Aleksey Filimonov
Bu gün şeirlərini
"Ədəbiyyat qəzeti"nin sayğıdəyər
oxucularına təqdim etmək istədiyim Aleksey Filimonovla bir
neçə il bundan qabaq Moskvada böyük rus şairi Yuri Kuznetsova həsr olunmuş
konfransda tanış olmuşduq. Aleksey
Moskvada doğulsa və
orada təhsil almış olsa
da, uzun müddətdir
Peterburqda yaşayıb yaradır. Böyük bir
imperiyanın zamaniçi yolçuluqda
hər zaman rəqabətdə olan Moskva və Peterburq ədəbi mühitləri arasında
barışılması mümkün olmayan böyük bir rəqabət mövcuddur,
o bunu bəyənməz,
bu onu. Bu, bəlkə birində
paytaxtlığı əlindən
alınmışlığın qisaskar
hüznündən, o birində isə
yenidən paytaxt olmanın qürurundan
irəli gələn bir rəqabətdir və
bu şəhərlərin sadəcə
daşları, divarları, tarixi önəmləri
deyil, hətta yaradıcı insanları da barışmaz rəqabət
halındadırlar. Bəllidir ki,
Peterburq hardasa, bir başqa deyişlə Pyotrun hökmü və
iradəsi ilə Avropanın uzun əsrlər
boyu əldə etdiyi
istər elmi, istərsə də memari baxımdan yeni nəyi
varsa, bir coğrafi məkanda və açıq səma
altında toplanmasıdır. Hər binası,
küçə və döngəsi tarix
qoxuyan, Avropanı anımsadan unikal bir şəhərdir
Peterburq! İstər-istəməz bu unikallığı da onda yaşayan, ömür sürənlərin qanına,
canına hopmuş və ona
başqa bir özəllik
yükləmişdir. Puşkinin, Qoqolun, Dostoyevskinin, Turgenev və daha neçə-neçə
dahinin qəhramanlarının
yaşadığı, ömür sürdüyü bir məkandır
Peterburq. Peterburqu
adlarını çəkdiyim sənətkarların ölümsüz əsərlərinin səhifələri
kimi də oxumaq mümkündür. Bəlkə
buna görədir ki, Peterburq yazarları ədəbi üslub və xarakterik
özəllikləri baxımından da Moskva ədəbi mühiti
təmsilçilərinə sanki
yuxarıdan-aşağı baxırlar. İşin
ilginc yanı budur ki, bir azdan
şeirlərini oxumağa başlayacağınız
Aleksey Filimonovun
şeirlərində sanki bu
iki mühitin
özəllikləri bir axarda,
ya da bir
məcrada birləşir.
Alekseyin şairə yaraşmayan bir təvazökarlığı
vardı, hətta bu təvazökarlığı
ilk tanışlığımızda hardasa onun şairliyinə
məndə şübhə də oyandırmışdı. Amma yaxından tanış olduqca
onun necə mükəmməl və dərin
ədəbi biliyə sahib olduğunu
kəşf edəcəkdim. Xüsusilə dünya
elmi fikri fonunda Nabokovun fəlsəfi
görüşləri ilə bağlı xoruz
səsi eşitməmiş ciddi fikirləri məndən hardasa yarım əsr cavan
olan bu şairə
sayğı oyandıracaqdı. Aleksey özü özü
haqqında zarafatla dediyi
kimi, Dantedən
700 il sonra 1965-ci ildə Moskvada doğulmuşdur. Moskva
Dövlət Universitetinin jurnalistika
fakültəsini və M.Qorki adına
Ədəbiyyat İnstitutunun Ali ədəbiyyat kurslarını bitirmişdir. Nabokovun həyatı və əsərlərinə həsr olunmuş elmi işini M.Qorki adına
Ədəbiyyat İnstitutunda müdafiə
edərək alimlik dərəcəsi
almışdır. Şair,
yazıçı, tənqidçidir. Əsərləri
Rusiyanın ən öndə gələn jurnal
və qəzetlərində dərc olunur.
Boris Kornilov Ümumrusiya mükafatı laureatıdır.
(2007).
Peterburq şəhərinin təkrarsız
memarlığı, şəhəri sarıb-sarmalayan
sayısız kanallar və aradan uzun əsrlər
keçməsinə baxmayaraq, onun aurasını tərk etməyən Pyotrun ruhu A.Flimonovun
şeirlərinin bəsit qaynağıdır. Peterburqun
memarisi nə qədər orijinal
və təkrarsızdırsa, eyni dərəcə
də bu özəlliklər Filimonovun şeirlərinə də belə bir zəmin oluşdurur.
