Qara güzgü
Dünən
səhər oxumağa başladığım "Qara
güzgü" romanını günortadan bir az
keçmiş bitirdim.
Məmməd Orucun 2 il əvvəl tamamlayıb bu il çap etdirdiyi romanı məndə çox dərin bir təəssürat yaratdı.
Həqiqi ədəbiyyatın ən mühüm cəhətlərindən biri də onun fərqli faktura, mövzu tələb etməsidi.
Məmməd Oruc bu mənada unikal yazıçıdır.
Roman XX əsrin əvvəllərindən, 1918-1920-ci illərdən Vedidə ermənilərə qarşı mübarizədən bəhs edir.
Başqa sözlə desək, nəinki ədəbiyyatımız, hətta tarixçiliyimiz üçün xam mövzudan.
Romanda Abbasqulu
bəy Şadlinskinin də obrazı var.
Bəs niyə
"Qara güzgü"?
Çox sevdiyim ingilis serialı var, adı da elə
"Qara güzgü"dür. (Black mirror)
"Qara güzgü"
antiutopik serialdır, bizi necə qorxulu bir gələcək
gözlədiyi haqqında
hekayələrdən bəhs
edir.
Bəs "Qara
güzgü" romanında
güzgü nədir?
Romanda Məmməd
bəy çox maraqlı bir simvol tapıb.
Roman boyu heç
cür minilə bilməyən ayğırdan,
Qaragözdən bəhs
edir.
Romanın qəhrəmanı Kazım
Qaragözün gözündə
özünü görür.
Qaragözə tamaşa edir güzgü kimi.
Romanda itkin düşüb Kazımın
əmisinin himayəsində yaşayan erməni qızı da qab-qacaq yuyarkən
sudakı əksinə
baxır.
(Qızın adı Nazdardı, amma Nazlı çağırırlar)
Romanın çox incə qatlarında gizlənən
sevgi hekayələri
var.
Süjeti danışmaq istəməzdim.
Mən bu qara güzgü məsələsi haqda qeydlərimi etmək istəyirəm.
Romanboyu bir tərəfdən Vedidə ermənilərlə
qızğın döyüşlər
gedir, digər tərəfdə isə Qaragözə minmək uğrunda mübarizə.
Qaragöz dayça vaxtından nəvazişə, kişmişə,
insana öyrənib.
Lakin indi onu minmək mümkün deyil.
Hətta Kazımın əmisi onu arabaya da
qoşmaq istəyir. Atın əhliləşməmək
istəyi nədən
xəbər verir?
Bununla yazıçı
nə demək istəyir?
Bəlkə insan da heç
zaman əhliləşmir? Daim qana
susayır, özünün
qədim zamanlarda təbiətdə etdiyi kimi, barbar qalmaq
istəyir? Bəlkə
düşmən heç
də gəlib dost olmaq istəmir?
Oxuyan adamlara qibtə ilə baxan, oxumuş əmioğlusu ilə yaxın dost olan, dünyada hər kəsdən çox sevdiyi qardaşı İsmayılı
savadlı olmağına
çox sevinən Kazım da Qaragözü
minmək arzusundan vaz keçmir.
Məmməd Oruc romanda aydın
konfliktlər qoymur, düşmən daşnaklar
uzaqdadır, onlar romanda iştirak etmir.
Düşmənə qarşı birləşən
vedililər isə Abbasqulu bəy ətrafında birləşirlər,
hətta qan davaları belə yaddan çıxır.
Bəs konflikt nədədir?
Qara güzgüdə?
İnsanlar qara güzgüyə baxıb özlərini rəzil görür və rəzil olduqlarını həyatda
sübut etmək istəyirlər?
Qaragözün anası ermənilərlə döyüşdə aldığı güllə yarasından ölüb.
Elə Qaragöz də ermənilərin top atəşi nəticəsində dünyasını dəyişir.
Bəlkə elə qara güzgü budur.
Atlar doğulur, düşmənlər atları öldürürlər, sonra bu proses yenə təkrarlanır.
Analar güllədən ölür,
uşaqlar da...
Yüz il keçsə
də, yenə güllələr atılır,
top atəşləri, raketlər
insanları öldürür.
Elə bu ay ölən Zəhra kimi.
O qara güzgüdən xalqımızın yüz
illik əzabları görünür, amansız
düşmən, erkən
yaşda qırılan
həyatlar, qaçqınlıq,
qan, ölüm, göz yaşı!
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.19.