Türkiyədəki Azərbaycan
- Cumhur Turan, siz eyni zamanda Həmit Turanın
oğlusunuz, yaddaş yenilənməsi etsək?
- Həmit Turan babam olmaqla bərabər
mənim hocam və universitetim
oldu! Onun sahibi olduğu yayın evi və sürəli yayınlarla
(Edebiyat Cephesi, Hazer) bərabər nəşrini
üstləndiyimiz jurnal
və kitablar da gənc
yaşlarımda məni
formalaşdırdı. Nəşriyyatımızda türk yazıçıları ilə
bərabər
redaksiyamızı ziyarət edən azərbaycanlı yazar və sənət insanlarını
yaxından tanıma fürsətini də qazanmışdım. Əziz
Nesin, Demirtaş Ceyhun, Ataol Behramoğlu,
Necati Cumalı, Yalçın Küçük,
İsmayıl Şıxlı,
Elçin Əfəndiyev,
Məmməd Aslan, Bəxtiyar Vahabzadə, Rasim Əfəndiyev, Rəfiq Zəka Xəndan və Fərman Kərimzadə kimi ədəbiyyat ulduzları
ilə bir havanı tənəffüs etmək gənc yaşlarımda nə məna kəsb etdiyini bu yaşımda
daha dərindən anlayıram.
- Sovetlər
Birliyi dönəmində
"Türkiyə", "Türk" kəliməsi
ilə ocaqlar söndü; yurdlar viran qoyuldu. Türkiyədə Həmit
Turan hansı zorluqlar
yaşadı?
- Yetmişinci illərin sonu
və ardından gələn "1980 askeri
darbesi"; siyasi, sosyokültürəl baxımından
Türkiyənin ən
sıxıntılı illəridir.
Çevrilişə qədər olan müddətdə sağ-sol
olayları üzündən
türk gəncliyi qısaca və qaba bir tərzdə sağ, sol olaraq ikiyə bölünmüşdü. "Türk" sözü Sovetlər Birliyində nə qədər yasaqsa,
Türkiyədə də
o qədər
olmasa da, fərqli deyildi! Kimi sosialistlərə görə,
"Türk" sözü
irqçılık (!), ümmətçilərə
görə, tayfaçılıqdı. Belə bir
zamanda "Hazer" jurnalını yayımladıq.
Yayın yönetmənimiz
Dr. Xavər Aslandı;
ədəbiyyatdan gəlməmişdi,
amma zatən o illərdə Sovet Azərbaycan vətəndaşı bir
gənəl
yayın yönətmənimizin olması heyrətlə qarşılanırdı.
İran Türklərinin
yaxşı tanıdığı
Məhəmmət Tağı
Zehtabinin həyat yoldaşı idi. Pişəvəri ardıcıllarından "demokrat"
adlandırılan qrupdandı.
Bağdad Universitetindən gəlmişdilər. Məhəmmət bəyin İran vətəndaşı olması
Türkiyədə yaşamalarını
asanlaşdırmışdı.
- Cumhur bəy, nədən bizi Türkiyədə "Azəri"
deyə tanıyırlar?
- Yayğın yanlış
"Azəri" sözünün
dışında özəl
bir şey yaşadığımızı söyləyə bilmərəm.
Qəsitlimi, qolay gəlirmi,
ondan bəlkə.
"Azəri" sözünün
yayğınlaşmasında Türkiyə içində
hamımızın günahı
var, Osmanlı (Anadolu) qardaşlarımızın bizi
"Acem" deyə adlandırmasından bir qaçış olaraq
"Azəri" kəlməsinə
sahibləndik.
- Ustadınız
babanız olunca durum biraz fərqli olur.
Öyrətməniniz, ustadınız,
babanız Həmit Turan sizə nələr verə bildi?
- Babam məndən fərqli olaraq İqdır doğumluydu. İqdır "Sürməli
mahalı", İrəvan
xanlığından əlimizdə
qalan son torpaq parçasında dünyaya
gəlmişdi.
