Çıx get, çıxa bilirsən
Həyatımdan çıxsan, nə fərq edər ki?
Ürəyimdən çıx get,
çıxa bilirsən...
Varlığımı yıxsan, nə fərq edər ki?
Taleyimi yıx get, yıxa
bilirsən.
Bir yolçunu yoldan etmək rahatdır,
Yoxa çıxıb,
gizli itmək rahatdır.
Səs-səmirsiz qoyub getmək rahatdır,
Gəl əlimi sıx get, sıxa bilirsən.
Gedirsənsə, məhv et tara ömrümü,
Öncə öldür mənim yara ömrümü.
Dar ağacı qur, çək dara ömrümü,
Sonra gəl bir bax
get, baxa bilirsən.
Zaman sənin hisslərini dondurub,
Bilməm, bəlkə yəminini sındırıb?
İndi
birdən ürəyimi
yandırıb,
Atəş gətir, yax
get, yaxa bilirsən.
Gedirsənsə, öldür məni,
vur mərni,
Rəngi solmuş yuxularda gör məni.
Daşsız məzar görsən,
orda sor məni,
Ulduzum ol, ax get, axa bilirsən.
Yenə
axır qərar sənin dilində...
İşdir, əgər son görüşə
gələndə,
Bir ox gətir, xəncər gətir
əlində,
Ürəyimə tax get, taxa bilirsən.
Qardaş vay...
Böyük
bir diyaram, böyük torpağam,
Vahid bir millətəm, vahid bayrağam,
Özbəkəm, qırğızam, türkəm,
qazağam,
Qardaş
vay, soydaş vay, obam-elim vay!
Vətəndən-vətənə gedən
yolum vay!
Dərbəndəm,
Təbrizəm, Ankarayam mən,
Kaşğaram, Kərkükam, gör
harayam mən...
İkiyə bölünmüş Astarayam mən,
Araz vay, məftil vay, sərhəd telim vay!
Vətəndən-vətənə gedən
yolum vay!
Hər yana üz
tutsan, mən o yandayam,
Zəncanda, Muğanda, Naxçıvandayam,
Türkəmənçaydayam, Gülüstandayam,
Qələm vay, imza vay, saxta qolum vay!
Vətəndən-vətənə gedən
yolum vay!
Müşfiqəm,
Cavidəm, güllələnmişəm,
Heykələ dönmüşəm, daşa
dönmüşəm.
Uluyam, nahaqdan belə sınmışam,
Güllə vay, edam vay, nahaq ölüm vay,
Vətəndən-vətənə gedən
yolum vay!
Bir yanda
bayrağım yasaq olundu,
Bir yanda çəkiclə oraq olundu,
Mən türkəm -Deyənlər
dustaq olundu...
Yasaq vay, qıfıl vay, kəsik dilim vay!
Vətəndən-vətənə gedən
yolum vay!
Babəkəm,
Nəbiyəm, lap Çingizəm mən,
Dədə Qorqudam mən, sazam, sözəm mən,
Külün altındakı yanar
közəm mən,
Alov vay, atəş vay, sönmüş külüm vay!
Vətəndən-vətənə gedən
yolum vay!
Hər
yerdə, hər yanda bir barmağım var,
Şərqdən Qərbədək bax,
dayağım var,
Sazlı
Borçalım var, Qarabağım var,
Bağım vay, bağçam
vay, solmuş gülüm vay,
Vətəndən-vətənə gedən
yolum vay!
Bir daha kimsəyə baş əyməz elim,
Nə rusa, nə farsa
əyilməz belim,
Zəncirə çəkilməz, bağlanmaz qolum,
Qırılmış zəncir vay, açıq qolum vay!
Vətəndən-vətənə gedən
yolum vay!
Mahnıların yarıda qaldı
Yenə dəftərimlə
qaldım baş-başa,
Yenə
dərdlərimlə qaldım
baş-başa,
Sənsiz
kədərimlə qaldım
baş-başa,
Səni sevmədim ki, unutmaq üçün.
Şerimin
hər sətri səni səsləyir,
Gözlərim hər yerdə
səni izləyir,
Ürəyim sınsa da hələ gözləyir,
Səni sevmədim ki, unutmaq üçün.
Çiçəkli
baharın yarıda qaldı,
O mənli vüqarın yarıda qaldı,
Bütün mahnıların yarıda
qaldı,
Səni sevmədim ki, unutmaq üçün.
Bir zaman
sözünə öyrətdin məni,
O qara gözünə öyrətdin məni,
Öyrətdin, özünə öyrətdin
məni,
Səni sevmədim ki, unutmaq üçün.
Əlimi
uzatdım əlim qurudu,
O qədər yalvardım dilim qurudu,
Mən ölmək istədim, ölüm qurudu,
Səni sevmədim ki, unutmaq üçün.
Axı mən dünyaya
nə deyim indi...
Dirəyi
sınıqdı, təməli əyri,
Ürəyi qaradı, əməli
əyri,
Həm özü əyridi, həm əli əyri,
Axı mən dünyaya nə deyim indi?
Evləri
qorxulu, küçəsi sirli,
Neçəsi şübhəli, neçəsi
sirli,
Gündüzü qaçhaqaç, gecəsi
sirli,
Axı mən dünyaya nə deyim indi?
Birinin evində çörəyi
yoxdur,
Birinin pulu var, ürəyi
yoxdur,
Biri də xoşbəxtdir, diləyi yoxdur,
Axı mən dünyaya nə deyim indi?
