Dayandur Sevginin “Üçrəngli göy qurşağı”
kitabını təqdimatı
keçirilib
İyunun 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Kaspi” qəzetinin əməkdaşı, şair Dayandur Sevginin “Üçrəngli göy qurşağı” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə ölkənin tanınmış ziyalıları, yazarlar, şairin oxucuları və media nümayəndələri iştirak ediblər.
Tənqidçi Əsəd Cahangir
şairin yaradıcılığı, yeni
çap olunmuş kitabı haqqında geniş məlumat verib: “Dayandur Sevgin
çox mürəkkəb taleli ədəbi nəslin nümayəndəsidir.
Çünki 1980-ci illərdə
ədəbi yaradıcılığa
başlayan bu nəslin gəncliyi, ilk addımları Sovetlər
dövrünün dağıldığı,
qarışıq bir dövrə təsadüf
etdi, söz ikinci plana keçdi. Hətta bir
sıra şairlər
vətəni tərk etmək məcburiyyətində
qaldılar. Onlardan
çox az
qismi qələmini, ruhunu qoruyub saxlayaraq bu günümüzə
qədər gəlib çıxara bildi. Onlardan biri də Dayandur
Sevgindir. Bu kitabda toplanmış şeirlər mövzuca rəngarəngdir. Onun yaradıcılığının
ən ümdə xüsusiyyətlərindən biri
şeirlərinin xalq yaradıcılığından, şifahi poeziyamızdan gəlməsidir. Onun qoşmaları,
gəraylıları, gözəlləmələri
bu fikrimi təsdiq edə bilər. Yaradıcılığında vətənpərvər ruhlu şeirlər böyük yer tutur”.
Yazıçı Seyran Səxavət
də D.Sevgin haqqında düşüncələrini
bölüşüb: “Dayandur
Sevgin şair həyatı yaşayan bir insandır. O, əsl söz adamıdır”.
Əməkdar artist Eldost Bayram D.Sevginin
“Üçrəngli göy
qurşağı” şeirini
səsləndirib.
Nizami Muradlı
D.Sevginin bir şair kimi, poetik yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatında özünəməxsus
yer tutduğunu bildirib.
Şair Ramiz Məmmədzadə qeyd edib ki,
kitabın dili çox sadə, axıcıdır, insan birnəfəsə oxuyub bitirir və bu da müəllifin
istedadından xəbər
verir.
Əməkdar artist Ağalar Bayramov
şairin “Mən insandan qorxum, ya səndən, Allah?!” və “ Düşür”
şeirini ifa edib.
Səxavət Talıblı, Süleyman
Mustafaoğlu, Faiq İbrahimbəyli, Allahverdi
Eminov, Fərqanə Mehdiyeva, Aləmzar Sadıqqızı, Məhəmməd
Teymurlu, Narıngül
Nadir, Nəcibə İlkin,
Afət Viləşsoy,
Balayar Sadiq, Şəfəq Sahibli, Murad Qoçuoğlu və başqaları da D.Sevginin yaradıcılığı,
şəxsiyyəti və
“Üçrəngli göy
qurşağı” kitabı
haqqında fikir söyləyiblər.
Tədbirdə Narıngül Nadir “Qafqaz
Media İctimai Birliyi”nin D.Sevgini layiq gördüyü mükafatı da şairə təqdim edib.
Sonda Dayandur Sevgin tədbirdə iştirak edənlərə
və çıxışçılara
öz təşəkkürünü
bildirib.
X. Məcidova
Ədəbiyyat qəzeti.- 2017.- 17
iyun.- S.32.