İqdır kiçik bir Azərbaycandı! Soy-kökü
türk olanlar İrəvanı Azərbaycan
bildilər! Arazın bu tayında həsrət içində
yaşadılar.
Bu həsrəti yaşayan
aydınlar dönüb
Azərbaycan naminə bir şeylər yapmaq arzusunda oldu. Babam İstanbulda dünyaya göz açan Cumhur Turana bu duyğunu
aşıladı: "Azərbaycanı
tanı, sev və ona çalış!"
- Tarixin, çağların,
sülalələrin üstündə
dayanan bir fərq var ədəbi alanda - babalar ve oğullar…
Sizdə
durumlar nasıl?
- Babam tam Cümhuriyyət kuşağı deyə biləcəyimiz nəsildən.
Anlamı bu: Sürətli aydınlanma
dönəmi başlayır
və dünya klassiklərindən, dünya
ədəbiyyatından seçmələr
cəmiyyətə sunulur. Əlifba inqilabı
baş verir və 1929-cu ildə Latın əlifbası tədris dilinə çevrilir. Eyni şəkildə mətbuat və arxiv yenilənir. Əski ədəbiyyatla bağlar
zəifləyir. Babam və bizə qədər olan aydınlar, pozitivist, sorğulayan insan tipolojisi; qədərçi,
irəli metafizikçi
ədəbiyyatla ötələnmişdir.
Bu dini rədd
etmə kimi hesab olunur, amma
elə deyil. Bu bir maarifçilik
missiyası idi. Mən özümü daha çox babamın nəslinə, onun kuşağına
yaxın hiss edirəm.
Odur ki, aramızda o ənənəvi problem yox.
- Cumhur Turanın ömür yolçuluğuna baxdığımızda
ilkində naşir Həmit Turanın yanında yetişən, uzmanlaşan, ikinci dönəmində isə
Azərbaycan ədəbiyyatına
tərcümələri ilə
xidmət edən Cumhur
Turan görürük.
- Bu nəticənizi doğru
qənaət sayıram.
Əvət. 1985-ci
ildən etibarən bu mücadilədə tək başımayam.
Kitablara gələnə
qədər jurnallarda Azərbaycan,
Qars, İqdırla bağlı məqalələr,
araşdırma, xalq sənəti ilə bağlı yazılar yazdım. Matbuata gəlişim Elçin Əfəndiyevdən aldığım
müsahibə ilə
başlamışdı. 1979-cu ildə Taksim Pera oteliydi… Babamla olduğum dönəmlər "Hazer" ve "Edebiyat Cephesi" jurnallarında çalışırdım. "Hazer" jurnalının tekniki redaktoru idim. O illər "Aşıq Ələskər"
kitabını nəşr
elədik. Türk dünyasına yönəlik
bir qəzetdə başyazarlıq yapdım.
Yenə jurnallarda çağdaş
Azərbaycan yazarlarının
bioqrafiyalarını, xalq
nağılları, hekayə
və şeir örnəklərini türk
oxucularına təqdim
edirdim. Bu tərcümə,
uyğunlaşdırma çalışmaları derkən editurluq, kitab çalışmaları başladı.
Nəhayət, "Çırpınırdı
Qara dəniz"in bəstəkarı Üzeyir
Hacıbəyli" kitabı 2016-cı ildə
işıq üzü
gördü. Bir sözlə, özümü
yazar deyil, mətbəəçi çırağı
olaraq görürəm. Bu təxəllüsü
də mənə mərhum
Məhmət Kəngərli
qoymuşdu.
O, ən müdrik
yaşında məni
yanındakı dostuna
belə təqdim etmişdi və bu mənim üçün
yaradıcı fəaliyyətimə
verilən ən böyük qiymətdir.
- Sosial media üstündən
hazırladığınız biblioqrafiyadan da son olaraq bir neçə
kəlmə danışsanız,
çox xoş olardı.
