Gələcəyi göstərən 25 kitab
Bəzən deyirlər ki,
yazıçılar öncəgörmə duyumuna malikdir. Məhz
25 kitabda gələcəyə dair bəzi məsələlər yer alıb. Həmin yazılanların
üstündən 50-100 il keçdikdən
sonra alimlərin ixtiraları, yaxud kəşfləri həmin
yazıçıların düzgünlüyünü
sübuta yetirib. Belə
bir variant da var ki,
qələm sahiblərinin yazdıqları alimlərə ideya verib. 25 kitabdan bəzi ştrixləri qeyd
edəcəyik.
1. Conatan Svift "Qülliverin səyahəti" əsəri ilə tanınıb. Daha doğrusu, yazdıqları əsərlər içində qəhrəman Qülliver çox marağa səbəb olub. Həmin əsərin bir yerində qeyd edilib ki, Mars planetinin 2 təbii peyki mövcuddur. Həmin əsər 1735-ci ildə işıq üzü görüb. Üstündən 142 il keçəndən sonra astronomların araşdırması yenidən Conatan Svifti yada saldı. 1872-ci ildə məlum oldu ki, Qırmızı planetin 2 təbii peyki var. Onları Fobos və Deymos adlandırdılar.
2. Yəqin ki, uşaq vaxtlarınızda "20 000 lye suyun altı ilə" adlı əsəri oxumusunuz. Elədir ki, var. Əksəriyyətin sevimlisi və hələ də unikallığını itirməyən Jül Vernin əsəridir. 1870-ci ildə qələmə alınan əsərdə bildirilir ki, "Nautilus" adlı sualtı gəmi elektriklə hərəkət edir. 90 il keçəndən sonra - XX əsrin 60-cı illərində elektriklə işləyən sualtı gəminin mühərriki işə düşdü.
3. Edqard Bell. Fantastik əsərləri hələ də oxunur. Onun "Geriyə nəzər"
əsərində kredit
kartından söz açılır. 1962-ci ildə ilk dəfə kredit kart istifadəyə verildi.
4. Yenə də Jül Vernə qayıdaq. Yazıçının ölçüyəgəlməz
təxəyyülü illər
sonra gerçəkliyə
çevrildi. Onlardan biri
də 1889-cu ildə yazdığı hekayədir.
Həmin
hekayədə təyyarənin
tüstüsü ilə
asimanda sözlər yazılır. Belə fantastik
təxəyyül 1915-ci ildə
San-Fransiskoda aeroşou
zamanı həyata keçdi.
5. Avtomatik qapılar barədə ilk dəfə
dahi fantast Herbert Uells yazıb. Onun 1899-cu ildə qələmə
aldığı "Yatan
oyananda" əsərində
belə qapılardan danışılır. 60 il sonra
ilk dəfə avtomatik
qapıların istehsalına
start verildi. Herbert Uellsin tank barədəki qeydləri isə Birinci Dünya müharibəsində gerçəkləşdi.
Düzdür, bu barədə
müəyyən ziddiyyətli
məqamlar da ortaya çıxdı.
Çünki ilk dəfə Leonardo da Vinçi tankın sxemlərini çəkib. Ancaq Herbert Uells
tankı daha incə detallarla ifadə etməyi bacarıb. Hələ də Vinçi
və Uells müzakirəsi davam edir.
6. Yalan detektoru ifadəsi Balmer və Makxaqenin "Lyüter Trent" əsərində
işlənib. Onun istehsalına
1924-ci ildə başlanılıb.
7. 1911-ci ildə Hüqo Hernsbek "Modern Electrics" jurnalında
qəribə məqalə
ilə çıxış
edib. Bu məqalə
alimləri çox maraqlandırıb. Yazıçı yazıb ki, günəş enerjisi insanların xeyrinə yönəldilə bilər.
67 il keçdi.
1978-ci ildə günəş enerjisi ilə işləyən kalkulyatorlar buraxıldı.
Az sonra
günəş enerjisi
evləri, idarələri
işıqlandırdı.
8. Çox təəssüf
ki, bəzən yazıçıların qələmə
aldıqlarından pis
məqsədlər üçün
istifadə edilir. Elə Herbert
Uellsin "Qurtulan dünya" əsərində
atom bombası, nüvə
müharibəsi barədəki
fikirlərini misal çəkək. 31 il sonra Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıldı. Bəlkə də yazıçının
1914-cü ildə yazdığı
əsər iri ölkələrin alimlərini
ciddi şəkildə
düşündürüb. Yeri gəlmişkən, ingilis
yazıçısı həmin
əsərdə atom enerjisindən
də söz açır. Bildirir ki,
dünyada ən ucuz enerji atom enerjisidir.
