Bahar Bərdəlinin

üçcildliyi işıq üzü görüb.

 

Bahar Bərdəlinin üçcildliyi işıq üzü görüb.

AYB.az xəbər verir ki, nəfis tərtibatlı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş cildlərdə müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri, hekayə və elmi məqalələri yer alıb. Seçilmiş əsərlərin I cildində Vətən və onun ağrı-acıları, sevgi duyğuları, həmçinin uşaqların maraq dünyasını əks etdirən poetik nümunələr yer alıb. II cilddəki əsərlər mövzusuna görə üç hissədə təqim edlib. Birinci hissə Qarabağ savaşından bəhs edən əsərlərdən, ikinci hissə XX əsrin sonu, XXI əsrin əvvəllərində - iki əsrin qovuşuğunda cəmiyyətdə, həyatda baş verən hadisələri əks etdirən hekayə-novellalardan, üçüncü hissə isə uşaqlar üçün yazılmış hekayələrdən ibarətdir. Seçilmiş əsərlərin III cildi elmi əsərlərə həsr edilib. Bu elmi əsərlərdə Bakıda yaşayıb-yaratmış şairlərdən Balaş Azəroğlunun, Söhrab Tahirin, Mədinə Gülgünün, Əli Tudənin, həmçinin Qabilin və Nurəngiz Günün poeziyası tədqiq olunub.

I cildin ön söz müəllifi və redaktoru f.e.d. Zahid Xəlil, II cildin redaktoru f.e.d. Vüqar Əhməd, III cildin elmi məsləhətçisi f.e.d. professor Jalə Əliyeva, ön söz müəllifi və redaktoru isə f.e.d. professor Asif Rüstəmlidir.

 

Ədəbiyyat qəzeti.- 2017.- 6 may.- S.27.