- Öncəliklə bu diqqət üçün təşəkkür
edirəm. Bu qaynaqçanı
hazırlamazdan əvvəl
ardıcıl olaraq sosial mediada gündə birər, ikişər kitab yayınlıyıram. Qaynaqça
başlığı belədir:
"Türk mətbuatında
(basınında) Azərbaycan
yayınları". Bu günə
qədər 700-ə yaxın
kitabın tanıtımını
etmişəm. Kitabın
Azərbaycanla bağlı
olması yetərli! Kitabların məzmunu və yazarının
kim olduğundan çox; nə yapıldı, hansı işlər görüldüyünün izindəyəm. Qaynaqça bitdiyində və kitablaşdığında
faydalı olacağının
inancındayam.
Yeni kitablar
Son illər Türkiyədə
Azərbaycan ədəbiyyatına
maraq artıb. Hər il bir neçə kitab Türkiyə türkcəsinə
uyğunlaşdırılaraq oxucuların istifadəsinə
verilir.
2018-ci ildə nəşr
olunacaq kitabların siyahısında professor Minəxanım
Nuriyevanın "Türk
əsilli ruslar" kitabı yer almaqdadır. Qeyd edək ki, kitab 3 hissədən ibarətdir və Azərbaycanla bərabər
Türkiyədə də
maraqla qarşılanıb.
Mütəmadi olaraq elmi jurnallarda dərc edilən kitabın tam nəşrinin 2018-ci ildə
başa çatması
gözlənilir.
2018-ci ildə türk
oxucularına təqdim
ediləcək kitablardan
biri də şairə Firuzə Məmmədlinin kitabıdır. Firuzə xanım
türk oxuculara seçilmiş şeirləri
ilə təqdim olunur. Kitab dünya Azərbaycanlılarının
həmrəylik günü
münasibətilə hazırlanır
və imza günü və tanıtım proqramları
Türkiyədəki soydaşlarımızın
həmrəylik toplanılarında
yapılacaq.
Məlumat üçün qeyd edək ki, hər
iki kitab İstanbulda fəaliyyət
göstərən "Araz"
nəşriyyatı tərəfindən
çap ediləcək.
Sərsəri sevgimin hökmüdür
Sərsəri sevgimə ilham olan sən,
İçimdə çiçəklər, güllər
kimisən.
Sevgimə açıqmı sevgi səccadən?
Deyilsə, deməli ellər
kimisən …
Ey güllər dadında, rəngində yarım,
Sevgisi sevgimin dəngində yarım,
Bir nadan ürəyin cəngində yarım,
Sevgimi sevginlə kollar kimisən.
Sərsəri aşiqin, ozanın
mənəm,
Bu hazla fütursuz yazanın mənəm,
Xəyal gərdəyində hər anın mənəm,
Mən arı,
sən pətək, ballar kimisən.
Sən məni boş görmə, məndə sevgi xas,
Ki məndə
sevginin əyrisi olmaz.
Ey gülləri nazən, ey ürəyi naz,
Könlümdən könlümə yollar
kimisən…
Sərsəri sevgimin hökmünə
görə,
Sevməzsən gərək yox nədənə, üzrə.
Sevərsən yıxılmaz, pozulmaz
törə,
O zaman susmayan dillər kimisən…
Ağac incitmə der;
dal der incitmə
Könül çalmaq istər
eşqin sazını,
Pərdə toxunma der;
tel der incitmə.
Çəkməyə arzum var gülün nazını,
Tikan toxunma der; gül der incitmə.
Mən
isə məcnunam bu yolda şaşqın,
Sevdama bağlıyam sevgimə düşkün,
Yağmursuz vadilər olurmu daşqın?
Bulud incitmə
der; sel der incitmə.
Nəhayət, arzusu bəncil olanlar,
Kitabı,
qutsalı İncil olanlar,
Əlçim-əlçim düşər
yarpağına qar,
Ağac
incitmə der; dal der incitmə…
Kəbutər
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.31.