Torpaq-sinəsində
ayaq izləri, biz onun qoynunda var
axtarmışıq-
Uzun müddətdir ki, ədəbi
cameədən uzaq düşüb. Elə əvvəllər
də çap olunmaq üçün qapı-qapı gəzməzdi.
Adamın xislətində var təvazökarlıq.
Zamanında çap olunan
şeirləri özünə əbədi oxucularını çoxdan tapıb. Şamxal
Rüstəmi deyirəm… O Şamaxl
Rüstəmi ki, indi harada olduğunu, nə iş gördüyünü
özündən savayı bir kimsə bilmir. Amma canındakı
ağrıları onu addım-addım
müşayiət edir. Özünün
dediyi kimi: Səma bulud-bulud, yer xəzəl-xəzəl...
Mənim indi təqdim etdiyim
şerilər də bir vaxtlar
yaddaşıma əbədi həkk olunanlardır:
Vaxtında boşalar hər
dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək
olar,
İnsan harayına çatmaqdan
özgə-
Siz məni heç nəyə tələsdirməyin.
Özünə biganəlik böyük
bəladır,- düzdür. Te-tez
eşidirik ki “Şamxal Rüstəm” özü öz qədrini bilmədi”.
Biz oxucular üçün
belə gözəl şeirlər yazan Şamxalın qədrini
biz bilək. Biz bilək ki, heç nədən asılı olmayaraq, ədəbiyyatımızda bir
Şamxal Rüstəm
həqiqəti var.
Vasif SÜLEYMAN
Şamxal RÜSTƏMin şeirləri
BİRCƏ BİLƏYDİM
Adını anmadığım babamın,
nənəminmi,
Oduna yanmadığım qonşu
qız Sənəminmi…
Eh, qəlbini qırdığım
nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı
tutdu.
Yetməmişəm çətində
çox doğmamın
dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı
tutdu.
Hər çiçəyi, hər
gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən,
ana qarğışı
tutmaz,
Bircə biləydim məni kimin qarğışı
tutdu.
SİZ MƏNİ HEÇ
NƏYƏ TƏLƏSDİRMƏYİN
Vaxtında gəlibdi ürəyə
ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən
gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni
heç nəyə tələsdirməyin.
Vaxtında boşalar hər
dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan
sevincinə gecikmək
olar,
İnsan
harayına çatmaqdan
özgə-
Siz məni
heç nəyə tələsdirməyin.
Hələ nə yazmışam, hələ nəyim var.
Dağ yüklü bir ömrün enişindəyəm,
Hələ zirvələrlə döyüşməyim
var-
Siz məni
heç nəyə tələsdirməyin.
Vaxtında gəlibdi ürəyə
ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Taledən hərəyə bir
pay düşəndə,
Mənim
də gecikmək baxtıma düşüb-
Siz məni
heç nəyə tələsdirməyin.
QUŞLAR ÇÖP DAŞIYIR YUVA
QURMAĞA
Xoş gəlib, bu ilin yazı xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbətə yır-yığış
gəlib,
Quşlar çöp daşıyır
yuva qurmağa.
Çiçəklərə layla çalır küləklər,
Dəyişir səma da, yer
də təzədən.
Təzə məhəbbətlə, təzə ürəklə,
Köhnə yurd yerində bir də təzədən-
Quşlar çöp daşıyır
yuva qurmağa.
Sən də sapandını saxla, ay uşaq,
Hər quşun
könlündə bir
murazı var.
Ovcuna sıxdığın o qara
daşa,
Yarımçıq bir evin ehtiyacı var-
Quşlar çöp daşıyır
yuva qurmağa.
Həzinlik bürüyüb aranı,
dağı,
Bir baxın,
necə də kövrəlmişik biz.
Ev-eşik tikməyi, yuva qurmağı,
Bəlkə də quşlardan
öyrənmişik biz-
Quşlar çöp daşıyır
yuva qurmağa.
Xoş gəlib, bu ilin yazı xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbətə yır-yığış
gəlib,
Quşlar çöp daşıyır
yuva qurmağa.
BU DÜNYANIN ÖLÜMÜ VAR
MİN CÜRƏ
Durnaların qatarında gözüm
var,
Ürəyimdə neçə qatar söüm var.
Bu dünyada mənim bircə üzüm var,
Ha varaqla, ha soraqla, ha sına.
Dünya
bənzər bir qalacıq bürcünə,
Sığınmışam bir balaca küncünə.
Bu dünyanın ölümü
var min cürə,
Mən görəsən
tuş olacam hansına.
NİYƏ QOPDU TUFAN
Niyə
qopdu tufan, niyə yağdı qar,
O, gələsiydi.
Niyə
gözlərini sıxdı
buludlar,
O, gələsiydi.
Gecikdi, yollara qar yağıbdı,
qar,
Tənhayam, soyuğam, buzam, ay gecəm.
Gözləri yol çəkən
de, necə yatar,
Bir şirin
nağıl tək uzan, ay gecəm.
Sevəni
qorxutmaz nə qar, nə yağış,
Sevirsə, deməli, boranda gələr.
Gözlərəm, dözərəm, səhərə
yaxın,
Hicran ürəyimi
sıxanda gələr.
Yollarda,
izlərdə tufan var, hələ
Demək gəlişinə güman
var, hələ.
Güman
var hələ!
Ulduzdan od yanıb
yanır asiman,
Göydə ay doğub.
Qapımı döydülər, odur
ya tufan,
Deyəsən odur.
TORPAQ
Duman pərdə çəkir
qürub yerinə,
Torpağa endikcə soyuyur günəş.
İnanıb andına, sədaqətinə,
Torpağın köksündə uyuyur günəş.
Antey də torpaqdan aldı hünəri,
Dizinə güc gəldi, gözünə işıq.
Torpaq-sinəsində ayaq izləri,
Biz onun qoynunda var axtarmışıq.
Ağrıdan sinəsi olubdu dağ-dağ,
Könlündən min aləm keçirmişik.
Çox
zaman bizdəki etibara bax,
Ona su yerinə qan içirmişik.
Torpaq ayırmayıb qara kim, ağ
kim,
Dar gündə, xoş
gündə bizə sığınıb.
Gəlin
ay insanlar, unutmayaq ki,
Torpaq bizimkidir,
biz torpağınıq.
Duman pərdə çəkir
qürub yerinə,
Torpağa endikcə soyuyur günəş.
İnanıb andına, sədaqətinə,
Torpağın köksündə uyuyur günəş.
***
Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub bu dəli dəniz-
O tay da uzaqdı, bu tay da uzaq!
Gedirik -
gözlərdə yaş
gilə - gilə,
Dönürük - arxada hər dalğa bir dağ.
Bəs, indi üz tutaq hansı
sahliə?
O tay da uzaqdı, bu tay da uzaq!
Onsuz da yetişməz nə səda, nə ün,
Dostlara bir haray məktubu
yazaq:
Amandır, biz gələn yerə
gəlməyin,
O tay da uzaqdı, bu tay da uzaq!
Ədəbiyyat qəzeti.- 2017.-
24 iyun.- S.27.