Elçinin ”Baş”
romanı
Moldovada nəşr
olunub
Xalq
yazıçısı Elçinin "Baş" romanı
qısa müddət ərzində respublikamızdan kənarlarda
da geniş yayılmağa başlayıb, beynəlxalq ədəbi
marağa səbəb olub.
Roman Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatında rus dilində nəşr edildikdən sonra, kütləvi oxucular üçün nəzərdə tutulmuş və məşhur əsərləri çap edən "Roman-qazeta" da iyun nömrəsini başdan-başa "Baş" romanının çapına həsr edib. Artıq bir sıra xarici ölkə nəşriyyatlarından romanı tərcümə və nəşr etmək üçün müraciətlər daxil olub.
Bu günlərdə isə Kişinyovun "Editura ARS" nəşriyyatı "Baş" romanını moldov dilində nəfis şəkildə çap edib. Əsəri Aleksandru Vakulovski tərcümə edib. Bu, Elçinin Moldovada nəşr olunmuş üçüncü kitabıdır.
"Baş" romanı hazırda türk, ingilis və alman dillərində İstanbul, London və Köln nəşriyyatlarında çapa hazırlanır.
Ədəbiyyat qəzeti.- 2017.- 24
iyun.- S.2.