Qəzəllər
Bir xalı üstündəyəm, zillənmişəm bir nöqtəyə,
Bəklərəm ol vəhyi ki, gəlsin dəmi bir söz deyəm.
İlmə-ilmə salmışam bu xalıya öz ruhumu
Ki, naxış vursun mələklər getdiyim bu səcdəyə.
Gözlərimlə qatmışam əhvalıma naxışları,
Rəngləri almış məni məndən, gətirmiş vəcdəyə.
Öz səsiylə dinmiş hər rəng, hər çalarda musiqi,
Göndərir məclis xalıdan min çalarlı səs göyə.
Öylə aşiq bəndən oldum ki, şaşırdım, bilməzəm
Məclisə rövnəq mən oldum, yaki məclis bəndəyə.
Görklü Tanrım, kim axı Səndən gözəl bir rəng vura?
Kim vura bu Sənli möhrü məndəki bəlirtiyə?
Bax bayılmış Qasımoğlu, rənglərindən vəhy alır,
Vaxtdı, qaldır səcdəsindən şeirini yazsın deyə.
lll
Bir suyun üstündədir əksim dalıb aləmlərə,
Candı çıxmış tənimdən, varmış alayı dəmlərə.
Bir təbəssüm sayrışır əsdikcə rüzgar əksimə,
Dalğalandırıb məni həp son qoyur bax qəmlərə.
Göydən endi əksim üstə, canıma nur qatdı gün,
Halələndim, məndə itdi batdı gün birdən-birə.
Haləmin də əksi düşdü, bir suda cüt əksə bax,
İsa olmuş həmdəmim bir ayədir həmdəmlərə.
Əksimi ayaqlayıb gəzir suda müdam Məsih,
Öylə ki, gördüm bunu hey gözlərim tilsimlənər.
Bağla ayaqlarına, Rəbbim, onun, ucalt məni,
Suyla qalxan surətim min damlada yağsın yerə.
Bax
yağışın sim-sim olmuş göylərə
bağlar yeri,
Qasımoğlunu toxundur çaldığın
bu simlərə.
lll
Yatmış
idim, bir mələk oyatdı lapdan qalx deyə,
Görmək istərkən onu səs gəldi qeybdən bax deyə.
Hər yana çapdım
gözümü ol səsi tapmaq
üçün,
Bir cüt ulduz artdı birdən
öylə ki, baxdım göyə.
Bir
qoşa işıq zolağı endi ol cütdən yerə,
Qalxıram bu nərdivanla ən gözəl bir sərgiyə.
Nur mələklər
sakin olmuş nərdivanda, öylə ki,
Addımın qoyan kəsə hər pillədən bir nur dəyə.
Bax necə
qalxır gözümdə aram-aram bəndələr,
Hər mələk
hazırdır ensin
önlərində səcdəyə.
Eylə
lütf, Rəbbim, yığılsın dərgahına
dostlarım,
Həmd deyənlər məclisində
mən də bir avaz deyəm.
Ol tanış səs bir də gəldi,
yalvarırdı Rəbbimə
Qasımoğlu ayətini pillə-pillə
yaz deyə.
lll
Can dedim sənə
səhərdən, dal sözümün canına,
Yat, qulaq kəsil, əzizim,
könlümün sultanına.
Duy necə eşq nəğməsini vəhy verir aşiqlərə,
Sən də bir pay al bu vəhydən
canımın ünvanına.
Tək
qıldıq cüt canı O-ndan ötrü, olduq
iç-içə,
Nəğmələndik tək avazla ol Təkin tək şanına.
Tənimizdən
canımız köçmüş alayı aləmə,
Rəbbimiz bir eşq ilən
almış bizi Öz yanına.
Bir
hüzur içindəyik san tazədən yapmış bizi,
Gözlərin dikmiş mələklər
cüt könül sahmanına.
Həp bərabər
yolladıq can kəlməsini dərgaha,
Eylədik bu kəlməni həkk göylərin tavanına.
Aç
gözünü, Qasımoğlu, doğdu güntək can
sözü,
Həmdəmini çək yenə
bu can sözü
divanına.
lll
Çək
sığal yaddaşıma, Rəbbim, kərəm qıl,
faş elə,
Aç oxusunlar məni aləmlərə həmyaş elə.
Öz
Yazındı yazmısan yaddaşıma, min sirrini
Kim açar məndən
alayı bir ağıllı baş ilə.
Milyon il əvvəldəyəm,
ərşin sular üstündədir,
Dalmışam bu şəklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.
Çoxlarının
zənnidir yoxdan yaratdın hər şeyi,
Qup-quru ehkamları
sal ol sulara yaş elə.
Min-min ayət
bir an içrə çeşmimi sarmış yenə,
Heyrətimdən şaşqınam, gərdişini
yavaş elə.
Adəməm,
səhv etmənəm ta, gəl dəyişdir
hökmünü,
Mən qalım
qoy, iblisi ol səhnədən
çıxdaş elə.
Qalx
ayağa, Qasımoğlu, Rəbbin hüzurundasan,
Bax O-na gör öz
üzünü tazə bir yaddaş ilə.
lll
Bəxtimə
öymək düşüb, Rəbbim, Sənin ol
şanını,
Mutluyam ki, gəzdirir bəxtim Sənin
nişanını.
Ayətindir,
şanına tərif deyir hər dəm dilim,
Ki, oyatsın
tərifə yatqınların
vicdanını.
Kim dilər vicdanə gəlsin, məst olar, çünki bular
Ayətindən mey çəkən hər kəlməmin ünvanını.
Ünvanında
sakinəm, göstər mənə seyr eyləyim
Bu şəhadət aləminin
qeybə tən hər anını.
Hər şeyi cüt-cüt yaratdın, bəs hanı
ikinci mən?
Hə, görür gözüm mənə tay qeybin ol
insanını.
Oxşarım
da şanına tərif demiş mənsiz demə,
Bildim eyləmiş Rəbbim cüt cana vəhy
ehsanını.
Öz
tayı varkən nə dəxli, söyləsin cahil yenə
Lül dəm olmuş Qasımoğlu
cüt görür tək canını.
lll
Mutluyam,
döndərmisən məni yenə həmdəminə,
Bax zamansız
hikmətin çəkmiş
məni öz dəminə.
Həsbi-halam Sənlə, Rəbbim,
milyon ildi, axırı
Güzgü yapdın bəndəni bu insü-cin aləminə.
Eyblərini
məndə bulmuş, məndə bilmiş çoxları,
Qoymamışlar fərq neçin bu güzgünün yöntəminə?
Meraca
qaldır məni, Rəbb, qoy durulsun gözləri
Hey baxınca mat-məəttəl
nur saçan bir gəminə.
Lap əzəldən canımı
məsh eylədin bir lütf ilən
Ol zaman ki, yoxdu
tənim... Şükranam kərəminə.
Kim əlac qılmaq dilər öz dərdinə gəlsin yaxın,
Növbəyə dursun qapımda bir Məsih məlhəminə.
Cərgə-cərgə düz hamını dinləsinlər
kəlməni,
Ayətindi Qasımoğlu milyon adəm cəminə.
Nəriman QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.-
S.3.