ƏDƏBİYYAT ÜZRƏ 1966-CI
İLİN NOBEL MÜKAFATÇISI:
Şmuel AQNON
İsrail
Yəhudi yazıçısı
Şmuel Yosef (Şay) Aqnon 1887-ci ildə Avstriya-Macarıstanın
Qalitsiya krallığındakı
Buçaç şəhərində
anadan olub. O, ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görülən ilk israilli
yəhudi yazardır. Əsərlərini ivrit və idiş dillərində qələmə alıb.
1920-ci illərin
sonunda iki cilddən ibarət
"Toy gərdəyi" ("Qaxnasat kalla") romanını bitirib və əsər 1931-ci ildə işıq üzü görüb. Hiyləgərlik çalarları ilə zəngin roman Şərqi Avropa ölkələrinə səyaət
edərək üç
qızına ər axtamağa çıxan kasıb bir hasidin həyatından bəhs edir. Əsərdəki yumor və ironiya Aqnon yaradıcılığına
xas təəssüf və ürək ağrısı ilə təqdim olunur.
Onun digər məşhur əsəri isə "Gecə qonağı" ("Oreax
nata lalun") 1937-ci ildə qələmə alınıb. Əsər Şərqi
Avropadakı doğulduğu
yerləri görməyə
gələn bir yəhudindən bəhs edir. Vətənə
qayıdan qəhrəman
bir vaxtlar ənənəvi təhsil
və ədəb qaydaları ilə seçilən yerlərin,
indi mədəni və sosial təhlükə qarşısında
qaldığını görür.
1953-1962-ci illər
arasında Aqnonun səkkiz cildlik seçilmiş əsərləri
çap olunub. 1966-cı ildə Şmuel Aqnon İsveç yazıçısı
Nelli Zaksla birlikdə ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülüb.
Mükafat yazıçıya "yəhudi xalq motivlərini böyük ustalıqla və orijinal təqdim etmək bacarığına
görə" verilib.
Nobel mükafatı
alan ilk yəhudi
yazıçısı Şmuel
Aqnon 1970-ci ildə Qüdsdə vəfat edib. "Ədəbiyyat qəzeti"nin oxucularına yazıçının
dini mövzuya həsr edilmiş kiçik bir hekayəsini təqdim edirik.
İsahar və Zevulun
Hekayə
İsahar
mükafatını almaq
üçün Qan-Ədənə
gələndə əməl-kitablarının
arasından belə bir yazı çıxdı:
"İsahar cəmi
iki gün Tövrat oxuyub".
İsahar məğlub görkəmdə
dayanmışdı. Dedi:
- Heç elə şey olar? Bütün ömrüm boyu çadırdan bayıra çıxmamışam, burada
onun yükünü çəkə bilmək
üçün başımı
aşağı salıb
sakitcə Tövrat oxumuşam, heç cəmi iki gün
Tövrat oxuyarlar?
Dedilər:
- İsahar, söylə
bizə, de görək
sənin bu dünyada ruzin nədən çıxırdı?
Cavab verdi:
- Qardaşım var, adı Zevulundur, bir yerdə böyümüşük. Sahilə çıxıb
gəmilərlə səyahətə
gedir, ticarətlə məşğul olur.
Ruzimi o, verərdi, mənsə oturub Tövrat oxuyardım.
Dedilər ona:
- Əgər elədirsə,
sənin Tövratın
- Zevulunun
var-dövlətidir. Çünki Zevulun ticarətlə məşğul olmasaydı,
sən də Tövrat oxuya bilməzdin. Sən axirətini
sağ ikən xərcləmisən. Ayağına yazılan o iki gün heç bilirsən hansı günlərdir?
Bir
dəfə qardaşın
ləngimişdi, sənə
azuqə gətirməmişdi,
bax, onda, sən yenə yerindən qalxmadın, Tövrat oxumağa davam etdin.
İsahar
dedi:
- Bəs Zevulun, onun halı necədir?
Əməl kitabını açıb
baxdılar:
"Zevulun iki gündən başqa bütün ömrü boyu Tövrat oxuyub", - dedilər. Baxdılar, hesabladılar,
gördülər ki,
bu elə həmin günlərdir - İsahara yemək gətirmədiyi iki gün.
İsahar
dərindən köks
ötürdü, yanıqlı
bir nalə çəkdi və bu nalənin səsi Qan-Ədəndə
əks-səda verdi.
Zevulun dedi:
-
Qulağıma bir səs gəlir
- bu, qardaşım İsaharın səsidir. Qoy bir gedim
görüm nə olub…
İsaharın kədərli olduğunu
görən Zevulun dedi:
- Məgər ayağıma
yazılan bütün
bu səadət payı bütün ömrünü Tövrata
həsr edən qardaşım İsahara görə deyilmi? Məlum məsələdir ki, İsaharı mən saxlamamışam, əksinə,
o Tövrat oxumaqla məni saxlayıb. Bəs mən onun haqqını
Qan-Ədəndə necə
verərəm? Yox!
Qardaşımın haqqına girmək
mənə yaraşmaz.
Qoy Qan-Ədəndə mənim
yerimi İsahar tutsun.
Bu zaman İsahar ona söylədi:
- Əziz qardaşım,
doğrudanmı Qan-Ədəndə
sənin yerini tuta biləcəyimi güman edirsən? Heç olarmı
ki, sənin süfrən kasıb, mənimki bol olsun?
Zevulun belə ərz elədi:
- Bu, mənim yox, sənin haqındır. Axı mənə burada ayrılan yer sənin bütün ömrün boyu Tövrat oxumağının mükafatıdır!
İsaharın kədəri bölündü,
Zevulun Qan-Ədəndə
ona ayrılan yeri qəbul etmədi, heç İsahar da qardaşına olan sevgisindən Zevulunun yerini tutmadı.
Yaradan (Həmd olsun Ona) belə ərz etdi:
- İsahar və
Zevulun, siz bir-birinizə görə müqəddəs lütfdən
imtina etdiniz. Sizin bu sevginizə görə Mən də öz lütfümü artırıram", yerinizi
genişləndirirəm.
Elə
o an Zevulunun Qan-Ədəndəki yeri genişləndi, orada İsahar üçün
də yer oldu. İsaharla Zevulun hələ
də Qan-Ədəndədir.
Birlikdə Tövrat oxuyur,
müqəddəs Nurun
işığından zövq
alırlar.
Yaradan
(həmd
olsun Ona) onlara baxdıqca Öz şöhrətinin
dayaqlarını görür.
Zevulun İsaharı
müdafiə etdiyi, İsahar da Zevulunun Yaradan tərəfindən mükafatlandırılmasına
dayaq olduğu üçün Yaradan onların mükafatını
artırdı, onların
bir-birinə necə dayaq durmaqlarını görüb, öz şöhrətinə sevindi.
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2017.- 25
noyabr.- S.32.