Şeyhmus  Çiçək

 

YARIŞ

 

Şəhərlərdə qatlar yarışır,

İppodromda  atlar.

Əslində  bahtlar yarışır

Qoltuqlar, taxtlar

 

Gəlir, gedər ilə yarışır

Huzur kədər ilə

Əslində xeyir şər ilə yarışır

Təbiət bəşər ilə.

 

Hey zəkalılar can atdı

Sürətlə kuboka,

Amma şanslılar qazandı.

Hər kəs ya bir alabalıq, ya bir sazandı

Vurdu qarmağa

Öz qatilini qurtuluş sandı.

 

Sənə keçmiş olsun, əfəndi,

Köğüslədiyin varış ipi deyil, kəfəndi.

Gördüyün qələbəlik dəfindi

Vida etdiyin həyat yarışıydı, tükəndi

 

VAXT GECƏDİR ARTIQ

 

Ən dadlı sohbət,

Ən şiddətli xəstəlik

Vaxt gecədir artıq.

 

Qurd saldırmağa hazır

Bir azdan başlar oyun.

Çobana bağlandı koyun

Vaxt gecədir artıq.

 

Milçəklər sivrildi,

Sahəyə endi yarasalar.

Meyxanələrdə devrildi masalar

Vaxt gecədir artıq.

 

Təqvimlərdə bir yarpaq daha əskidi

Əqrəb on ikidə qarşıladı yelqovanı,

Ulduzlar əzbərlədi tavanı,

Vaxt gecədir artıq.

 

Xoruzlara təşəkkür edən sufi

Başladı namaza.

Adətlər yığıldı

Əksildi qəza

Vaxt gecədir artıq.

 

Saçları tökülmüş, saqqalı

Yatalaq dədə

Hanı, gündüz harada

Vaxt gecədir artıq.

Vaxt gecədir artıq.

 

HALİ HƏYAT

 

Boşuna dolanırıq

Bütün xiyabanlar, bütün küçələr

Eyni meydana çıxar.

 

Böyüdük

Ağıla dolduq

Harun olduq dedikcə

Qarşımıza bir Bəhlul-ü Dana çıxar.

 

Hər varlıqdan

Bir məna çıxartsaq da, yetməz

O mənadan

Başqa bir məna çıxar.

 

Qosqocaman ümmanlarda

Duzundan sıyrılan su

Uçar, asimana çıxar.

 

Biz zamanı xərcliyərik,

Zaman da bizi xərclər

Aqibəti bəllidir bu savaşın

İtirən biz olarıq,

Zaman zamandan yana çıxar.

 

Ölüm bir taleh quşu

  vaxt  kimə çıxar bilmərəm

Bildiyim bir həqiqət-

Gün gəlir mənə çıxar.

 

YUSUF MİSALI

 

Şəhvət girdabından Yusuf misalı

Qaçmalısan deyir içimdəki hiss.

Peşindən qapanan tərs  qapıları

Açmalısan deyir içimdəki hiss.

 

Ağır bastığında nəfsin əməli,

Önümü kəsəcək bir Yaqub əli.

Cənnətin ismini bildim biləli,

Uçmalısan deyir içimdəki hiss.

 

Nail olmaq üçün onun əfinə

Yönümü çevirdim qəlb sərrafına.

İffətli qulların düzgün səfinə

Keçməlisən deyir içimdəki hiss.

 

Başına tac  etmə saxta pənahı,

Arasan bulunar şahların şahı,

Röyanın cızdığı o güzərgahı

Seçməlisən deyir içimdəki hiss.

 

Quyudan başlayıb saraylaradək

Zindanla, karvanla çözülür ilmək.

Qoxusu uzaqdan gələn üç köynək

Biçməlisən deyir içimdəki hiss.

 

Tamamladığımda bir gün vədəni

Verə bilmək üçün zor ifadəni.

Zaman itirmədən sirli badəni

İçməlisən deyir içimdəki hiss.

 

ÜZÜM VƏ İNSAN

 

Gəlin, bağlara ölkə deyək, şəhər deyək,

Kənd  deyək.

Gəlin, bəndəmlərə soy deyək.

Salxım ailə olsun

Budaqlara boy diyək.

 

Hər üzüm birər insan

Rəngləri bəyaz olsun, sarı olsun, siyah olsun

Gəlin ayırım yapmaq

Suç olsun, günah olsun.

