"Dəniz məzarlığı"na
səyahət...
"Bir şeir əsla bitməz, tərk edilir" - deyirdi Pol Valeri. Ejen İonesko Pol Valerinin "bitirmədiyi",
yaxud "tərk etdiyi" şeirlərdə
işığın yox,
zərgərlik məmulatlarının,
brilyantın soyuq parıltısı olduğunu
düşünürdü. "Dost Orman" şeirini oxuduqda nəinki işığın, hətta
günəşin belə
heç vaxt sönməyəcəyinə inanır
oxucu. Beləliklə, 1:0 Pol Valerinin
xeyrinə.
Tərcümə Orhan Velinindir:
Temiz şeyler düşündük,
tertemiz;
Uzun yollar boyunca, beraber;
Eli elimde, yan yana, sessiz;
Çevremizde karanlık çiçekler.
Yapayalnız, kırda, yeşil
gecede;
Yürüyorduk, nişanlılar gibi;
Gökte
Ay, masaldaki bir meyve;
Bölüştük o sihirli meyveyi.
Ve öldük yosunlar üzerinde,
Uzakta, yalnız, o mırıltılı,
O dost ormanın gölgelerinde.
Sonra gökte, nurlarla sarılı,
Buldum seni, yaş dolu gözlerim,
Sevgili sükut yoldaşım benim...
XX əsrin məşhur
şairlərindən olan
Pol Valeri (Paul Ambroise Valery) 30 oktyabr
1871-ci ildə Fransada bir liman kəndində
dünyaya göz açır. Fransız şeirinin önəmli
yazarları arasında
yaşadığı əsrə
damğasını vuran
Pol Valerinin uşaqlığı bir liman kəndində keçir. İlk təhsilini burada alan Valeri
sonra Montpellierə gedərək hüquq sahəsində oxuyur. Universitetdə təhsil aldığı
zaman yaradıcılıqla
da məşğul olan Valeri ədəbiyyatla
bərabər musiqiyə
də maraq göstərir. Universiteti bitirdikdən
sonra Valeri, Avropanın və fransız ədəbiyyatının
qəlbinin döyündüyü
Parisə gələrək
orada ədəbi fəaliyyətlə məşğul
olur. Pol Valeri 1888-ci ildə
şeirlər yazmağa
başlayır.
Parisdə qaldığı müddətdə
Valeri, bəzi fikirlərinə görə
yanlış anlaşılır. Bu anlaşılmazlıq üzündən
ədəbiyyatdan uzaqlaşmağı
seçən Valeri, riyaziyyatla məşğul
olmağa başlayır.
Gözəlliklə gerçəklik mövzusundakı xəyallarının
şeirlə gerçəkləşməyəcəyini
anlayınca depressiya keçirən yazar 1892-ci
ildə ədəbi fəaliyyətə son vermək
qərarına gəlir.
Daha
sonra-1892-ci ildən etibarən
düşüncələrini hər gün qələmə alaraq yazıya köçürür.
Fransız şairin 51
il davam
edən bu əziyyətinin nəticəsi
olaraq sonda 271 dəftər ortaya çıxır. Valeri, bu
şəkildə qələmə
aldığı 271 dəftərdə
insanın mənəvi
kamilliyini incələyir.
Həmin dəftərlərdə
şairin din, siyasət,
sənət, mədəniyyət,
fəlsəfə mövzularını
əhatə edən çoxsaylı publisitik yazıları, şeirləri,
sulu və
yağlı boya ilə, karandaşla çəkdiyi rəsmlər
də yer alır. Şeirə və memarlığa
da maraq göstərən Pol Valeri mizantrop bir gənc idi.
20-ci illərdə şair
Sen-Jon Pers və Pol Klodel
kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında
təmsil olunur. Az sayda
dostları arasında
sonradan fəlsəfə
doktoru olan Gustave Fourment, Andre Gide və Pierre Charles Louis vardı.
Duyğusal mübarizəyə son
Sənətçi pərişanlığı və
qarşılıqsız bir
eşqin üzüntüsü
1892-ci ildə Valerini duyğusal mübarizəni
buraxıb özünü
başqa işlərə
həsr etməyə vadar edir. Kitablarının çoxunu ortalıqdan yığışdırır və 1894-cü ildən başlayaraq hər gün günəşlə
oyanıb bəzi mövzularda sublimasiya yoluyla həyata baxışını dəyişdirir.
Bu alışqanlığı
ömrünün sonuna
qədər davam edir. Pol Valerinin şeirləri
dərc olunduqca tənqidçilərin diqqətini
çəkir. Gide ilə
dostluğunu ömür
boyu sürdürən
Valeriyə dostu həmişə dayaq olur, yaradıcılığında
durğunluq yaranan vaxtlarda onu yenidən
yazmağa ruhlandırır...