9. Görkəmli alim və yazıçı Holdeyn 1924-cü ildə yazdığı əsərdə
süni mayalanma barədə düşüncələrini
ortaya qoymaqla çoxlarını təəccübləndirib.
1973-cü ildə süni mayalanma əvvəlcə heyvanlar üzərində tətbiq
edilib. Hazırda
övlad sahibi ola bilməyənlər
də belə üsuldan yararlanır.
10. Yalnız 57 il
lazım gəlib ki, Herbert Uellsin "Adamlar Tanrı kimidir" əsərində
bəhs edilən məsələ reallaşsın.
Söhbət səsli ismarıcdan
gedir. O, ilk dəfə
1980-ci illərdə istehsala
yönəldilib.
11. Artıq bəzi ölkələrdə əhaliyə
total nəzarət olunur.
Bu, ölkənin təhlükəsizliyi məqsədilə
edilir. Düzdür, əksər sakinlər
şəxsi həyata
qarışmağı düzgün
hesab etməsələr
də, nəzarət həyata keçirilir.
İlk dəfə
total nəzarət barədə
Corc Oruell
"1984" əsərində yazıb. 2013-cü ildə məlum oldu ki, yazıçının
qələmə aldığı
fikirlər artıq gerçəkləşib. Belə ki, məhz həmin
ildə bəzi ölkələrdə əhalinin
telefon danışıqlarına
qulaq asılması, eləcə də kameraların çəkilişi
qalmaqal yaratdı.
12. İndi hər yerdə adamların qulaqlıqla musiqi dinləməsini görmək
mümkündür. Nəinki musiqi,
xəbərləri də.
İlk dəfə bu ifadəni yazıçı
Rey Bredberi qeyd edib. 1950-ci ildə
adamlar bunu fantaziya hesab etdilər. Melomanlara yarım əsr
gözləmək lazım
gəldi. Apple şirkəti tərəfindən
qulaqlıq istehsal olundu.
13. Amerika yazıçısı
Artur Klark 1951-ci ildə "Şəhər
və ulduzlar" əsərini qələmə
aldı. Əsərdən külli miqdarda
gəlir əldə olundu. Orada marağa səbəb
əsas nüans
virtual gercəkliklə bağlı
idi. 1961-ci ildə aviasimulyator ixtira edildi.
14. Məşhur fantast Robert Haynlayn
su çarpayıları
barədə yazanda ona çox gülüblər. Çarpayı
ağacdan, yaxud dəmirdən ola
bilər. Ancaq belə çarpayının
1971-ci ildə patent alaraq
istehsalına başlanacağını
kimsə ağlına
gətirməzdi. Yazıçı "Qərib - qərib ölkədə" əsərini
1961-ci ildə yazmışdı.
Göründüyü kimi yazıçılar
ixtiraçılara ideya
verir.
15. Kimin ağlına gələrdi ki, insanlar kosmik səyahətə çıxacaqlar.
"Kosmik səyahət"
ifadəsini işlədən
yazıçı Artur
Klark əmin olub ki, adamlar
belə səyahətdən
imtina etməzlər.
İllər sonra Dennis Tito adlı
şəxs ilk kosmik səyahətçi oldu.
16. 1972-ci
ildə yazıçı
Martin Kaydin "Kiborq"
əsərində bionik
protezdən söz açdı. Onun arzusu 41 il
sonra gerçəkləşdi.
Həmin il
ilk dəfə ayağa
bionik protez qoyuldu.
17. Duqlas Adamsın
yumoristik əsərində
isə bir balıq real zaman çərçivəsində bir dildən digər dilə tərcümə prosesini həyata keçirir. 2014-ci ildə Google şirkəti
dilmanc proqramını
işləyib hazırladı.
18. Kiberpankın yaradıcısı
Uilyam Qibson yazmışdı ki, vaxt gələcək hamı eyni vaxtda bir-birilə əlaqə saxlamağı
bacaracaq. Ötən sərin 90-cı illərində internet dünya
sakinlərini bir yerə cəmlədi.
19. Reymond Kurçveyl
isə kompüter şaxmatçılardan bəhs
edib. O, "İntellektual maşınlar əsri"
əsərində qeyd
edirdi ki, kompüter şahmatçılar
məşhur qrossmeystrləri
məğlub edəcək.
1990-cı ildə istehsal olunan kompüter şahmatçılar
proqramı çox zəif çıxdı.
7 il sonra
daha da təkmilləşdirmələr
aparıldı. Və güclü
şahmatçı kompüter
məşhur qrossmeystrləri
məğlubiyyətə uğratdı.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.26.