Mərdləri
sarsıdır, belin sındırır,
Ocağın dağıdır, odun
söndürür,
Namərdi ucaldır, ata mindirir,
Axı mən dünyaya nə deyim indi?
İşə
bax, savabdan seçilmir günah,
İnsan
gah dilənir, gah da olur şah,
Yaşamaq çətindir, qorxuram
Allah!
Axı mən dünyaya nə deyim indi?
Bu həyat imansız, bu həyat dinsiz,
Sevinci bir zərrə, kədəri sonsuz,
Lap tanrı özü də yaşamır onsuz,
Axı mən dünyaya nə deyim indi?
Yaxşını yamandan seçə
bilməyir,
Heç
kəs də sirrini aça bilməyir,
Zülmündən insanlar qaça
bilməyir,
Axı mən dünyaya nə deyim indi?
Ürəyim
açıqdır, əlim bağlıdı,
Deməyə sözüm var,
dilim bağlıdı,
Vətəndən-vətənə yolum bağlıdı,
Axı mən dünyaya nə deyim indi?
Bir də qayıtma
Onsuz da hər
şeyi məhv etmişik biz,
Qayıtma, nə olar, bir də qayıtma!
Yaşanan günləri unutmuşuq
biz,
Qayıtma, nə olar, bir də qayıtma!
Bir daha
geriyə dönən deyiləm,
Mən sənin oduna yanan deyiləm,
Qarşında bu qədər sınan deyiləm,
Qayıtma, nə olar, bir də qayıtma!
Belə
oyunları istəmirəm
mən,
Oyunlu anları istəmirəm mən,
O sənli günləri istəmirəm mən,
Qayıtma, nə olar, bir də qayıtma!
Sevdanın alovu sönübdür
artıq,
Ürəyim soyuyub, donubdur artıq,
Qəlbimə dəyibsən, sınıbdır
artıq,
Qayıtma, nə olar, bir də qayıtma!
Olanlar
olubdur, unut onları,
Keçmişdə qalıbdır, unut onları,
Duyğular ölübdür, unut
onları,
Qayıtma, nə olar, bir də qayıtma!
Onsuz da dünyaya
qərib gəlmişəm
Bir
ömür yolunu gözlədim sənin,
Bu qədər yollara
mən baxmamışdım.
Bir ömür adını səslədim sənin,
Hələ mən bu qədər
darıxmamışdım.
Qoy
qızıl gül kimi solsun taleyim,
Qaradır, qara da qalsın taleyim,
Özümlə bərabər ölsün
taleyim,
Hələ mən bu qədər
darıxmamışdım.
Nə qədər
fəlakət görüb gəlmişəm,
Zülmətin bağrını yarıb
gəlmişəm,
Onsuz da dünyaya qərib gəlmişəm,
Hələ mən bu qədər
darıxmamışdım.
Bircə
söz yazmağa əlim gəlməyir,
Dərdimi, qəmimi kimsə
bilməyir,
Bu dünya üzümə
niyə gülməyir?!
Hələ mən bu qədər
darıxmamışdım.
Ürəklər soyuyub, nədir bu dəhşət?!
Nədir bu fəlakət, nədir bu möhnət?!
Hanı mehribanlıq, hanı məhəbbət?!
Hələ mən bu qədər
darıxmamışdım.
Gördüyüm
insanlar bir-bir ölürlər,
Dünyaya başqa bir ruhla gəlirlər,
Güldüyüm adamlar mənə
gülüblər!
Hələ mən bu qədər
darıxmamışdım.
Bəxtində
nə varsa, mütləq olandır,
Bu Yer kürəsini özün dolandır!,
Təzə düşünürəm dünya yalandır!
Hələ mən bu qədər
darıxmamışdım.
Salam Azər bəy!
Ümid edirik ki, yaxşısınız.
Çox təsadüfi olaraq,
Facebookda gördum ki, qəzetin həm səhifəsi,
həm də saytı var...
Doğrusu, çox kövrəldim. 90-cı
illərin əvvəllərinə qayıtdım. Bir
zamanlar iş yerim idi mənim. Nəriman müəllimin
baş redaktor olduğu zamanlar - 1991-ci ildə, bir ildən
artıq qəzetin "Cənubi Azərbaycan şöbəsinin"
müdiri olaraq, orada işləmişəm...
Bəlkə də inanmazsınız,
binanın giriş qapısından, liftdən,
koridordan, koridorun ən sonundakı, sol tərəfdəki
otağıma qədər hamısı yadıma
düşdü.
Orada bərabər işlədiyimiz
şair və yazıçı
dostlarımızdan, haqqımda atalıq etmiş və
övladlıq borcum olan Nəriman Həsənzadəyə qədər...
Nəriman müəllimin otağında
ilk dəfə tanış olduğum Bəxtiyar
Vahabzadə və İsmayıl Şıxlı kimi dahilərimiz.
Cabir Novruz, Nəbi Xəzri və bir çox əfsanəvi
şəxsiyyətlərlə dostluğumuz da oradan
başlamışdı. Hamısı köhnə
bir film kimi gözlərimin önündən keçdi.
Bir də özümə gəldim ki, bir saatdı
bilgisayarın qarşısında fikrə dalmışam...
Doğrusu, çox sevindim. Xatirələr bəzən
insanı acıtdığı kimi, bəzən də bir o qədər
sevindirir...
Düşündüm ki, əski iş yerimə bir neçə şeir
göndərim.
Dərin sevgi və sayğılarımla: Piruz
Dilənçi
Piruz Dilənçi
Ədəbiyyat qəzeti.- 2017.-
4 noyabr.- S.22.