O bircə...
Çirkli küçələrin bir öpüm qumu,
Bir
addım, bir tapdaq təpəliyi var.
Ayağın
düşdüyü son ayaq izi,
İzin
düz yeri var, çəpəliyi var.
İsladar
tozluğu səhərin mehi,
Şəfəqlər
qurudar, gün günortadı.
Fırlanıb
baş üstə özünü gəzsən
Görərsən
kölgəndi, hər gün ordadı.
Küləkdən
beyinin damı dəlinər,
Çıxar
adamlıqdan, adama uymaz.
Bəlkə
də bəşər yox bu gen dünyada,
Mən isə
adamam, adamam az-maz.
Bir at
kişnərtisi qopar şəhərdən,
Xəcalət,
əmanət hayına düşər.
Mənim
adamlığım gedər bəşərdən,
Yalqızlıq,
yalnızlıq boyuna düşər.
Tənhalıq
heçliyi sığallamaz ki...
Yaşayar
varlığı özünə imdad.
Nəyim
var, nəyim yox o bircə, bircə,
Tək
vücud, tək doğuş sözünə bir ad.
Yerin çilələri
Qara
qarğaların qarıltısına
Dan yeri gərnəşir,
səhər oyanır.
Üfüq,
duaların həzinliyinə
Bir əl
mürgüləyir, şəhər oyanır.
Sinirlər
canlanır, xoruzun banı,
Ömür
cavanlaşır saata qədər.
Deyəsən
hardasa varıydım axı,
İndi
yaşadığım həyata qədər.
Gecənin
bir tutum halı da yoxmuş,
Gündüzlər
inada qərinələnir.
Göyün
ucqarında ulduz qıyımı
Yerin mərkəzinə
işiq dilənir.
Günəş
göy üzündə sarı yarpağa
Bürünüb,
payızın ətirin verir.
Qənim
kəsilərək insan insana,
Biryolluq
min qışın tətilin verir.
Yerin
çilələri bitmir ki, bitmir,
Yazın
yorğanından yastıq döşənir.
Gecənin
canına ulduzlar ləkə,
Dunyanın
dişində gündüz gövşənir.
Ümid sığalı pöhrə
Ayağı
sinənə qoya bilmərəm,
O yer mənim
olsa, başımın yeri.
Sevgi
pıçıldayar döyüntülərdə,
Olmasa, o
sinə daşımın yeri.
Gözünü
gözümdə çəkib aparram,
Yığış
bu yollardan, yığış toparran.
Gözündən
gözümə gülüş qoparram,
İnciməz,
sızlamaz yaşının yeri.
Əlimdə
bir ümid sığalı pöhrə,
Bir
ümman, bir dəniz saralıb çöhrə.
Gözündən
parlayır gözümə zöhrə,
Bahardı,
güllükdü qışının yeri.
Namaz qılım
Namaz
saatıdır,
içimə
gömmüşəm namazı.
Dualarım
bomboş.
Bir qərib
keçir ruhumun ölkəsindən-
Ölkənin
bölgəsi,
bölgənin
ölkəsi cahillikdən xəstələnib,
savadsızlıqdan
məhdudlanıb.
Elm şərbətinin
dadı
zəhər dadır vərəqlərdə,
adı
saxtalaşıb,
saxtakarlıq
ağuşuna alıb insanları.
Duzsuz,
dadsızdı dünya.
Qardaşlıq
siğəsinin ülviliyinə,
baxışlar
didərginləşib,
köntöyləşib.
Ölüb
vurğunluğum
insanların
ikiüzlülüyündə.
Mənə
bircə üzlü insan göstərin!
O Allah
adamının ətəyində
namaz
qılım...
Yat, gözüm
Yat,
gözüm,
görmə
daha çirkinliyi,
didəni
zibilləmə.
Ağın
qalsın buludda,
yer
üzündə kirləmə.
Kirpiyimə
şimşəkdən,
od ələnsin.
Kirpiyimlə
çirkinliklər,
güllələnsin.
Yat,
gözüm!
Ölüm-dirim
savaşları dayanınca,
susan
vicdan, yatan insan oyanınca.
Körpələrin
üzündəki cizgilərdə,
ölüm,
qorxu...
Apar məni,
dərin yuxu.
Göyərçinin
qanadında,
uçum,
gedim səssizliyə.
Yat,
gözüm!
Ruhum
getsin sənsizliyə.
Bir sən bil, bir mən
Şimşəyin
çaxma səbəbini
səsin
ahəngində pıçılda!
Yağışın
dənələrini
gözdə
yerləşdirdiyini də...
Gecənin
hüzününü,
gündüzün
hüzurunu,
günlərin
zühurunu
yığ
ovcuma...
Bir sən
bil, bir mən!
Sənə
gəlim,
şimşək
çaxanda...
Sənə
gəlim,
günəşin
istisində
dünyanı
yaxanda.
Sənə
gəlim
yıxılanda.
Tut əlimdən,
dolanım
ətəyinə,
bir sən
bil, bir mən...
Dostum
həyat
təkrarlardı,
doğuldunsa
təkrarsan.
Əvvəl
də doğulanlar var,
sonra da
mahiyyət
eynidi.
Hər
şey doğulduğu gündən başlayır,
hər
şey doğulduğu gündə bitir.
insanı,
ağa bükür tib bacısı,
kəfənə
bükür molla.
Doğulanda
ağ kağız kimi tər-təmiz...
sonradan
qarışmaq
qayda-qanunların
mürəkkəbinə,
bir
nöqtədən şaxələnmək var
həyatın
rənglərinə.
Boz rəng,
həyatın bir düz xəttini,
mənasızlıqlarda
böyüdür,
qara rəng
"tale yazısı"
hər
günün iç üzü.
qırmızıda
düz xətt qırılır
uçurumlu
çalalar çıxır önə
qarma-qarışıq;
qırışıq.
Sosial həyata
başlayarkən fərdiliyi çürüdür qanunlar,
hər
nöqtədən yeni xətt,
xətlərdə
kimlik axtarışı,
beləcə
keçir saniyyələr,
sonra dəqiqə
olur, daha sonra dəqiqələr
saata
çevrilir-
saat,
saatlara...
gün,
doğulduğu yerdən başlayır,
elə
saatlar, dəqiqələr, saniyələr də.
Xətlər
gülün ləçəklərində,
ağacın
yarpağında damarlanır
gövdənin
rəngində saralır,
bəlkə
hər şey sarıdır düşüncəsi haqlayır
adamı
hamı,
hər şey sarıda bitir.
Hər
şey ağdır bəlkə də,
hamı,
hər şey ağda doğulur,
bəlkə
də hər şey qara,
qarada
mizan,
kainatın
bu sirləri olmaya.
Rənglər
sonsuza qədər qırılmadan şaxələnə
sonsuzluğa
doğulasan rənglərdə.
Bir
sözlə, həyat təkrardı
təkrarlarsa
həyatdı, dostum.
Gedir karvanım...
Könlümün
bir ətək daş qoxusu var,
Ömür
çınqılını əzir ayağım.
Hər
daş bir yazıdır,
üstümü
yazır
getmir
mürəkkəbi yağım, ha yağım.
Yağışam,
buludam,
buxaram,
Arada
özümdən qorxaram.
Yığıram
bir boğça sevinc yükünü-
gedir
karvanım!
Gülnarə İsrafil
Ədəbiyyat qəzeti.- 2017.- 17
iyun.- S.21.