vəfat edir. İstanbul Üsküdardakı Bülbüldərəsi məzarlığında torpağa tapşırılan yazıçının xatirəsini əbədiləşdirmək məqsədilə Hacırəhmanlı Bələdiyyəsi "Yusuf Atılqan Xalq Kitablığı"nı yaradır. Burada yazıçının əsərləri, müsahibələri və onun haqqında yazılan məqalələr toplanır.

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.19.