Ostrovskinin Mehdi Hüseynə məktubu...

 

"Tarixləşən yaddaş"

“Ədəbiyyat qəzeti”nin arxivindən

23 dekabr 1935 -ci il ¹30 (50)

 

Yazıçı Nikolay Ostrovskinin Lenin ordeni ilə təltif edilməsi münasibətilə Azərnəşrin bədii ədəbiyyat şöbəsi öz qolleqtivi adından ona atəşin təbrik göndərmiş və Bakıda yaqın vaqtlarda nəşr edilmək üçün "Polad necə bərkimişdir" adlı kitabın türk dilinə tərcümə edilməsinə başlandıqını xəbər vermiş idi. Buna cavab olaraq, Ostrovski Azərnəşrin bədii ədəbiyyat şöbə müdiri yazıçı Mehti Hüseyn yoldaşa aşaqıdakı məktubu göndərmişdir.

 

"Əziz Mehti Hüseyn yoldaş!

Sizin dustanə teleqramınızı aldım. "Polad necə bərkimişdir" adlı kitabın türk dilinə tərcüməsinə başlandıqından məmnun oldum.

Bu məktubla bərabər kitabın rus dilində üçüncü çapının bir nüsxəsini sizə göndərirəm. Kitab türk dilinə ancaq bu nüsxədən tərcümə edilməlidir. Burada mən bəzi təshihlər etmişəm. Kitabın buraqılacağı vaqt və tirajı haqqında mənə müfəssəl məktub yazın. Ən yaqın günlərdə cəvab gözləyirəm.

Əlinizi bərk sıqıram.

Bütün qolleqtivə salam.

N.Ostrovski"

 

Ədəbiyyat qəzeti.- 2017.- 17 iyun.- S.13.