Sabir dindarlığı

 

Mirzə Ələkbər Sabir haqqında indiyədək səslənmiş bütün yüksək dəyərləndirmələrə canı-dildən yanaşaraq bunlara bir özümlü qiyməti də əlavə edərdim.

Məndən ötrü bu böyük sözfikir sahibi eyni zamanda bir din islahatçısıdır. Sabirə sevgi aşılayan sovet araşdırmaçıları onu din əleyhdarı kimi təqdim etmişlər.

Molla, axund, zahid, minbər, oruc, namaz, müsəlman, sünni, şiə, məzhəb, şəriət, çoxarvadlılıq, hicabs. və i. sözlərin Sabir şerində tənqidə tutulan zümrələrə aidiyyatı olduğundan onu din düşməni kimi təbliğ etmək sovet rejimi üçün asan və sərfəli idi. «Hophopnamə»nin daha ciddi araşdırılması isə ortalığa maraqlı faktlar qoyur ki, bunlar Sabironun zamanı timsalında təktanrılıq-bütpərəstlik ziddiyyətlərinin, başqa sözlə, gerçək din dəyərlərinin toplumda təsdiqi uğrundadin bütpərəstliyinin, din saxtakarlığının, mövhumatçılığın, cəhalətin əleyhinə bədii söz səviyyəsində aparılan mücadilənin cizgilərini gözəl bir şəkildə üzə çıxarır. Ondan başlayım ki, Sabir dindar şəxsiyyətdir. Keçirdiyi xəstəlikdən dolayı ağrılarının şiddətləndiyi anlarında dostlarından birinə məktub yazmış. Məktubdan bir parça vəfatından sonra – 1912-ci ildə çapdan çıxmış «Hophopnamə»nin titul səhifəsində dərc edilmiş. Halından şikayətlənir, çəkdiyi fiziki əzablardan birdəfəlik can qurtarmaq üçün özünü zəhərləyib intihar etmək dərəcəsinə gəldiyini yazır. Sonra: «Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, buna razı olamıyoram» - deyir. Sabir özüylə Tanrı arasında qalan dindarlığını keçirdiyi psixoloji hala sadəcə bir ştirx olaraq xatırladır məhrəm bildiyi dostuna. Onun yaradıcılığı ilə məhrəmanə ünsiyyət bağlayan oxucu da yəqin edər ki, bu, son dərəcə səmimi bir dindarlıq. Mövhumatçılığa, mərasimçiliyə yad, millətin tərəqqisi yolunda din islahatçılığına və azadfikirliliyə impulslar verən Tanrı qaynaqlı bir dindarlıq. Saxtalaşdırılmış din dəyərlərilə mübarizədə ilhamını müqəddəs Oxudan alır Sabir. Şairin bir çox poetik nidaları camaata təlqin edir ki, din xadimlərinin ənənəvi moizələrinə uymaqdansa müqəddəs Kitabımıza üz tutmaq daha yaxşı. «Ay can!» adlı bir şeri var. Burada müsəlman qadınların örtünməsi, hicaba dair ziyalılarla din fanatları arasında o zaman getmiş qızğın müzakirələrə işarə olaraq bildirilir ki, nəhayət, müftinin bəyanına görə, demə Quran «kəşfi-vücuhi-nisvan»ı – qadınların üzü açıq gəzməsini hökm edirmiş. Müqəddəs Oxunun gözəl bilicisi Sabir üçün bu, yenilik deyil. Fəqət, bu həqiqətin cəhalət mühitində müftinin öz dilindən car çəkilməsi şairə əlavə bir dəstək kimi gərəklidir. Gərəklidir ki, avam dindarlara səslənərək ötən zamanların bütpərəst və köləlik əlavələrilə yüklənmiş din dəyərlərini məhz ilahi mətnin işığında bir daha sərf-nəzər eləməyi məsləhət bilsin: Şimdi yahu bu tühaf işlərə vicdandeyir? Əql nə hökm ediyor, ya buna irfandeyir? Hərə Qurana verir istədiyi mənanı, , oxu, bunlara gör həzrəti-Quran nə deyir? Təbii ki, müqəddəs Oxudan uzaq olanlardır dinimizi saxtalaşdıranlar, Sabir deyimilə, təzvir edənlər.