 

Gəlin nəfsi düşünən

Zövqündə xarab olsun.

Bizlər şərbət olalım,

İstəyən şərab olsun.

 

Təpələnib əzilsək ayaqların altında

Çıxsa da lilimiz;

Yenə haqdan başqa

Söyləməsin dilimiz.

 

Gəlin yarına qalmaq üçün

Dönüşüb gəlişəlim.

Madam torpaqdan gəldik

Torpaq ilə pişəlim.

 

Gəlin bağ pozumu deyək

Ömrün bu son dəminə.

Ya da incə bir əfkar olsun.

Gəlin qış deyək salxımların ölümünə

Kəfənləri qar olsun,

Diriliş bahar olsun

 

 

Şeyhmus  Çiçək 1965-ci ildə Türkiyənin Diyarbəkir vilayətinin  Bismil bölgəsinin Torpaqlı kəndində dünyaya  gəldi. Təhsilini kəndlərindəki ibtidai məktəbdə aldı. Və əslində bu, onun həm ilk, həm də son təhsili olacaqdı. Gənclik illəri Ankarada keçəcək, inşaat sahəsində çalışmadığı qalmayacaqdı. Bir baxıma bu illər onun həyat universiteti olacaqdı.

1987-ci ildən bu yana  Kaysəri şəhərində yaşamaqdadır. Hələ də inşaat işləri ilə uğraşır, amma sıradan bir işçi kimi yox, mühəndis, icra başçısı kimi.

Şeyhmusla Artvin şəhərində keçirilən Şeir festivalında tanış oldum. festivalda iştirak edən iyirmi beşdən çox şair içərisində diqqətimi çəkən 2-3 şairdən birisiŞeyhmus olacaqdı. Mənə doğma adamı kimi yaxınlaşacaqdı və ünsiyyətimiz yaranacaqdı. Öyrənəcəkdim ki, əslən kürd olan Şeyhmus türkcəni yalnız on yaşından sonra öyrənə bilmiş. Bu faktın özüonun istedadına yaxlaşım baxımından çox önəmldir. Şeyhmusun misalında deyə bilərik ki, istedad vardırsa, daş üstündə belə göyərməsi qaçınılmazdır. Birşair olanı hardasa bir şeirindən, hətta bir misrasından da tanımaq mümkündür. O tək bircə misradan istedadın varlıq qoxusu gəlir və o tək bircə misra sahibinin zamaniçi yolçuluqda sənət pasportu olur:

 

Mən ağlamağa yatqınam

Sanki hər qəhqəhədə

Bir qusur vardır.

Göz yaşıma tutqunam

Hər damlasında bir hüzur vardır.…

 

Şeyhmus Çiçəyin "Yasaq" "Ağlamanın ardından" adlı iki şeir kitabı çap olunmuşdur. Şeirləri Türkiyənin "Çıngı", "Bərcəstə", "Ayvakti" ,  "İlesam", "Hasat", "Çəmən" jurnallarında  antologiyalarda  çap olunmaqdadır. Şair özünəxas üslubu fəlsəfi söyləmiylə qısa sürədə ədəbiyyat çevrələrinin diqqətini çəkmişdir.

Türkiyə Yazarlar Birliyi, elm, sənət ədəbiyyat əsərləri məslək birliyinin üzvü   Kayseri Yazarlar, Şairlər Sənətçilər Birliyinin qurucu üzvü  başkan yardımçısıdır.  Şair dostları ilə birlikdə 7 ildən bəri fasiləsiz çıxardıqları " Çıngı" jurnalının koordinatorudur.

Gözəlim Türkiyənin sürətlə gəlişiminin önünü kəsmək üçün məqsədyönlü şəkildə  kürd-türk qovğasını körükləyənlər zənnimcə, bu iki topluluğun necə ətlə-dırnaq kimi ayrılmaz olduqlarını hesaba almamışlar. "Ədəbiyyat qəzeti"nin dəyərli oxucularına təqdim etdiyimiz şeirlər Türk dilini on yaşında öyrənmiş bir kürdün şeirləridir. Şeir dili süddən, sümükdən yaranır deyənlərə Şeyhmuş Çiçək örnəyini göstərmək məncə, yanlış olmazdı. Bu şeirlərin dili bir sevgi dilidir zənnimcə

 

Məmməd İsmayıl

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.5.