Həmin yaşantılarına "Dəftərlər"
adı verir. "Dəftərlər" XX əsrin
ən böyük şairlərindən biri olan Pol Valerinin
kimliyinin aynası hesab edilir. "Əsər var
ki, öz auditoriyası tərəfindən
yaradılır, əsər
var ki, özü
öz auditoriyasını
yaradır"-deyirdi Pol Valeri. Onun əsərlərinin hansı qismə aid olduğunu bilmək üçün "Dəftərlər"i
oxumaq mütləqdir:
"Hər bir kitab, müəllifin daxili monoloqunun bir parçasıdır."
***
"Yaradıcılığın məqsədi insanları həyəcanlandırmaq yox,
daha çox onları ələ almaqdır."
***
Tarix baxışlarını keçmişə
zilləmiş peyğəmbərlərdir
***
"Əsər, müəllifin
hər zəhmətinə
bir kiçik heykəl, hər problemlərinə xırda
məbəd, hər sirrinə bir xatirə daşı olmalıdır."
***
"Ədəbiyyat mahiyyət
etibarilə deməyə
sözü olmayan, lakin yazmaq ehtiyacları
güclü olan adamlarla doludur..."
***
"Ən əhəmiyyətli
fikirlər duyğularımıza
zidd olan fikirlərdir."
***
"Rəssam öz
gördüyünü yox,
başqalarının görəcəyini
çəkir."
***
"Eşq, birlikdə
axmaqlıq deməkdir."
***
"Nəyisə arzu
edirsənsə, deməli,
xoşbəxt deyilsən."
***
"Yazmaq, gələcəyi
görməkdir."
Şair, dramaturq Pol Valeri
1897-1900-cü illərdə Fransa Müdafiə Nazirliyində protokol məsələləri katibi
vəzifəsinə gətirilir. Üç
il sonra
Jeannie Gobullard ile evlənən yazar, 1920-ci ilə qədər "Havas" adlı xəbər agentliyində
işləyir. 1912-ci ildə Gidenin israrıyla yayımlamaq üçün əvvəlki
əlyazmalarını gözdən
keçirməyə, "Gənc
Tale" (La Jeune Parque)
adı altında topladığı şeirlərində
düzəlişlər etməyə
başlayır. Valeri
texniki problemlər üzündən bir şeiri beş
ilə yazır. Kitab 1917-ci ildə yayımlanır və ona böyük
şöhrət qazandırır.
1925-ci ildə Fransa Akademiyasına üzv seçilən Valeri, həmin illərdə evlənir.
Bu zaman kəsimi
böyük şairin
yaradıcılığının ən məhsuldar dövrü hesab olunur.
Fransa torpağının
yetişdirdiyi simvolist
şairin şeirlərindən
bu gün də nə qədər şair təsirlənir. Leonardo da
Vinçini ən
ideal insan kimi dəyərləndirən Valeri,
böyük rəssama
qarşı olan münasibətini, düşüncələrini
"Leonardo da Vinçi
yaradıcılığına giriş" əsərində
qeyd edir. Fransız simvolist hər şeirə fərqli rakursdan baxmağa
çalışır. Şairə görə,
şeirdə estetik bir biçim olmalıdır. Bu nüans onun şeirlərində olduqca
önəmli faktdır.
Ölənə qədər yazmaq...
Pol Valerinin
ən məşhur şeirinin "Dəniz məzarlığı" olduğu
deyilir.Oxucular tərəfindən
həmişə bəyənilən
"Mənim Faustum"
tamaşası da onun yaradıcılığında
xüsusi yer tutur.
"İntroduction ? la methode de Leonard de Vinci" (Leonardo da Vinçinin yaradıcılığına giriş)
adlı yazısında
və "Dəftərlər"ində
ağıl və hiss
ilə düşüncəsizlik
tez-tez qarşılaşdırılır. Yazar "La Jeune Pargue"da
günəşin istisi
keçmiş şüaları
altında sahildə oturub sükuta dalmaqla həyatın şirinliyini və acılarını seçmək
arasında qalan gənc tanrıçadan bəhs edir. Onun lirik qəhrəmanı
"Le Cimetiere marin"də
(Dəniz məzarlığı)
bir gün dəniz kənarında ölüm və yaşam, olmaq və olmamaq haqqında düşünür.
Məktublarının çoxunda o, tez-tez
həyatın şirinliyi
ilə yalqız qalma istəyi arasında yaşadığı
mübarizədən danışır.
Dəniz
kənarında dünyaya
göz açdığı
üçün dənizi,
dalğaları çox
sevir. Uğursuz eşq hekayəsindən sonra özünü elmə və riyaziyyata həsr edən Pol Valeri
riyaziyyatı da dənizdə gördüyünü
iddia edir və şeirlərində
bunu oxucuya göstərməyə çalışır...
Həyatının son günlərinə qədər qələmi əlindən düşməyən
Pol Valeri 1945-ci il iyulun
20-də Parisdə gözlərini
əbədi yumur.
Fransanın böyük şəxsiyyətinin
dəfnini dövlət
təşkil edir...
Xuraman
Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2017.-3
iyun.- S.9.