Və məhz belələridir ziyalıları təkfir edən, yəni küfrdə suçlayanlar. Bunların rahatsızlığına səbəb gerçək mənada dinsizlik deyil, paxırların açılması əndişəsidir ki, Sabir də belə yazır: El cümlə dönüb olsa da kafir işin olmaz, Təzvirini kim ki duya təkfir eləyirsən. Din bilikləri elmi əsaslara, müqəddəs Oxu təməllərinə söykəndiyindən verdiyi din mücadiləsində də xeyli güclüdür, məntiqlidir Sabir. Və buna görə də onun poeziya dililə haqq-hesaba çəkdiyi «şirki-xəfi», yəni gizli bütpərəstlik daşıyıcısı molla, vaiz, axundbaşqa din titulları olduqca zavallı bir duruma düşmüş kimi dəyir gözlərimizə: Tərk eylə riyani ki, riya şirki-xəfidir, İşbu sözü kəndin belə təqrir eləyirsən! Mən məkrini hiss etməyə meyl etmədim əsla, Kəndin dili-həssasimə təsir eləyirsən! Bizdən gözünü yığ ki, sənə aldanan olmaz, Get onları tovla ki, təzvir eləyirsən! Bu sətirlərdə, eləcə də «Aldanmaram ki, doğrudur ayinin, ey əmu», «Zahidlərə» və s. şerlərdə tamamilə ciddi bir şəkildə şair öz və özükimilər adından səslənir din qiyafəli saxtakarlara. Bir sıra başqa şerlərində – «Bərəkallah», «Ay haray», «Mən bilməz idim bəxtdə bu nikbət olurmuş», «Övradımız, əzkarımız əfsaneyi-zəndir» və s.-də isə dialoqa çəkilən nadanlıq böyükləri özləri özlərini ifşa edirlər. Bunlara tribuna verməklə gözəl bir fənd (araşdırmaçılar bunu poeziyamızda forma baxımından novatorluq kimi səciyyələndirir) işlədir Sabir. Cəhalətin sosial bazasını dağıtmaq işini buraxır cahillərin öz öhdəsinə. Və danışdıra-danışdıra bunların tökdükləri sözlərdən şair saxta din görüntülərinin ekzotik təsvirlərini yaradır. Sabirin islahatçılığı dinimizi öz mahiyyətinə qaytarmaq uğrundadır. Mahiyyətə, təktanrılığa qayıdışın yolları ilk növbədə elm və maarifdən keçir. Söhbət təkcə ənənəvi qaydada din biliklərinin toplum tərəfindən mənimsənilməsindən getmir.

Dində islahatçılıq məsələsinə dünyəvi dediyimiz elmlərin təsir imkanları böyükdkr. Və o mənada böyükdür ki, bir çox ilahi hikmətlərin, eləcə də müqəddəs Oxu həqiqətlərinin doğru-dürüst açıqlanması vacib elmi səviyyə tələb edir. buna görə də Sabir 1907-ci ildə yazdığı «Zaman nə istəyir?» məqaləsində «Məktəb, yenə məktəb!» deyə car çəkirdi öz mühitinə. Özüdin əleyhdarı qiyafəsində bir maarifçi deyil, məhz din təəssübkeşi olan bir maarifçi kimi: «Hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbi-islamiyyə açmalı; islamın o məsum balalarının saf qəlblərini islamiyyət nurilə tənvir etdikdən (nurlandırdıqdan) sonra əcnəbi dillərini də nə qədər oxunur-oxunsun, oxutmalı; övladi vətəni tərəqqiyə, mədəniyyətə isal etdirməli (çatdırmalı), islamiyyət ilə tərəqqiyə isal etməli; əcnəbi tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz; islam özü tərəqqi etməli, bununçün də çalışmalı!». İslamın tərəqqisi naminə (Sabirin nəzərdə tutduğu islam bütpərəstlik əlavəlrinin qarışdığı islamdır, müqəddəs Oxu islamı deyil!) o, ilk növbədə «qavaidi-diniyyənin», yəni din qaydalarının məhz ana dilində tədrisi və mənimsənilməsi fikrini önə çəkir. Şübhəsiz, Sabirin vurğulamaq istədiyi budur ki, din ayinlərində, gündəlik ibadətlərdə işlənən dil milli dil olmalıdır. Şerlərinin birində dindarlar üçün mənası anlaşılmayan sözlərin dilə gətirilməsini Tanrıya ibadət işində haqlı olaraq nöqsan sayır:

  dilini, yum gözünü, zahida, Vird oxu, heç anlama mənasını! Baxma bir ibrətlə bütün aləmə, Görmə həqqin nuri-təcəllasını!.

Sabirin arzusunda olduğu din tərəqqisi yolunda əngəllərdən biri təriqətçilik məsələsidir ki, o zaman da var idi, indivar. Əsrin əvvəllərində Azərbaycanın ziyalı qüvvələri məzhəblərin aradan qaldırılması, vahid İslam əqidəsinin şüurlara hakim kəsilməsi yolunda xeyli əmək sərf edirdilər. Rus imperiyasının himayədarlığı ilə ayrı-ayrılıqda yaradılmış sünni və şiə din təsisatlarını «islam idareyi-ruhaniyyəsi» adı altında birləşdirmək üçün yığıncaqlar keçirir, müzakirələr aparırdılar. Milli bütövlüyün dərki naminə din birliyinə çağıranların cərgəsindən Sabirin də səsi ucalırdı. Din dəyərlərinə toxunduğu yazıların əksəriyyətində məzhəbçilik fəsadlarını cahillərin dilindən ustalıqla bəyan edir Sabir.

