Yurd yerim - dərd
yerim
"Ədəbiyyat
qəzeti" "1 şeir/2
rakurs" layihəsini
davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Adil Cəmilin "Yurd yerim-dərd yerim" şeiridir.
İlahi,
yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa
çəkilməyəydim.
Dağlara baxıram dağlanır
sinəm -
Bu dağla sınağa
çəkilməyəydim.
Gəzir
xəyalımda gəzdiyim
yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim deyəni demir
ha dodaq,
Dodaqla sınağa
çəkilməyəydim.
Bilmirəm qorxduqmu bir qaşıq qandan -
O torpaq uğrunda keçmədik candan.
Kişilik çıxmadı bu
imtahandan,
Papaqla sınağa
çəkilməyəydim.
Adiləm,
özümdən bəzən
küsdüm də,
Yansam
"Vətən" deyər
göydə tüstüm
də…
Döyüşdə öləydim ayaq üstündə,
Yataqla sınağa
çəkilməyəydim.
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2017.-
4 noyabr.- S.23.