M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru C.B.Cimbinov demişkən "A.Filimonovun
şeirlərini oxuyarkən Sovet
şeirində nəyin
çatışmadığını indi-indi
başa düşürsən.
Parlaqlığına, çoxyönlüyünə baxmayaraq, Sovet dönəmi
şeirində bu dünyaya
hərdən işıq salan o biri dünyanın hissi çatışmırdı. Və bu hissi yalnız həqiqi
şairlər öz oxucusuna
çatdıra bilər".
Cimbinovun bu fikirləri
ilə razılaşmamaq mümkün deyil.
YAŞIL
BÜRÜNC
Ağacların bürünc yaşıllıqları,
Baxarsan, mis xaçlar, misdən bir şəhər.
Rütubət - davamlı iksirdi
burda
Doldurar boşluğu
dibinə qədər.
Yığar meyxanaçı - sorumsuz
adam
Sarı yarpaqları durğun hovuzdan.
Yaxında əvəzsiz dəfinə
kimi
Budaqlar çatıldar şaxtalı
buzdan
Uzaqdan uzanan mis biləklərin
Əyri bükümləri aşınmış
pasdan.
Əlləri əbədi yellənən
atlı
Qaranlıq içindən çıxar
bir azdan
ŞAHİD
Gün yenə gələcək gəldiyi yerdən
XIX əsr sisə bürünər.
Zınqırov səsiylə kareta
hərdən
Bir adam gətirər vədə yerinə.
Qara çay
Oyanan içmək arzusu
Billur qədəhlərin
dibi göz yaşı.
Hələ başlanmamış şeirin ağrısı
Olar, ya olmazın çaşqın təlaşı
Zamanı
yetmədi göy
misrasını
Yazmağa qışların yer sahilinə.
Və
Neva
Şairlər rusun
yasını
Vaxtsız ölümlərlə uzadar yenə.
Nə
kitab; nə həyat, nə şərab dadı
Önləyə bilmədi şair
yasını..
XX əsrin fərqi başqadır
Doldurar
pas atmış tapançasını
PYOTR
1998-ci il iyulun
7-də Fontanka üzərində
xəyalət gördüm
Dumanda Pyotrun gördüm üzünü:
Odur idealım
bulud atında.
Anidən
yağışa vurub
özünü
Mənə qoşmadaydı yel
qanadında.
Şəhər də, körpü
də çıxmışdı yoxa
Bu oydu bir şeylər deyirdi yenə.
Uzadıb
əlini bir qılıc kimi
Alovlar püskürən
çay üzərinə.
- Kim sizi çağırdı
mənim yurduma?
Səsindən diksinər ruhu həyatın.
Qanadlı qılıncla deşilir
yenə
Sağrısı alovlar içində atın.
TƏPƏLƏR
Ətrafa
baxırsan hər yan təpədi,
Bir də ki dünyanın yaşıdı torpaq.
Yamaclar ağlını itirib nədi
Bülbül nəğməsindən çınlayır
qulaq.
Baxma mürğülüdür, nəmlidir,
amma
Allahı düşünür burdakı
hər daş.
Göy meşə, geniş yol, masmavi səma
Haçansa Tanrıdan enibidi bir baş.
* * *
Bizimki deyilmiş bəlkə də Puşkin
Doğruymuş yüz illik söyləntilər də.
Onun son anını görməmiş
heç kim,
Sirlər
içindədir yatdığı yer də
Başını yelləyib baxır
uzaqdan
Söyləyir dəlisov misralarını.
Talemi ayıran çağları
çağdan
Çay
da ləngitmədə
öz axarını.
Qürubun əlçatmaz maviliyində
Bir ucdan paylayır mövzularını.
Nevanın ulduza döndüyü gündə
Qatır
dalğalara söz qatarını
.
HƏDƏF
O qızıl zənciri heç düşünmədən
Dəyişdi peyğəbər kəhanətinə.
Tarixi kökləri dərinə
gedən
Tac üstə xaç nuru parladı yenə.
Şimal
paytaxtında sanki
haçansa
Vaxtsız öldürüldü.Amma yuxudur.
Yerüstü həyatı.Qalmadı şansa
Zaman onu deyir, onu oxudur.
* * *
Ulduzlar qırmızı polada döndü
Tarix öncəsində
uzaq Misirdə.
Tanrı
sonsuz dedi, sonsuzluq öndü
Cavabı arxaymış
Nə var bu sirdə?!
Qurumuş budağı sındırır
külək
Uzaq mavilikdə
bərkiyir polad.
Ulduz pramidlər bir gün sönəcək
Elektrostal qalarmı
hər şeyə
inad?