 

- İttihad əmrinə dair danışırsızmı barı?

- Danışır bir paramız leyk boğazdan yuxarı!

- Sünni-şiə təəssübləri ləğv oldumu ya?

- Nə dedin? Küfr danışdın, cıraram ağzını ha!..

 

Bu, təhsilli növcavanla ixtiyar kişinin dialoqudur. Cahil qocanı özündən çıxaran məzhəbçiliyin ləğvinə dair verilən sualdır. Və məzhəbçilik tərəfdarlarının ziyalılar əleyhinə etdiyi həyasızlıqlara o zaman dil verən səbəblərdən biri, şübhəsiz ki, məzhəbçiliyin imperiya himayədarlığında olması idi.

Sabir özünü Quran dindarı sayır: Əşhədü billahi -əliyyül əzim, Sahibi imanəm, a şirvanlılar! Yox yeni bir dinə yəqinim mənim, Köhnə müsəlmanam, a şirvanlılar! Şiəyəm əmma nə bu əşkaldən, Sünniyəm, əmma nə bu əmsaldən, Sufiyəm əmma nə bu əbdaldan, Həqq sevən insanəm, a şirvanlılar! Qaili-Quranəm, a şirvanlılar! Sabir müqəddəs Oxu dindarı olaraq din ayrı-seçkiliyinin doğurduğu qaranlıqları, bu Kitabın işığında əritməyə çağırır: Dinməz əcəba məniyi Quranı bilənlər, İslamı belə təfriqədə xar görənlər. Aya, oxumazlarüçün dini bölənlər «Kənu şiyəan» rəmzini Quran arasında! Sabirin işarət etdiyi o rəmz müqəddəs Oxunun Mal-qara surəsindədir, 159-cu ayədə. Dinimizi bölənlər, onu təriqət qəliblərində yaşadanlar, siyasi partiya çərçivəsində kiçildənlər oxumasalar da, biz oxuyaq ki, dinləmək diləsələr qoy dinləsinlər:

«İnnə-l-ləzinə fərraqu dinəhum və kənu şiyəan ləstə minhum fi şeyin innəmə əmruhum ilə-lahi summə yunəbihuhum bimə kənu yəfalunə» - Rəbbimiz buyurur peyğəmbərə: «O kəslər ki, bölmüşlər dinlərini, bölünmüşlər dəstələrə, firqələrə, sən onlardan deyilsən, heçbağlamaz səni onlara. İşləri Allaha qalar. O da bildirər sonra onlara tuturdularsa»(6, 159). Sabir satirik üslubdan kənar səpkidə sırf dini şerlər yazmış.

Mövhumatçılıq dəyərləri və görsənişlərinin ifşasına həsr etdiyi satiralarını birmənalı olaraq din əleyhinə yazılar kimi qələmə verən sovet araşdırmaçıları bəlli səbəblərdən həmin o şerlərin çox zaman, necə deyərlər, «üstünü vurmamış», ən yaxşı halda isə bunları «dil, ifadə zənginliyindən məhrum, onun yaradıcılığı üçün səciyyəvi olmayan» əsərlər kimi qiymətləndirmişlər.

Təbii ki, Sabirə atesitanə bir ehtiyac duyan sovetlər onu da özününkiləşdirmək istəmişlər. Fəqət, Sabiri oxuduqca, duyduqca, dərk etdikcə aydın görünür ki, o hər mənada millətin, bəşəriyyətin, ona istedad bəxş eləmiş Allahın olaraq qalır.

Sırf dini dediyimiz şerləri «Təhəssür», «Əl-aman, ey şahi-Yasrib mədfənu Məkki vətən», «Növhə» və s.) də millətin dərdlərilə yüklüdür. Bu şerlərin birində peyğəmbər ruhundan dad umaraq şikayətlənir: «Getdi zillət, batdı şövkət, tutdu zillət milləti»; «əsr namərd, əhl bielm, əmr müşkil, elm xar…» Sabiri ana-ana düşünürəm bu yüz ilin içində görəsən nə qədər dəyişmişik yaxşılığa doğru. Hər halda müəyyən tərəqqi göstəricilərimiz var – elmdə, mədəniyyətdə, lap elə dinin özündə də. Bu sonuncuya aid tərəqqi göstəricilərimiz isə hələ yetmir ki, Tanrıdan layiqli qarşılıqlar ala bilək.

Yaradanın Öz əmridir ki, Ona doğru qoşmaq üçün vəsilə aramaq gərək (5, 35), yəni iz qoyduğu, naxış vurduğu, yönəltdiyi gözəl-gözəl yolları aramalı. Bu yollardan biri də Sabirdən keçir. Həmişəyaşar, çağdaşımız Sabirdən. Salam olsun onun ruhuna!

 

Nəriman Qasımoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.4.