Orda, uzaqlarda doğma şəhərim
Paytaxt Moskvadan
bir azca uzaq.
Allahın altında rahatdı
yeri
Canımda bir ayrı qorxu var ancaq
* * *
Bir anda ruhunla
Toqquşacaqsan.
Kölgələr fikirdi
Əslinə baxsan.
Gələn misraların
Dilini bilsən;
Bəlkə bir xəyalsan
Tanrı deyilsən.
Rəsmimi Vattonun
Bu sakit geçə
Süzülüb getmədə
Səssiz, gizlicə.
Dışarda dalğa
Açılmamış sirr
Təsadüf əsəri
Bahar gətirir.
Mavigözlü xəbər
Şimal Palmiri.
Ruhların nəğməsi
Tutmuş efiri.
DUZLU ŞƏHƏR
I
Palçığa qarışmış duz
Parlıyar qarlı gildə.
Nəyə baxsan ümidsiz
Fəvvarəli sahildə
Çıxar Puşkin məbəddən
Qəlbinə dammış nəsə.
Bir qəfil fəlakətdən
Gedir, gedər-gəlməzə.
II
Qoqol şən cəmiyyətdə
Paylar
"Ölü canlar"ı...
Yüz-yüz evdə, həyətdə
Zülmət həyəcanları.
Quyuya kölgə düşər
-
Duru suyu bulanar.
Göy günəşlə görüşər,
Ay zülmətdən boylanar..
III
Hasarlar dalında Pyotrun evi,
Çar orda yatmağı, durmağı sevir.
Nə bir tərəddüd var, nə bir
çək-çevir
Məni
yazın deyir hər düşən yarpaq,
-Bu yeni əmrdir!Sonsuzu
burax,
Sükut pozulmağa tələsmir
ancaq.
* * *
Moskva, Kremlə axar,
Neva Peterburqa.
Moskva, hər şeyi diktə edər,
Piter - əlacsız baxar
Özgür və sadədir
o,
Öz-özünü yenmiş.
Salxaq bir körpü salmış
Ulduzlara dirənmiş.
Moskva belə ağır,
Yuxusuz mütəmadi.
Piterin qanadını
Qaranlıq örtəmədi.
* * *
Peterburq
köksünü açar
səhərə
Pyotru andırmada
uca qüllələr.
Onun ilhamından doğan şəhərə
Şərqilər söylərəm səhərə
qədər.
Ya bir dənizçidir,ya
da bir oğru,
Və ya bir döyüşçü
ya da bir
tüccar.
Evsizlər, şöferlər, işsizlər
xoru
Sahibkar,ya həkim, kim istəsən var.
Padişah,yanında yaxın çevrəsi,
Özgə yox, oğlunu öldürən çevrə.
Üfüqdə alışır Bizans
cöhrəsi
Altın
çağ dövrəsi,
bir ayrı dövrə..
İNCƏ MƏLƏK
Xalatını soyunub
Xəyala dönür mələk.
Unudulmaq
simvolu,
Göydən atdığı lələk.
Xəbəri yox, xəbərçinin
Varmı günahı bunda.
İnsanlar qoşdurmada
Zaman uçurumunda.
Pyotröncəsi payız
Hava da öz yerində:
Xəfifcə buxarlanır
Nevanın üzərində.
Piltələr arasında
Əks olunar bir anlıq.
Unutqanlıq pərdəsi
Gah işıq,gah qaranlıq
* * *
Pesteldə yaşayırdım bənövşəyi
bir ildə
Qırımızı olmalıydı Allahın gələn ili.
Üç əsrlik yaşını
qeyd etmədə Peterburq
Və onu oxşamada Neva - əski sevgili
Göydə həqiqəti gizləyən
bulud
Çiskinli yağışa hamilə
sükut
Kimin ağlına gəlib şəhərin
ilk planı
Kim salıb,kim ucaldıb
o yolu, bu binanı
Siz hələ
bilməzsiniz.
Göydən dolu yağmada,yerdə cəhənnəm
anı
Hər şey özünə
dalmış, diş-dişə
toxunmada
Və yalanı qovaraq
Bizi inandırmağa çalışırlar
hər dəfə:
Bu bir uzaq karmadan
gələn ağır
taledi!
Ağır taleyə bir bax!
Qanadlan
Sankt-Peterburq!
Səni
xilas edəməz nə Mələk,
Nə də üç-beş qəhrəman.
Nə qəhrəman
tapılar, nə onun cangüdəni.
Nə də sakit bir
məkan,
Yolun sonunda yeni
Yaşamı müşkül zaman
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.15.